https://sputnik.az/20240915/azerbaycan-iqtisadiyyati-nece-boyuyur-467309310.html
Azərbaycan iqtisadiyyatı necə böyüyür
Azərbaycan iqtisadiyyatı necə böyüyür
Sputnik Azərbaycan
Azərbaycan hökumətinin proqnozlarına görə, 2024-cü ildə ÜDM-in artımı 2,4 faiz, 2025-ci ildə 2,9 faiz səviyyəsində gözlənilir. 15.09.2024, Sputnik Azərbaycan
2024-09-15T10:01+0400
2024-09-15T10:01+0400
2024-09-15T10:01+0400
iqtisadiyyat
iqtisadiyyat
artım
azərbaycan
üdm
faiz
sənaye
ticarət
tikinti
kənd təsərrüfatı
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1f/458211051_0:363:2882:1984_1920x0_80_0_0_9096869d2bf02033676fed0e94c1ca84.jpg
BAKI, 15 sentyabr — Sputnik. 2024-cü ilin yanvar-avqust aylarında ölkədə 80,9 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,2 faiz, qeyri-neft-qaz sektorunda isə 7,0 faiz artıb. ÜDM istehsalının: Əhalinin hər nəfərinə düşən ÜDM 7941,3 manata bərabər olub. Proqnozlar nə deyir? Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul aylarında ölkədə 70,5 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz çox ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz, qeyri-neft-qaz sektorunda isə 6,7 faiz artıb. Azərbaycan hökumətinin proqnozlarına görə, 2024-cü ildə ÜDM-in artımı 2,4 faiz, 2025-ci ildə 2,9 faiz səviyyəsində gözlənilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il Azərbaycanda ÜDM-in artımı 3,8 faiz, 2025-ci ildə 2,8 faiz təşkil edəcək. "Əsas məqsədlərdən biri iqtisadi artımın sürətləndirilməsidir" Ekspertlərin sözlərinə görə, adambaşına düşən ÜDM-in artımı da müşahidə olunur. Hökumətin əsas məqsədi bu artımı stimullaşdırmaqdır. Dayanıqlı iqtisadi artımın təmin edilməsi sonda həyat səviyyəsinin yaxşılaşdırılmasına müsbət təsir göstərəcək. Əsas məqsədlərdən biri iqtisadi artımın sürətləndirilməsi və iqtisadi inkişafda əhalinin inklüzivliyinin təmin edilməsidir. Bu baxımdan ölkəmizin potensialı çox böyükdür. Tədbirlər də onu göstərir ki, iqtisadi artımın daha da sürətləndirilməsi və dayanıqlı formada təmin edilməsi istiqamətində çalışılır. Xatırladaq ki, bundan bir müddət öncə Baş nazir Əli Əsədov sərhədlərin bağlı olmasının ümumi daxili məhsulun (ÜDM) artımına təsiri olmadığını deyib:Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20240708/prezident-qtisadiyyat-nazirliyine-yeni-selahiyyet-verib-465880840.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1f/458211051_151:0:2882:2048_1920x0_80_0_0_a1b478b25cfba53f2e4527df6b86deb9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
iqtisadiyyat, artım, azərbaycan, üdm, faiz, sənaye, ticarət, tikinti, kənd təsərrüfatı, turizm, milyon, manat, məhsul, xidmət, əhali
iqtisadiyyat, artım, azərbaycan, üdm, faiz, sənaye, ticarət, tikinti, kənd təsərrüfatı, turizm, milyon, manat, məhsul, xidmət, əhali
Azərbaycan iqtisadiyyatı necə böyüyür
Azərbaycan hökumətinin proqnozlarına görə, 2024-cü ildə ÜDM-in artımı 2,4 faiz, 2025-ci ildə 2,9 faiz səviyyəsində gözlənilir.
BAKI, 15 sentyabr — Sputnik. 2024-cü ilin yanvar-avqust aylarında ölkədə 80,9 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,2 faiz, qeyri-neft-qaz sektorunda isə 7,0 faiz artıb.
9,7 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri,
7,0 faizi nəqliyyat və anbar təsərrüfatı,
6,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq,
2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə,
1,8 faizi informasiya və rabitə sahələrinin,
18,9 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,1 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 7941,3 manata bərabər olub.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul aylarında ölkədə 70,5 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz çox ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz, qeyri-neft-qaz sektorunda isə 6,7 faiz artıb.
Azərbaycan hökumətinin proqnozlarına görə, 2024-cü ildə ÜDM-in artımı 2,4 faiz, 2025-ci ildə 2,9 faiz səviyyəsində gözlənilir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il Azərbaycanda ÜDM-in artımı 3,8 faiz, 2025-ci ildə 2,8 faiz təşkil edəcək.
"Əsas məqsədlərdən biri iqtisadi artımın sürətləndirilməsidir"
Ekspertlərin sözlərinə görə, adambaşına düşən ÜDM-in artımı da müşahidə olunur. Hökumətin əsas məqsədi bu artımı stimullaşdırmaqdır. Dayanıqlı iqtisadi artımın təmin edilməsi sonda həyat səviyyəsinin yaxşılaşdırılmasına müsbət təsir göstərəcək.
Əsas məqsədlərdən biri iqtisadi artımın sürətləndirilməsi və iqtisadi inkişafda əhalinin inklüzivliyinin təmin edilməsidir. Bu baxımdan ölkəmizin potensialı çox böyükdür. Tədbirlər də onu göstərir ki, iqtisadi artımın daha da sürətləndirilməsi və dayanıqlı formada təmin edilməsi istiqamətində çalışılır.
Xatırladaq ki, bundan bir müddət öncə Baş nazir Əli Əsədov sərhədlərin bağlı olmasının ümumi daxili məhsulun (ÜDM) artımına təsiri olmadığını deyib:
"2020-ci ilin 31 mart tarixindən başlayaraq Azərbaycanın quru sərhədləri bağlıdır. Quru sərhədləri bağlı olsa da, 2021-ci ildə ÜDM 5,6 faiz, 2022-ci ildə 5,7 faiz artıb".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.