DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İsrail ordusu HƏMAS-ın qərargahını darmadağın edib

© AP Photo / KEVIN FRAYERİsrail bayraqları, arxiv
İsrail bayraqları, arxiv - Sputnik Azərbaycan, 1920, 15.09.2024
Abunə olmaq
Buradan həm də İsrail müdafiə qüvvələrinə və dövlətin özünün ərazisinə qarşı raket hücumlarının planlaşdırılması və həyata keçirilməsi üçün əməliyyat sığınacağı kimi istifadə olunub.
BAKI, 15 sentyabr - Sputnik. İsrail hərbçiləri Qəzza bölgəsinin Beyt-Xanun şəhərində radikal Fələstin HƏMAS hərəkatının silahlı qanadının qərargahına zərbə endirib.
Bu barədə İsrail Sİlahlı Qüvvələrinin Mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd edilir ki, qərargah Beyt-Xanunda "Raazi eş-Şua" məktəbi kimi istifadə olunan kompleksin daxilində yerləşdirilib. Bu yer HƏMAS-ın nəzarət və idarəetmə mərkəzi kimi tanınır.
Buradan həmçinin İsrail müdafiə qüvvələrinə və dövlətin özünün ərazisinə qarşı raket hücumlarının planlaşdırılması və həyata keçirilməsi üçün əməliyyat sığınacağı kimi istifadə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0