Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanın əsas yataqlarında nə qədər neft və qaz hasil olunub

Abunə olmaq
Cari ilin yanvar-iyul aylarında Azərbaycanda təxminən 29,5 milyard kubmetr qaz hasil edilib. Ölkədə karbohidrogen istehsalı ilə bağlı ətraflı məlumat Sputnik Azərbaycan-ın infoqrafikasında.
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda qaz kondensatı da daxil olmaqla 16,9 milyon tona yaxın neft hasil edilib. Ümumi neft hasilatının 9,7 milyon tonu "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun, 2,5 milyon tonu "Şahdəniz" üzrə kondensatın, 0,34 milyon tonu isə "Abşeron" kondensatının payına düşüb.
Eyni zamanda, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müəssisələri tərəfindən neft və kondensat hasilatı 4,4 milyon ton təşkil edib.
Bununla yanaşı, yanvar-iyul aylarında 29,5 milyard kubmetrə yaxın təbii qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 milyard kubmetr və ya 4,6% çoxdur.
Ümumi qaz hasilatının 7,7 milyard kubmetri "Azəri-Çıraq-Günəşli" yatağında, 16,5 milyard kubmetri "Şahdəniz" yatağında, 0,9 milyard kubmetri isə "Abşeron" yatağında hasil edilib. 4,4 milyard kubmetr SOCAR-ın payına düşüb.
Bu ilin 7 ayı ərzində Azərbaycandan təxminən 14,7 milyard kubmetr qaz ixrac edilib ki, bu da bir il əvvəlki göstəricidən 5,7% çoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0