https://sputnik.az/20240914/kredit-faizlerinin-artacagi-gozlenilir---ekspert-467339096.html
Kredit faizlərinin artacağı gözlənilir - Ekspert
Kredit faizlərinin artacağı gözlənilir - Ekspert
Sputnik Azərbaycan
Ekspertin sözlərinə görə, banklar kredit şərtlərində sərtləşməyə ona görə getmək istəyirlər ki, banklar üçün pulun dəyəri artıb. Pulun dəyərinin artmasının... 14.09.2024, Sputnik Azərbaycan
2024-09-14T09:29+0400
2024-09-14T09:29+0400
2024-09-14T09:29+0400
kredit
iqtisadiyyat
kart
faiz
faiz dərəcəsi
istehlak
sorğu
sorğu
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268532_0:0:2000:1125_1920x0_80_0_0_920fb3f69600286bfc571653b58e7f6e.jpg
BAKI, 14 sentyabr — Sputnik. Azərbaycanda kredit kartları almaq üçün şərtlərin sərtləşməsi gözlənilir. Mərkəzi Bankın sorğusuna görə, banklar 2024-cü ilin III rübündə kredit kartları üzrə şərtlərdə sərtləşmənin olacağını proqnozlaşdırır. Kredit kartı nədir? Qeyd edək ki, kredit kartı müştəriyə bankın təmin etdiyi kredit xəttindən istifadə etmək imkanı verir. Bu səbəblə, müştəri istənilən zaman bankın ona təqdim etdiyi kredit xəttindən istifadə edə, xərclədiyi məbləği isə bir qədər gec geri qaytara bilər. Kredit kartı üçün müraciət etdikdə kredit üzrə mütəxəssis müştərinin aylıq gəlirlərini və xərclərini dəqiqləşdirir. İlkin təhlil aparıldıqdan sonra müştəriyə limit haqqında məlumat təqdim olunur. Hazırda ölkədə əksər banklar müştərilərinə kredit kartı məhsulunu təqdim edir. Ekspert: "Sərtləşmə bir neçə istiqamətdə ola bilər" Məsələ ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, kredit standartlarında sərtləşmə bir neçə istiqamətdə ola bilər: "Birincisi, kredit faizinin dərəcəsi arta bilər. Bu, sərtləşmə deməkdir. İkincisi, kredit məbləğində əlçatanlıq dəyişə bilər. Məsələn, bank əvvəl 1000 manat kredit verirdisə, bundan sonra 700-800 manat kredit verəcək, yəni kredit məbləği dəyişə bilər". "Banklar üçün pulun dəyəri artıb" Ekspertin sözlərinə görə, banklar kredit şərtlərində sərtləşməyə ona görə getmək istəyirlər ki, banklar üçün pulun dəyəri artıb: "Fikir versəniz görərsiz ki, son bir neçə ayda banklar depozit faizlərini artırıblar. Pulun dəyərinin artmasının əsas səbəbi ötən ilin dekabr ayında Mərkəzi Bankın banklar üçün məcburi ehtiyat normalarını artırmasıdır. Məcburi ehtiyatlar ölkədə pul kütləsinin və bank sisteminin likvidliyinin tənzimlənməsində Mərkəzi Bank tərəfindən istifadə olunan pul siyasəti alətidir. Məcburi ehtiyatlar bankın Mərkəzi Bankda olan müxbir hesabında saxlanılır. Əvvəllər banklar üçün məcburi ehtiyat norması 0,5 faiz idi. Hazırda məcburi ehtiyat norması 20 faizdir. Məsələn, bank 1000 manat əmanət cəlb edibsə, bunun 20 faizini, yəni 200 manatını Mərkəzi Bankda saxlamalıdır. Nəticədə bank cəlb etdiyi 1000 manatlıq əmanətin hamısını deyil, 800 manatını kredit resursu kimi istifadə edə bilər. Ona görə də bank üçün həm pulun məbləği azalır, həm də pulun dəyəri artır. Kredit şərtlərində sərtləşmənin əsas səbəbi budur". Ekspert bildirib ki, kreditlərin faiz dərəcələri artıb: "Məsələn, bir il yarım bundan əvvəl kommersiya bankları öz daxili vəsaitləri hesabına ipoteka kreditlərini 8-9 faizlə verirdilərsə, hazırda bu, 10-11 faizdir. Amma bu, İpoteka və Kredit Zəmanət Fondunun verdiyi ipoteka kreditlərinə aid deyil, həmin ipoteka kreditlərində faizlər stabildir". "Kredit kartları üzrə kredit faizlərində, ümumiyyətlə bütün istehlak kreditlərinin faiz dərəcələrində artım gözlənilir" - ekspert əlavə edib. İstehlak kreditlərinə tələb artıb Qeyd edək ki, Mərkəzi Bankın kreditləşmə fəaliyyətinə dair banklar arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, 2024-cü ilin II rübündə cəmi istehlak kreditləri üzrə kredit standartlarında dəyişiklik nəzərə çarpmasa da, kredit kartları üzrə kredit standartlarında sərtləşmə müşahidə edilib. Sorğuya əsasən banklar 2024-cü ilin III rübündə əməkhaqqı kreditləri üzrə standartlarda dəyişiklik olmayacağını və kredit kartları üzrə standartlarda sərtləşmələrin yer alacağını proqnozlaşdırırlar. Sorğu nəticələrinə əsasən, ümumi istehlak kreditlərinə tələb artıb. Banklar 2024-cü ilin III rübündə ümumi istehlak kreditlərinə tələbdə dəyişiklik olmayacağını proqnozlaşdırırlar. İstehlak kreditləri üzrə inflyasiya gözləntiləri və maliyyələşmə dəyəri kredit standartlarına sərtləşdirici təsir edib. Xatırladaq ki, bu il avqustun 1-nə Azərbaycanda kredit kartları ilə 774 milyon manatlıq əməliyyat aparılıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34,3% çoxdur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268532_227:0:2000:1330_1920x0_80_0_0_884aca34c5a3f67879716c90bfffa324.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
kredit, kart, faiz, faiz dərəcəsi, istehlak, sorğu, sorğu
kredit, kart, faiz, faiz dərəcəsi, istehlak, sorğu, sorğu
Kredit faizlərinin artacağı gözlənilir - Ekspert
Ekspertin sözlərinə görə, banklar kredit şərtlərində sərtləşməyə ona görə getmək istəyirlər ki, banklar üçün pulun dəyəri artıb. Pulun dəyərinin artmasının əsas səbəbi ötən ilin dekabrında Mərkəzi Bankın banklar üçün məcburi ehtiyat normalarını artırmasıdır.
BAKI, 14 sentyabr — Sputnik. Azərbaycanda kredit kartları almaq üçün şərtlərin sərtləşməsi gözlənilir. Mərkəzi Bankın sorğusuna görə, banklar 2024-cü ilin III rübündə kredit kartları üzrə şərtlərdə sərtləşmənin olacağını proqnozlaşdırır.
Qeyd edək ki, kredit kartı müştəriyə bankın təmin etdiyi kredit xəttindən istifadə etmək imkanı verir. Bu səbəblə, müştəri istənilən zaman bankın ona təqdim etdiyi kredit xəttindən istifadə edə, xərclədiyi məbləği isə bir qədər gec geri qaytara bilər. Kredit kartı üçün müraciət etdikdə kredit üzrə mütəxəssis müştərinin aylıq gəlirlərini və xərclərini dəqiqləşdirir. İlkin təhlil aparıldıqdan sonra müştəriyə limit haqqında məlumat təqdim olunur. Hazırda ölkədə əksər banklar müştərilərinə kredit kartı məhsulunu təqdim edir.
Ekspert: "Sərtləşmə bir neçə istiqamətdə ola bilər"
Məsələ ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, kredit standartlarında sərtləşmə bir neçə istiqamətdə ola bilər: "Birincisi, kredit faizinin dərəcəsi arta bilər. Bu, sərtləşmə deməkdir. İkincisi, kredit məbləğində əlçatanlıq dəyişə bilər. Məsələn, bank əvvəl 1000 manat kredit verirdisə, bundan sonra 700-800 manat kredit verəcək, yəni kredit məbləği dəyişə bilər".
"Banklar üçün pulun dəyəri artıb"
Ekspertin sözlərinə görə, banklar kredit şərtlərində sərtləşməyə ona görə getmək istəyirlər ki, banklar üçün pulun dəyəri artıb: "Fikir versəniz görərsiz ki, son bir neçə ayda banklar depozit faizlərini artırıblar. Pulun dəyərinin artmasının əsas səbəbi ötən ilin dekabr ayında Mərkəzi Bankın banklar üçün məcburi ehtiyat normalarını artırmasıdır. Məcburi ehtiyatlar ölkədə pul kütləsinin və bank sisteminin likvidliyinin tənzimlənməsində Mərkəzi Bank tərəfindən istifadə olunan pul siyasəti alətidir. Məcburi ehtiyatlar bankın Mərkəzi Bankda olan müxbir hesabında saxlanılır. Əvvəllər banklar üçün məcburi ehtiyat norması 0,5 faiz idi. Hazırda məcburi ehtiyat norması 20 faizdir. Məsələn, bank 1000 manat əmanət cəlb edibsə, bunun 20 faizini, yəni 200 manatını Mərkəzi Bankda saxlamalıdır. Nəticədə bank cəlb etdiyi 1000 manatlıq əmanətin hamısını deyil, 800 manatını kredit resursu kimi istifadə edə bilər. Ona görə də bank üçün həm pulun məbləği azalır, həm də pulun dəyəri artır. Kredit şərtlərində sərtləşmənin əsas səbəbi budur".
Ekspert bildirib ki, kreditlərin faiz dərəcələri artıb: "Məsələn, bir il yarım bundan əvvəl kommersiya bankları öz daxili vəsaitləri hesabına ipoteka kreditlərini 8-9 faizlə verirdilərsə, hazırda bu, 10-11 faizdir. Amma bu, İpoteka və Kredit Zəmanət Fondunun verdiyi ipoteka kreditlərinə aid deyil, həmin ipoteka kreditlərində faizlər stabildir".
"Kredit kartları üzrə kredit faizlərində, ümumiyyətlə bütün istehlak kreditlərinin faiz dərəcələrində artım gözlənilir" - ekspert əlavə edib.
İstehlak kreditlərinə tələb artıb
Qeyd edək ki, Mərkəzi Bankın kreditləşmə fəaliyyətinə dair banklar arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, 2024-cü ilin II rübündə cəmi istehlak kreditləri üzrə kredit standartlarında dəyişiklik nəzərə çarpmasa da, kredit kartları üzrə kredit standartlarında sərtləşmə müşahidə edilib. Sorğuya əsasən banklar 2024-cü ilin III rübündə əməkhaqqı kreditləri üzrə standartlarda dəyişiklik olmayacağını və kredit kartları üzrə standartlarda sərtləşmələrin yer alacağını proqnozlaşdırırlar. Sorğu nəticələrinə əsasən, ümumi istehlak kreditlərinə tələb artıb. Banklar 2024-cü ilin III rübündə ümumi istehlak kreditlərinə tələbdə dəyişiklik olmayacağını proqnozlaşdırırlar. İstehlak kreditləri üzrə inflyasiya gözləntiləri və maliyyələşmə dəyəri kredit standartlarına sərtləşdirici təsir edib.
Xatırladaq ki, bu il avqustun 1-nə Azərbaycanda kredit kartları ilə 774 milyon manatlıq əməliyyat aparılıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34,3% çoxdur.