https://sputnik.az/20240914/gelen-ay-azerbaycanda-ilk-innovasiya-merkezleri-yaradilacaq-467306818.html
Gələn ay Azərbaycanda ilk innovasiya mərkəzləri yaradılacaq
Gələn ay Azərbaycanda ilk innovasiya mərkəzləri yaradılacaq
Sputnik Azərbaycan
İnara Vəliyeva bildirib ki, böyük şirkətlərin bu cür ideyalara böyük tələbi var, startaplar isə öz növbəsində məhsullarını satmaq üçün imkan əldə edəcəklər. 14.09.2024, Sputnik Azərbaycan
2024-09-14T22:53+0400
2024-09-14T22:53+0400
2024-09-14T22:53+0400
mərkəz
iqtisadiyyat
kiçik və orta biznesin inkişafı agentliyi
iqtisadiyyat nazirliyi
bakı
sumqayıt
startap
innovasiya
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/10/460621722_35:0:3676:2048_1920x0_80_0_0_5363f01a358d2e3591288576a7b753b8.jpg
BAKI, 14 sentyabr — Sputnik. Bu ilin oktyabr ayında Bakı və Sumqayıt şəhərlərində ilk innovasiya mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barədə Nəqliyyat və Rəqəmsal İnkişaf Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnara Vəliyeva "Chain Reaction 2024" forumu çərçivəsində keçirilən "Mədəniyyət olaraq innovasiyalar" adlı panel müzakirəsində bildirib. Onun sözlərinə görə, ilin sonuna kimi Gəncədə, gələn il isə Bakıda daha bir neçə innovasiya mərkəzlərinin yaradılması planlaşdırılır:Dövlət-özəl tərəfdaşlığının təşəbbüslərin davamlılığını təmin etməyə kömək edəcəyini deyən İ. Vəliyeva, biznes sektorunun onların uzunmüddətli inkişafında əsas rol oynayacağını əlavə edib. Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 3 KOB subyektinə onları innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və yaxud gəlir vergisindən 3 il müddətinə azad edən "Startap" şəhadətnaməsi verib. Bununla da "Startap" şəhadətnaməsi almış KOB subyektlərinin sayı 164-ə çatıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/10/460621722_490:0:3221:2048_1920x0_80_0_0_0c4fb2716c782003fa55d2da5985847a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mərkəz, kiçik və orta biznesin inkişafı agentliyi, iqtisadiyyat nazirliyi, bakı, sumqayıt, startap, innovasiya
mərkəz, kiçik və orta biznesin inkişafı agentliyi, iqtisadiyyat nazirliyi, bakı, sumqayıt, startap, innovasiya
Gələn ay Azərbaycanda ilk innovasiya mərkəzləri yaradılacaq
İnara Vəliyeva bildirib ki, böyük şirkətlərin bu cür ideyalara böyük tələbi var, startaplar isə öz növbəsində məhsullarını satmaq üçün imkan əldə edəcəklər.
BAKI, 14 sentyabr — Sputnik. Bu ilin oktyabr ayında Bakı və Sumqayıt şəhərlərində ilk innovasiya mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulur.
Bu barədə Nəqliyyat və Rəqəmsal İnkişaf Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnara Vəliyeva "Chain Reaction 2024" forumu çərçivəsində keçirilən "Mədəniyyət olaraq innovasiyalar" adlı panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, ilin sonuna kimi Gəncədə, gələn il isə Bakıda daha bir neçə innovasiya mərkəzlərinin yaradılması planlaşdırılır:
"Bakıda olan mərkəzi biz yaradırıq, Gəncə və Sumqayıtda açılacaq mərkəzlər üzrə isə tərəfdaşlarımızla iş aparırıq. Onlara bu işdə həm maliyyə həm də kontent dəstəyi göstəririk. Hədəfimiz bu mərkəzlərdə təqaüd, təhsil, inkubasiya proqramlarını cəmləşdirməklə, regionlarda şahibkarlıq düşüncəsinin, xüsusən texniki sahədə startapların yaradılmasını stumullaşdırmaqdır. Çünki innovasiya mərkəzlərinin yaradılması innovasiya mədəniyyətinin formalaşması üçün çox vacibdir. Bu, nəticə etibarı ilə yeni ideyaların formalaşması üçün münbit şərait yaradır. Böyük şirkətlərin bu cür ideyalara böyük tələbi var, startaplar isə öz növbəsində məhsullarını satmaq üçün imkan əldə edəcəklər".
Dövlət-özəl tərəfdaşlığının təşəbbüslərin davamlılığını təmin etməyə kömək edəcəyini deyən İ. Vəliyeva, biznes sektorunun onların uzunmüddətli inkişafında əsas rol oynayacağını əlavə edib.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 3 KOB subyektinə onları innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və yaxud gəlir vergisindən 3 il müddətinə azad edən "Startap" şəhadətnaməsi verib. Bununla da "Startap" şəhadətnaməsi almış KOB subyektlərinin sayı 164-ə çatıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.