Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Sabahdan Bərdə-Xankəndi müntəzəm avtobus reysi fəaliyyətə başlayır

© Baku International Bus Terminal ComplexAvtobuslar, arxiv
Avtobuslar, arxiv - Sputnik Azərbaycan, 1920, 13.09.2024
Abunə olmaq
Bərdə-Xankəndi reysi və Bərdə-Xocalı aralıq məntəqəsi reysi "biletim.az" portalına inteqrasiya edilib.
BAKI, 13 sentyabr — Sputnik. "Böyük Qayıdış" proqramı çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sentyabrın 14-dən Bərdə-Xankəndi müntəzəm avtobus reysini istifadəyə verəcək. Məqsəd işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasıdır.
AYNA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, gün ərzində 3 dəfə həyata keçiriləcək reys üzrə avtobuslar Bərdə şəhər avtovağzalından saat 07:00, 11:30 və 16:30-da, Xankəndi şəhərindən isə saat 09:00, 14:30 və 18:30-da yola düşəcək. Xankəndi-Bərdə reysi üzrə aralıq məntəqə olaraq Xocalı şəhəri təyin edilib.
Bərdə-Xankəndi reysi və Bərdə-Xocalı aralıq məntəqəsi reysi "biletim.az" portalına inteqrasiya edilib. Bərdə-Xankəndi istiqamətində biletin qiyməti 2.80 manat, Bərdə-Xocalı istiqamətində 2.50 manat təşkil edir.
Qeyd edək ki, biletləri portal üzərindən onlayn qaydada əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin alınması da mütləqdir.
Xəbər lenti
0