Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

Hindistanın Ermənistana satdığı silahlar Azərbaycanı narahat etməlidir? Ekspert rəyi

© Photo : DRDO, Government of India ATAGS haubitsaları, arxiv
 ATAGS haubitsaları, arxiv - Sputnik Azərbaycan, 1920, 14.09.2024
Abunə olmaq
Ramil Məmmədli beş il ərzində Ermənistana Hindistan silahlarının tədarükü Cənubi Qafqazda hərbi balansa təsir edəcək.
BAKI, 14 sentyabr — Sputnik. "Son illər Ermənistan müdafiə potensialını artırmaq, hərbi-texnika parkını yeniləmək üçün bir sıra ölkələrlə əməkdaşlığını genişləndirib. Bunların arasında xüsusilə seçilənlərdən biri Hindistandır". Bunu Sputnik Azərbaycan-a açıqlamasında hərbi məsələlər üzrə ekspert Ramil Məmmədli deyib.
Onun sözlərinə görə, Hindistanın Cənubi Qafqaz regionunda müdafiə sənayesi məhsulları ilə nüfuz etməsinin iki başlıca səbəbi var:

"Bunlardan birincisi Hindistanın iqtisadi maraqlarıdır. Bu ölkə öz sənaye məhsullarının satış coğrafiyasının genişlənməsində maraqlıdır. Digər tərəfdən Hindistan Cənubi Qafqaz regionunda mövcud olmaqda maraqlıdır. Bunun başlıca səbəbi, hesab edirəm ki, Azərbaycan-Pakistan münasibətlərindəki yaxın dostluq və müttəfiqlik münasibətləridir".

© Photo : AZƏRTACRamil Məmmədli
Ramil Məmmədli - Sputnik Azərbaycan, 1920, 14.09.2024
Ramil Məmmədli
Ramil Məmmədli qeyd edir ki, Hindistan silahlarının keyfiyyət məsələsi ilə bağlı mübahisə etmək olar:

"Ancaq unutmaq olmaz ki, istənilən silahın məhvedicilik qabiliyyəti var. Hindistan isə uzun illər ərzində SSRİ ilə, daha sonra isə Rusiya və İsraillə hərbi texniki sahədə bir sıra layihələr reallaşdırıb. Pilotsuz uçuş aparatı olan "Harop"un istehsal layihəsində Hindistan yer alır. Bu baxımdan biz Hindistanın hərbi texniki imkanlarına barmaqarası yanaşmamalıyıq. Hindistanın Ermənistana silah satışı ilə bağlı razılıqlar 2022-ci ildə əldə olunub. Beş il ərzində Ermənistana Hindistan silahları tədarük ediləcək və qeyd edim ki, bu Cənubi Qafqazda hərbi balansa təsir edəcək".

Hərbi ekspert onu da vurğulayıb ki, Azərbaycan məcbur olacaq ki, bu silahlara qarşı müəyyən anti-sistemlər formalaşdırsın və yaxud da mövcud sistemlərini gücləndirsin:
"Məsələn indi Ermənistanın arsenalında olan PUA-lara qarşı anti-dron sistemlərin gücləndirilməsinə ehtiyac duyulur. Söhbət dislokasiya edilə bilən anti-dron sistemlərdən gedir".
Ekspertin qənaətincə, istənilən silahlanma problemli məqamlar yaradır:
"Hazırkı silahlanma sülh danışıqlarının getdiyi bir dövrdə narahatlıq yaradır. Xüsusən də işğalçı dövlətin silahlandırılması məqsəd nədir? Təbii ki, bu kimi məqamlara aydınlıq gətirilməlidir. Ancaq düşünmürəm ki, bu cür silahlanmadan sonra Azərbaycanla Ermənistan arasında müharibə formasında hərbi əməliyyatlar baş verəcək. Çünki sülh müqailəvsi ilə bağlı bir çox müddəalar razılaşdırılıb. Qarşıdakı dövrdə mövcud problemləri danışıqlar yolu ilə həll etmək mümkündür. Nəzərə alınmalıdır ki, Cənubi Qafqazda müharibə baş veərrsə, bu təkcə Ermənistan-Azərbaycan müharibəsi olmayacaq, bura digər qlobal güclər də qoşula bilər".
Xatırladaq ki, Hindistan Müdafiə Tədqiqatları və Təhlil İnstitutunun baş direktoru Sujan Çinoy deyib ki, Ermənistan Hindistandan əlavə miqdarda ATAGS 155 mm-lik artilleriya qurğuları almaqda maraqlıdır.
Qeyd edək ki, ATAGS layihəsi Hindistan Ordusunda istifadə də olan köhnə silahları müasir 155 mm-lik artilleriya silahı ilə əvəz etmək üçün 2013-cü ildə başlanıb. Silahın hazırlanması təqribən 4 il çəkib və 2017-ci ilin mart ayına qədər başa çatdırılması gözlənilirdi. Layihənin tamamlanmasının ləngiməsi təchizat problemi ilə əlaqələndirilib. Bununla belə 2017-ci ildə təqdim edilib.
Silah 48 km atəş məsafəsinə malikdir 155 mm çaplı mərmilərlə atəşə tutmaq üçün lülə, arxa mexanizm, ağız əyləci və geri çəkilmə mexanizmindən ibarətdir. O, yüksək mobillik, sürətli yerləşdirmə, köməkçi güc rejimi, təkmil rabitə sistemi, birbaşa atəş rejimində gecə qabiliyyətinə malik avtomatik əmr və idarəetmə sistemi kimi inkişaf etmiş xüsusiyyətlərə malikdir. Silah eyni kateqoriyalı silahlardan iki ton yüngüldür və daha yaxşı dəqiqlik və məsafə təmin etmək üçün nəzərdə tutulub və qısa müddət ərzində ardıcıl beş mərmi atmağa qadirdir.
Bundan əvvəl KİV İrəvanın hələ 2022-ci ildə Dehlidən 155 milyon dollar dəyərində qabaqcıl yedəkli artilleriya sistemləri (ATAGS) sifariş etdiyini yazmışdı. 155 mm-lik yedəkli haubitsaların ilk partiyası 2023-cü ilin avqustunda Ermənistana çatdırılıb.
Dehli artıq İrəvana Swathi radar sistemlərini idxal edib, müqavilənin dəyəri 40 milyon dollar təşkil edib. Onun qiymətləndirməsinə görə, Hindistan RYAS dünyada ən yaxşılarından biridir və böyük tələbat var.
Swathi silah yer təyinetmə radarı Hindistan tərəfindən hazırlanmış mobil artilleriya radarıdır. Bu əks-batareya radarı, əks batareya atəşinin başlanğıc nöqtəsini müəyyən etmək üçün daxil olan artilleriya və raket atəşlərini aşkar etmək və izləmək üçün nəzərdə tutulub.
Ermənistan təxminən 250 milyon dollar dəyərində olan "Pinaka" raket buraxılış sistemlərinə də maraq göstərib.
2024-cü ilə qədər Dehli təxminən 2,5 milyard dollar dəyərində müdafiə məhsulları ixrac edib, 2028-ci ilə qədər Hindistan bu rəqəmi 6,5 milyard dollara çatdırmağı planlaşdırır.
Xatırladaq ki, 2024-cü ildə Ermənistan və Hindistan iki ölkənin Müdafiə nazirlikləri arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Planı imzalayıb. Bu görüş iki ölkənin müdafiə nazirlikləri arasında "ilk rəsmi məsləhətləşmə görüşü" olub.
Görüş zamanı Ermənistan və Hindistan arasında hərbi texnologiyalar və kadr hazırlığı sahəsində mövcud əməkdaşlıq və onun inkişaf perspektivləri müzakirə edilib. Birgə işçi qrupunun yaradılması da qərara alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0