https://sputnik.az/20240913/sahin-mustafayev-rusiyanin-kend-teserrufati-naziri-ile-gorusub-467363227.html
Şahin Mustafayev Rusiyanın kənd təsərrüfatı naziri ilə görüşüb
Şahin Mustafayev Rusiyanın kənd təsərrüfatı naziri ilə görüşüb
Sputnik Azərbaycan
Görüşdə iki ölkə arasında aqrar-sənaye kompleksinin müxtəlif istiqamətlərində əməkdaşlığın genişləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər... 13.09.2024, Sputnik Azərbaycan
2024-09-13T17:56+0400
2024-09-13T17:56+0400
2024-09-13T17:58+0400
şahin mustafayev
iqtisadiyyat
rusiya
azərbaycan
azərbaycan
kənd təsərrüfatı
kənd təsərrüfatı naziri
görüş
https://cdnn1.img.sputnik.az/img/07e8/09/0d/467363060_0:56:924:575_1920x0_80_0_0_ce12b72474036a7a420e1def411c97bd.jpg
BAKI, 13 sentyabr — Sputnik. Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev sentyabrın 13-də Rusiya Federasiyasının kənd təsərrüfatı naziri Oksana Lut ilə görüşüb. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib. Görüşdə dövlət başçılarının birgə səyləri nəticəsində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin siyasi, ticari-iqtisadi, energetika, nəqliyyat-tranzit, humanitar və bir çox digər sahələrdə yüksək inkişaf dinamikası nümayiş etdirdiyi bildirilib. Vurğulanıb ki, iki ölkə arasında iqtisadiyyatın bütün istiqamətlərində olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Azərbaycanın Rusiyaya kənd təsərrüfatı məhsullarının əsas tədarükçülərindən biri olduğu qeyd edilib. Kənd təsərrüfatı məhsullarının təchizatının artırılması ilə bağlı qarşılıqlı maraq ifadə olunub. Görüşdə iki ölkə arasında aqrar-sənaye kompleksinin müxtəlif istiqamətlərində əməkdaşlığın genişləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Xatırladaq ki, Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi artır. Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2,5 milyard dollar təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz və ya 127,5 milyon dollar çoxdur. Ötən dövründə Azərbaycanın Rusiyadan idxalı 10,6 faiz artaraq 1,9 milyard dollara çatıb. Hesabat dövründə Azərbaycanın qeyri-neft məhsulları ixrac etdiyi ölkələr arasında Rusiya birinci yerdə qərarlaşıb. Belə ki, cari ilin yanvar-iyul aylarında Azərbaycandan Rusiyaya 641 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib. Azərbaycandan Rusiyaya əsasən meyvə-tərəvəz, meyvə şirələri və digər məhsullar ixrac edilib. 2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 9,57 faizi Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb və Rusiya Azərbaycanın üçüncü xarici ticarət tərəfdaşı olub.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/0d/467363060_41:0:881:630_1920x0_80_0_0_99abf0b64b4ab8674e87cd295db944a9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şahin mustafayev, rusiya, azərbaycan, azərbaycan, kənd təsərrüfatı, kənd təsərrüfatı naziri, görüş
şahin mustafayev, rusiya, azərbaycan, azərbaycan, kənd təsərrüfatı, kənd təsərrüfatı naziri, görüş
Şahin Mustafayev Rusiyanın kənd təsərrüfatı naziri ilə görüşüb
17:56 13.09.2024 (Yenilənib: 17:58 13.09.2024) Görüşdə iki ölkə arasında aqrar-sənaye kompleksinin müxtəlif istiqamətlərində əməkdaşlığın genişləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
BAKI, 13 sentyabr — Sputnik. Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev sentyabrın 13-də Rusiya Federasiyasının kənd təsərrüfatı naziri Oksana Lut ilə görüşüb.
Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə dövlət başçılarının birgə səyləri nəticəsində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin siyasi, ticari-iqtisadi, energetika, nəqliyyat-tranzit, humanitar və bir çox digər sahələrdə yüksək inkişaf dinamikası nümayiş etdirdiyi bildirilib.
Vurğulanıb ki, iki ölkə arasında iqtisadiyyatın bütün istiqamətlərində olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlıq yüksələn xətlə inkişaf edir.
Azərbaycanın Rusiyaya kənd təsərrüfatı məhsullarının əsas tədarükçülərindən biri olduğu qeyd edilib.
Kənd təsərrüfatı məhsullarının təchizatının artırılması ilə bağlı qarşılıqlı maraq ifadə olunub.
Görüşdə iki ölkə arasında aqrar-sənaye kompleksinin müxtəlif istiqamətlərində əməkdaşlığın genişləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Xatırladaq ki, Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi artır. Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2,5 milyard dollar təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz və ya 127,5 milyon dollar çoxdur. Ötən dövründə Azərbaycanın Rusiyadan idxalı 10,6 faiz artaraq 1,9 milyard dollara çatıb.
Hesabat dövründə Azərbaycanın qeyri-neft məhsulları ixrac etdiyi ölkələr arasında Rusiya birinci yerdə qərarlaşıb. Belə ki, cari ilin yanvar-iyul aylarında Azərbaycandan Rusiyaya 641 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib. Azərbaycandan Rusiyaya əsasən meyvə-tərəvəz, meyvə şirələri və digər məhsullar ixrac edilib. 2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 9,57 faizi Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb və Rusiya Azərbaycanın üçüncü xarici ticarət tərəfdaşı olub.