Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Uill Smit: Azərbaycan gözəl ölkədir!

© Photo : Baku City CircuitUill Smit Bakıda, arxiv
Uill Smit Bakıda, arxiv - Sputnik Azərbaycan, 1920, 14.09.2024
Abunə olmaq
Eksklüziv
Hollivud ulduzu sentyabrın 13-də “Baku Crystal Hall”da “kral yarışı”nın açılışında konsert verib və bu gün pilotlarla söhbət etmək qərarına gəlib. Məşhur ulduz yerli pərəstişkarları ilə şəkil də çəkdirib.
BAKI, 14 sentyabr - Sputnik. Dünya şöhrətli aktyor və musiqiçi Uill Smit Formula 1 Azərbaycan Qran Prisinin padokunu gəzib. Bu, müğənninin Bakıya ilk səfəridir. İfaçı sentyabrın 13-də “Baku Crystal Hall”da “kral yarışı”nın açılışında konsert verib. Bu gün isə o, pilotlarla söhbət etmək qərarına gəlib və hətta yerli pərəstişkarları ilə şəkil çəkdirib.

"Azərbaycan gözəl ölkədir. Burada mənə çox yaxşı hədiyyə etdilər. Pərəstişkarlarıma təşəkkür edirəm!", - Uill Smit Sputnik Azərbaycan-a bildirib.

© Photo : Baku City CircuitUill Smit Bakıda, arxiv
Уилл Смит во время концерта в Баку - Sputnik Azərbaycan, 1920, 14.09.2024
Uill Smit Bakıda, arxiv
Uill Smit ABŞ aktyoru və məşhur hip-hop ifaçısıdır. 2008-ci ildə o, il ərzində 80 milyon dollar gəlirlə ən çox qazanan Hollivud sənətçiləri arasında Forbes siyahısına başçılıq edib.
Uill Smit də rekorda sahibdir - o, tarixdə ardıcıl doqquz filminin hər biri 100 milyon ABŞ dollarından çox gəlir əldə edən ilk aktyor olub.
© Photo : Baku City CircuitUill Smit Bakıda, arxiv
Уилл Смит во время концерта в Баку - Sputnik Azərbaycan, 1920, 14.09.2024
Uill Smit Bakıda, arxiv
Tamaşaçılar arasında ən böyük şöhrəti “Beverli Hillzin təzə şahzadəsi” serialı, “Pis oğlanlar”, “Müstəqillik günü” filmləri, “Qara geyimli adamlar”, “Dövlət düşməni”, “Mən Robotam”, “Xoşbəxtlik axtarışında” , “Mən əfsanəyəm” ekran əsərləri gətirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0