CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 15 sentyabr – FOTO

© Sputnik / Elnur Salayev15 sentyabr
15 sentyabr - Sputnik Azərbaycan, 1920, 15.09.2024
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 15 sentyabr — Sputnik. Sentyabrın 15-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Sentyabrın 15-də kimlər anadan olub?
Marko Polo (1254-1324) - italyan tacir və səyyahdır. O, məşhur " Dünyanın müxtəlifliyi haqqında kitabı"nda Asiyaya səyahətinin hekayəsini qeyd edib. Bu kitab orta əsrlərdə Markonun gəzdiyi ölkələrin (İran, Çin, Qazaxıstan, Monqolustan, Hindistan, İndoneziya və digər ölkələr) coğrafiyası, etnoqrafiyası və tarixi haqqında qiymətli mənbədir.
Ceyms Fenimor Kuper (1789-1851) - amerikalı yazıçıdır. O, "Sonuncu mogikan", "Vəhşi heyvan ovçusu", "Ləpirçi" və digər əsərlərin müəllifidir.
Aqata Kristi (1890-1976) - ingilis yazıçısıdır. O, "Beş balaca donuz", "Məsumiyyətin sınağı", "Qəhvəyi kostyumlu adam", "Böyük dördlük", "Şərq ekspressi", "Kerberin əsir alınması" və s. əsərləri ərsəyə gətirib.
© Photo : PUBLIC DOMAINAqata Kristi
Английская писательница Агата Кристи - Sputnik Azərbaycan, 1920, 13.09.2024
Aqata Kristi
Tommi Li Cons (1946) - ABŞ aktyoru və rejissorudur. O, üç dəfə "Oskar" mükafatı laureatıdır. Aktyor "Qaçaq", "Qanun məmurları", "Qara geyinmli adamlar", "Malavita" və s. filmlərdə rol alıb.
© AP Photo / Brent N. ClarkeTommi Li Cons
Tommi Li Cons  - Sputnik Azərbaycan, 1920, 13.09.2024
Tommi Li Cons
Tom Hardi (1977) - ingilis aktyoru, prodüseri və ssenaristidir. O, BAFTA mükafatı laureatıdlr. Aktyor narkotik aludəçisi və evsiz olan Stüart Şorter rolunu oynadığı "Stüart: Keçmiş həyat" filmi sayəsində məşhurlaşıb. Bundan əlavə o, "Bronson", "Başlanğıc", "Döyüşçü", "Əfsanə", və s. filmlərdəki əsas və köməkçi rolları ilə də tanınır.
© AP Photo / Scott A GarfittTom Hardi
Tom Hardi  - Sputnik Azərbaycan, 1920, 13.09.2024
Tom Hardi
Şahzadə Harri (1984) - Britaniya kral ailəsinin üzvü, Kral III Karlın və Şahzadə Diananın oğlu, Şahzadə Uilyamın qardaşıdır.
© Toby Melville, Pool Photo via APŞahzadə Harri
Принц Гарри  - Sputnik Azərbaycan, 1920, 13.09.2024
Şahzadə Harri
15 sentyabr tarixində dünyada baş verən tarixi hadisələr
1812-ci ildə Napoleonun rəhbərliyi ilə fransız ordusu Kremlə daxil olub.
1916-cı ildə dünya müharibələri tarixində ilk dəfə olaraq döyüşlərdə tanklardan istifadə edilib.
© AP Photo / Abbas AtilayTank, arxiv
Танки ВС Азербайджана в городе Агдам. Архивное фото - Sputnik Azərbaycan, 1920, 13.09.2024
Tank, arxiv
1917-ci ildə "Forbes" iqtisadi jurnalının ilk nömrəsi nəşr olunub.
© Sputnik / Murad OrujovBilik Günü
День знаний в школе №20 - Sputnik Azərbaycan, 1920, 13.09.2024
Bilik Günü
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0