DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İtaliya şəhərlərində Rusiya ilə sülhə çağıran plakatlar quraşdırılıb

© Sputnik / Александр Вильф / Mediabanka keçidRoma şəhərinə mənzərə
Roma şəhərinə mənzərə - Sputnik Azərbaycan, 1920, 15.09.2024
Abunə olmaq
Romadakı Cüzeppe Mazzini meydanında Rusiya və İtaliya bayraqlarının rənglərində əl sıxışmasını əks etdirən və “Rusiya bizim düşmənimiz deyil” şüarı ilə tamamlanan reklam lövhəsi quraşdırılıb.
BAKI, 15 sentyabr - Sputnik. İtaliya şəhərlərinin küçələrində Rusiya ilə sülh çağırışları və rusiyapərəst şüarlar yazılmış reklam lövhələri peyda olub.
“CNN” telekanalı bu barədə xəbər verib.
Belə ki, Romadakı Cüzeppe Mazzini meydanında Rusiya və İtaliya bayraqlarının rənglərində əl sıxışmasını əks etdirən və “Rusiya bizim düşmənimiz deyil” şüarı ilə tamamlanan reklam lövhəsi quraşdırılıb.
Oxşar reklam lövhələri İtaliyanın Verona, Modena, Parma, Piza və digər iri şəhərlərində də quraşdırılıb.
Bundan əvvəl Roma, Neapol və San-Marinoda 2004-cü ildə Beslan terrorunun qurbanlarının xatirəsini yad ediblər. Belə ki, İtaliyanın paytaxtında, Kolizeydən bir qədər aralıda, Şimali Osetiyada baş verən faciəli hadisələrin 20-ci ildönümü ilə əlaqədar uşaq oyuncaqlarından, fotoşəkillərdən və şamlardan bədahətən xatirə mərasimi təşkil olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0