https://sputnik.az/20240913/orban-ukraynadaki-missiyamizdan-sonra-daha-cox-a-olkesi-sulh-dusergesine-kecir-467348570.html
Orban: Ukraynadakı missiyamızdan sonra daha çox Aİ ölkəsi “sülh düşərgəsinə” keçir
Orban: Ukraynadakı missiyamızdan sonra daha çox Aİ ölkəsi “sülh düşərgəsinə” keçir
Sputnik Azərbaycan
Orban deyir ki, sülh təşəbbüsü olmasaydı, bu müzakirə başlamazdı və hamı yalnız müharibədən danışardı. 13.09.2024, Sputnik Azərbaycan
2024-09-13T23:52+0400
2024-09-13T23:52+0400
2024-09-13T23:52+0400
viktor orban
dünya xəbərləri
ukrayna
rusiya prezidenti vladimir putin
si cinpin
rəcəb tayyip ərdoğan
macarıstanın baş naziri
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1a/450022796_0:0:3073:1728_1920x0_80_0_0_fa91f3abc42389f655bab283bae63cfb.jpg
BAKI, 13 sentyabr — Sputnik. Mənim Ukrayna ilə bağlı sülh təşəbbüsümdən sonra Avropada sülhlə bağlı müzakirələr başlayıb və getdikcə daha çox Aİ ölkəsi Almaniya da daxil olmaqla "sülh düşərgəsinə" keçmək barədə düşünür. Bunu Macarıstanın baş naziri Viktor Orban deyib. "Avropa İttifaqı liderlərinin mövqeyinə görə, biz müharibədən uzaqlaşmalıyıq, əgər biz səngərdən çıxmağın vaxtının gəldiyini ciddi şəkildə danışmağa başlasaq, bu mümkündür. Döyüş meydanında münaqişənin həlli yoxdur, bu ideya bizim sülh missiyamız tərəfindən irəli sürülüb və bununla da biz Avropada böyük müzakirələrə başladıq", - Orban Kossuth radiosunda deyib. Onun sözlərinə görə, sülh təşəbbüsü olmasaydı, bu müzakirə başlamazdı və hamı yalnız müharibədən danışardı. "Sülhlə bağlı müzakirə və dialoq başlayandan sonra məlum oldu ki, getdikcə daha çox Aİ ölkəsi sülh düşərgəsinə qoşulacaq", - Orban bildirib. Xarici KİV yazır ki, daha əvvəl Almaniya kansleri Olaf Şoltsun Ukrayna böhranının sülh yolu ilə nizamlanması planı hazırlayıb. Bildirilir ki, Şolts rəhbərlik etdiyi Sosial Demokrat Partiyasının iki nümayəndəsi - Merkelin dövründə Ukrayna danışıqlarının iştirakçıları olan Ralf Şteqner və Rolf Mützeniçlə birlikdə sülh planı üzərində işləyir. Bu planı "bir növ Minsk-3" adlandırırlar. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Şoltsun Ukraynada münaqişənin həlli üçün plan hazırlaması barədə xəbərləri görüb, lakin detalları bilmir. İyulun əvvəlində Orban Rusiya prezidenti Vladimir Putin, Çin prezidenti Si Cinpin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ-ın keçmiş prezidenti Donald Tramp, həmçinin Vladimir Zelenski ilə görüşlər keçirib. Daha sonra Macarıstanın baş naziri bütün Aİ liderlərinə Ukraynadakı münaqişənin vəziyyətin real qiymətləndirilməsinə, məqsədlərə və müddətlərə əsaslanaraq həll planını çatdırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1a/450022796_131:0:2862:2048_1920x0_80_0_0_8c065bdfd9211ebea661a873782c45a5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
viktor orban, ukrayna, rusiya prezidenti vladimir putin, si cinpin, rəcəb tayyip ərdoğan, macarıstanın baş naziri
viktor orban, ukrayna, rusiya prezidenti vladimir putin, si cinpin, rəcəb tayyip ərdoğan, macarıstanın baş naziri
Orban: Ukraynadakı missiyamızdan sonra daha çox Aİ ölkəsi “sülh düşərgəsinə” keçir
Orban deyir ki, sülh təşəbbüsü olmasaydı, bu müzakirə başlamazdı və hamı yalnız müharibədən danışardı.
BAKI, 13 sentyabr — Sputnik. Mənim Ukrayna ilə bağlı sülh təşəbbüsümdən sonra Avropada sülhlə bağlı müzakirələr başlayıb və getdikcə daha çox Aİ ölkəsi Almaniya da daxil olmaqla "sülh düşərgəsinə" keçmək barədə düşünür. Bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
"Avropa İttifaqı liderlərinin mövqeyinə görə, biz müharibədən uzaqlaşmalıyıq, əgər biz səngərdən çıxmağın vaxtının gəldiyini ciddi şəkildə danışmağa başlasaq, bu mümkündür. Döyüş meydanında münaqişənin həlli yoxdur, bu ideya bizim sülh missiyamız tərəfindən irəli sürülüb və bununla da biz Avropada böyük müzakirələrə başladıq", - Orban Kossuth radiosunda deyib.
Onun sözlərinə görə, sülh təşəbbüsü olmasaydı, bu müzakirə başlamazdı və hamı yalnız müharibədən danışardı. "Sülhlə bağlı müzakirə və dialoq başlayandan sonra məlum oldu ki, getdikcə daha çox Aİ ölkəsi sülh düşərgəsinə qoşulacaq", - Orban bildirib.
Xarici KİV yazır ki, daha əvvəl Almaniya kansleri Olaf Şoltsun Ukrayna böhranının sülh yolu ilə nizamlanması planı hazırlayıb. Bildirilir ki, Şolts rəhbərlik etdiyi Sosial Demokrat Partiyasının iki nümayəndəsi - Merkelin dövründə Ukrayna danışıqlarının iştirakçıları olan Ralf Şteqner və Rolf Mützeniçlə birlikdə sülh planı üzərində işləyir. Bu planı "bir növ Minsk-3" adlandırırlar. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Şoltsun Ukraynada münaqişənin həlli üçün plan hazırlaması barədə xəbərləri görüb, lakin detalları bilmir.
İyulun əvvəlində Orban Rusiya prezidenti Vladimir Putin, Çin prezidenti Si Cinpin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ-ın keçmiş prezidenti Donald Tramp, həmçinin Vladimir Zelenski ilə görüşlər keçirib. Daha sonra Macarıstanın baş naziri bütün Aİ liderlərinə Ukraynadakı münaqişənin vəziyyətin real qiymətləndirilməsinə, məqsədlərə və müddətlərə əsaslanaraq həll planını çatdırıb.