https://sputnik.az/20240915/lon-maskin-yaratdigi-destek-komitesi-trampin-secki-kampaniyasi-ucun-xercleri-artirib-467409082.html
İlon Maskın yaratdığı dəstək komitəsi Trampın seçki kampaniyası üçün xərcləri artırıb
İlon Maskın yaratdığı dəstək komitəsi Trampın seçki kampaniyası üçün xərcləri artırıb
Sputnik Azərbaycan
İlon Maskın qurulmasına yardım etdiyi siyasi fəaliyyət komitəsi son həftələrdə Donald Trampı dəstəkləmək üçün xərcləri artıraraq, ilk növbədə tərəddüd edən... 15.09.2024, Sputnik Azərbaycan
2024-09-15T21:36+0400
2024-09-15T21:36+0400
2024-09-15T21:36+0400
dünya xəbərləri
ilon mask
donald tramp
abş prezidenti donald tramp
tramp
abş prezidenti donald tramp
abş
respublikaçılar partiyası
demokratlar partiyası
https://cdnn1.img.sputnik.az/img/07e8/08/0e/466694790_0:152:3101:1896_1920x0_80_0_0_1be772d5369c6ca66d6fe2fe4e2f4d1b.jpg
BAKI, 15 sentyabr - Sputnik. Amerikalı milyarder İlon Maskın yaratdığı siyasi fəaliyyət komitəsi son həftələrdə ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampın müdafiəsi üçün xərcləri artırıb.Washington Post-un yazdığına görə, bunun üçün komitə ABŞ-ın əsasən tərəddüd edən ştatlarına milyonlarla dollar xərcləyib.Daha əvvəl Mask bildirmişdi ki, o, meritokratiyanı (sosial mənşəyindən və maliyyə sərvətindən asılı olmayaraq rəhbər vəzifələrdə ən bacarıqlı şəxslərin tutduğu idarəetmə prinsipi) və şəxsi azadlığı müdafiə edən namizədləri dəstəkləmək məqsədi daşıyan siyasi fəaliyyət komitəsi yaradıb. Bununla yanaşı, sahibkar ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçki kampaniyasına dəstək məqsədilə ayda 45 milyon dollar ayırmağı planlaşdırdığı barədə məlumatları təkzib edib.“İlon Maskın qurulmasına yardım etdiyi siyasi fəaliyyət komitəsi son həftələrdə Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı dəstəkləmək üçün xərcləri artıraraq, ilk növbədə tərəddüd edən ştatlara milyonlarla dollar xərcləyib” – nəşr yazıb.Qəzet qeyd edir ki, siyasi fəaliyyət komitəsi avqustun ortalarında, yay aylarındakı sükut dövrü bitəndən bəri təxminən 33 milyon dollar xərcləyib.“Washington Post” qəzetinin yazdığına görə, komitə Demokrat namizəd Kamala Harrisi "radikal" adlandıran və Trampı sərhədi qoruyacaq namizəd kimi təsvir edən məktublar göndərib. Komitə son günlər tərəddüd edən ştatları hədəf alaraq onlayn reklam xərclərini də artırıb.Nəşrin məlumatına görə, Mask daha əvvəl bildirib ki, onun əsas məqsədi sözügedən ştatlarda Trampa səs verməyə daha çox seçici cəlb etməkdir.ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Seçkilərdə Demokratlar Partiyasını hazırkı vitse-prezident Kamala Harris, Respublikaçılar Partiyasını isə keçmiş prezident Donald Tramp təmsil edəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/0e/466694790_185:0:2916:2048_1920x0_80_0_0_d2569d705d26a4ed3a50b80d62cf034c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ilon mask, donald tramp, abş prezidenti donald tramp, tramp, abş prezidenti donald tramp, abş, respublikaçılar partiyası, demokratlar partiyası
ilon mask, donald tramp, abş prezidenti donald tramp, tramp, abş prezidenti donald tramp, abş, respublikaçılar partiyası, demokratlar partiyası
İlon Maskın yaratdığı dəstək komitəsi Trampın seçki kampaniyası üçün xərcləri artırıb
İlon Maskın qurulmasına yardım etdiyi siyasi fəaliyyət komitəsi son həftələrdə Donald Trampı dəstəkləmək üçün xərcləri artıraraq, ilk növbədə tərəddüd edən ştatlara milyonlarla dollar xərcləyib.
BAKI, 15 sentyabr - Sputnik. Amerikalı milyarder İlon Maskın yaratdığı siyasi fəaliyyət komitəsi son həftələrdə ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampın müdafiəsi üçün xərcləri artırıb.
Washington Post-un yazdığına görə, bunun üçün komitə ABŞ-ın əsasən tərəddüd edən ştatlarına milyonlarla dollar xərcləyib.
Daha əvvəl Mask bildirmişdi ki, o, meritokratiyanı (sosial mənşəyindən və maliyyə sərvətindən asılı olmayaraq rəhbər vəzifələrdə ən bacarıqlı şəxslərin tutduğu idarəetmə prinsipi) və şəxsi azadlığı müdafiə edən namizədləri dəstəkləmək məqsədi daşıyan siyasi fəaliyyət komitəsi yaradıb. Bununla yanaşı, sahibkar ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçki kampaniyasına dəstək məqsədilə ayda 45 milyon dollar ayırmağı planlaşdırdığı barədə məlumatları təkzib edib.
“İlon Maskın qurulmasına yardım etdiyi siyasi fəaliyyət komitəsi son həftələrdə Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı dəstəkləmək üçün xərcləri artıraraq, ilk növbədə tərəddüd edən ştatlara milyonlarla dollar xərcləyib” – nəşr yazıb.
Qəzet qeyd edir ki, siyasi fəaliyyət komitəsi avqustun ortalarında, yay aylarındakı sükut dövrü bitəndən bəri təxminən 33 milyon dollar xərcləyib.
“Washington Post” qəzetinin yazdığına görə, komitə Demokrat namizəd Kamala Harrisi "radikal" adlandıran və Trampı sərhədi qoruyacaq namizəd kimi təsvir edən məktublar göndərib. Komitə son günlər tərəddüd edən ştatları hədəf alaraq onlayn reklam xərclərini də artırıb.
Nəşrin məlumatına görə, Mask daha əvvəl bildirib ki, onun əsas məqsədi sözügedən ştatlarda Trampa səs verməyə daha çox seçici cəlb etməkdir.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Seçkilərdə Demokratlar Partiyasını hazırkı vitse-prezident Kamala Harris, Respublikaçılar Partiyasını isə keçmiş prezident Donald Tramp təmsil edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.