Tarixdə bu gün: 12 sentyabr – FOTO
© Sputnik / Elnur Salayev12 sentyabr
© Sputnik / Elnur Salayev
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 12 sentyabr - Sputnik. Sentyabrın 12-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Sentyabrın 12-də kimlər anadan olub?
Yusif Vəzir Çəmənzəminli (1887 - 1943) - Azərbaycan yazıçısı, ictimai-dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı imperiyasındakı ilk səfiridir. O, “Əli və Nino”, “Qızlar bulağı”, “Altunsaç” və başqa əsərlərin müəllifidir.
© Photo : Public domainYusif Çəmənzəminli
Yusif Çəmənzəminli
© Photo : Public domain
Stanislav Lem (1921 - 2006) - Polşa filosofu və yazıçısıdır. Onun kitabları 50-dən çox dilə tərcümə olunub və 40 milyondan çox nüsxəsi satılıb. Yazıçı “Ulduzlardan qayıtma”, “Yer üzündə sülh”, “İstintaq” kimi əsərlərin müəllifidir.
© AP PhotoStanislav Lem
Stanislav Lem
© AP Photo
İen Holm (1931 - 2020) - ingilis aktyoru, BAFTA mükafatı və “Toni” teatr mükafatı laureatıdır. O, "Beşinci element", "Cəhənnəmdən" və "Yadplanetli" filmləri, həmçinin "Üzüklərin hökmdarı" və "Hobbit" film trilogiyaları ilə tanınır.
© Jon Furniss / Invision / APİen Holm
İen Holm
© Jon Furniss / Invision / AP
Tatyana Doronina (1933) - Sovet və Rusiya teatr və kino aktrisası, yazıçı, SSRİ xalq artistidir. 2018-ci il dekabrın 4-dən o, M.Qorki adına Moskva İncəsənət Akademik Teatrının prezidentidir. Aktrisa “Böyük bacı”, “Bir daha sevgi haqqında” və s. filmləri ilə tanınır.
Tatyana Doronina
© Sputnik / Aleksey Boytsov
/ Milen Farmer (1961) - fransız müğənni, bəstəkar, aktrisa və şairdir. O, təkcə Fransada deyil, bütün dünyada populyar musiqinin ən məşhur müasir fransız ifaçılarından biridir. Müğənni ən yüksək maaş alan fransız dilli ifaçılar siyahısında birinci yerdədir.
© Vianney Le Caer / Invision / APMilen Farmer
Milen Farmer
© Vianney Le Caer / Invision / AP
Pol Uoker (1973 - 2013) - ABŞ kino aktyoru və modeldir. O, "Forsaj" film seriyasında Brayan Okanner rolu ilə tanınıb.
© AP Photo / Matt SaylesPol Uoker
Pol Uoker
© AP Photo / Matt Sayles
12 sentyabr tarixində dünyada baş verən tarixi hadisələr
Eramızdan əvvəl 490-cı ildə yunan-fars müharibələrinin ən böyük quru döyüşlərindən biri olan Marafon döyüşü baş verib. Bu döyüşdə fars ordusu sarsıdıcı məğlubiyyətə uğrayıb.
1943-cü ildə Fransada qayaüstü təsvirlərin sayına, keyfiyyətinə və saxlanma dərəcəsinə görə ən vacib paleolit abidələrindən biri olan Lasko mağarası kəşf edilib. Mağaranı bəzən "ibtidai icma quruluşunun Sikstin kapellası" da adlandırırlar. Orada olan rəsm və qravyuraların dəqiq yaranma tarixi yoxdur, onun təqribən eramızdan XVIII - XV əsr əvvəl yarandığını ehtimal edirlər.
1959-cu ildən Baykonur kosmodromundan “Luna-2” Sovet planetlərarası stansiyası buraxılıb.
Baykonur
© Sputnik / Maxim Blinov
/ Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.