https://sputnik.az/20240912/srailliler-terefinden-oldurulen-turkiye-vetendasinin-cenazesi-bakiya-getirilecek-467342696.html
İsraillilər tərəfindən öldürülən Türkiyə vətəndaşının cənazəsi Bakıya gətiriləcək
İsraillilər tərəfindən öldürülən Türkiyə vətəndaşının cənazəsi Bakıya gətiriləcək
Sputnik Azərbaycan
Cənazə Türkiyənin Bakıdakı səfirliyinə təhvil veriləcək, bundan sonra Türk Hava Yollarının reysi ilə İstanbula göndəriləcək. 12.09.2024, Sputnik Azərbaycan
2024-09-12T18:45+0400
2024-09-12T18:45+0400
2024-09-12T18:45+0400
dünya xəbərləri
israil
türkiyə
ərdoğan
rəcəb tayyip ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
entoni blinken
antoni blinken
qəzza
ağ ev
https://cdnn1.img.sputnik.az/img/07e5/02/01/426108074_0:0:3072:1728_1920x0_80_0_0_715693358675b867fd74f446fba1d1c5.jpg
BAKI, 12 sentyabr - Sputnik. Bir neçə gün əvvəl İordan çayının qərb sahilində dinc etirazlar zamanı İsrail təhlükəsizlik qüvvələri tərəfindən açılan güllələrdən dünyasını dəyişən Türkiyə vətəndaşı Ayşenur Ezgi Eyginin cənazəsi bu gün axşam saatlarında Bakıya gətiriləcək. Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, cənazə bu ölkənin Bakıdakı səfirliyinə təhvil veriləcək, bundan sonra Türk Hava Yollarının reysi ilə İstanbula göndəriləcək. Dəfn mərasiminin sabah olacağı bildirilir. Xatırladaq ki, bir neçə ay əvvəl Türkiyə Qəzza zolağında baş verənlərə etiraz olaraq İsraillə bütün əlaqələri, o cümlədən hava yolları ilə müntəzəm uçuşları dayandırıb.26 yaşlı Amerika və Türkiyə vətəndaşı Ayşenur Ezgi Eygi ötən cümə günü Nablus yaxınlığındakı Beyta qəsəbəsində yəhudi məskənlərinin genişləndirilməsinə qarşı keçirilən etiraz aksiyasında iştirak edib və yerli məlumatlara görə, İsrail Dövlətinin silahlı qüvvələri və onun əsas təhlükəsizlik orqanının (İDF) əsgəri tərəfindən güllələnərək öldürülüb. Ayşenur Ezgi Eygi Nablusdakı xəstəxanaya aparılıb və qısa müddət sonra orada ölüb. Rafidiya Xəstəxanasının rəhbəri doktor Fuad Nafaa qızın "başından aldığı güllə yarası"ndan öldüyünü təsdiqləyib. İsrail Müdafiə Qüvvələri "bölgədə açılan atəş nəticəsində bir xarici vətəndaşın ölməsi ilə bağlı xəbərləri araşdırdıqlarını" bildirib.ABŞ dövlət katibi Antoni Blinken “faciəli itki” ilə bağlı başsağlığı verib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə İsrailin hərəkətlərini “barbarlıq” adlandırıb. Türkiyə Xarici İşlər Nazirliyi Ezginin “Nablusda İsrail işğalçı əsgərləri tərəfindən öldürüldüyünü” bildirib. Ağ Ev, hər iki tərəfi günahlandırmaqdan çəkinərək, ehtiyatlı yanaşma nümayiş etdirib. Lakin İsraili hərtərəfli araşdırma aparmağa çağırıb. Bundan əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Vaşinqtonun “Ayşenur Ezgi Eyginin ölüm şəraiti ilə bağlı əlavə məlumat topladığını” bildirmişdi.Eygi, Fələstin torpaqlarının İsrail tərəfindən işğalına qarşı dinc və sivil üsullarla fələstinlilərə dəstək verən Beynəlxalq Həmrəylik Hərəkatının könüllüsü və hüquq müdafiəçisi idi. 2003-cü ildə İsrail buldozeri tərəfindən əzilərək öldürülən ABŞ vətəndaşı Reyçel Korri (Rachel Corrie) də eyni hərəkata mənsub idi.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/01/426108074_0:0:2732:2048_1920x0_80_0_0_ddb30f7393aaf760bfd884d35367fc44.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
israil, türkiyə, ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, entoni blinken, antoni blinken, qəzza, ağ ev
israil, türkiyə, ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, entoni blinken, antoni blinken, qəzza, ağ ev
İsraillilər tərəfindən öldürülən Türkiyə vətəndaşının cənazəsi Bakıya gətiriləcək
Cənazə Türkiyənin Bakıdakı səfirliyinə təhvil veriləcək, bundan sonra Türk Hava Yollarının reysi ilə İstanbula göndəriləcək.
BAKI, 12 sentyabr - Sputnik. Bir neçə gün əvvəl İordan çayının qərb sahilində dinc etirazlar zamanı İsrail təhlükəsizlik qüvvələri tərəfindən açılan güllələrdən dünyasını dəyişən Türkiyə vətəndaşı Ayşenur Ezgi Eyginin cənazəsi bu gün axşam saatlarında Bakıya gətiriləcək.
Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, cənazə bu ölkənin Bakıdakı səfirliyinə təhvil veriləcək, bundan sonra Türk Hava Yollarının reysi ilə İstanbula göndəriləcək.
Dəfn mərasiminin sabah olacağı bildirilir.
Xatırladaq ki, bir neçə ay əvvəl Türkiyə Qəzza zolağında baş verənlərə etiraz olaraq İsraillə bütün əlaqələri, o cümlədən hava yolları ilə müntəzəm uçuşları dayandırıb.
26 yaşlı Amerika və Türkiyə vətəndaşı Ayşenur Ezgi Eygi ötən cümə günü Nablus yaxınlığındakı Beyta qəsəbəsində yəhudi məskənlərinin genişləndirilməsinə qarşı keçirilən etiraz aksiyasında iştirak edib və yerli məlumatlara görə, İsrail Dövlətinin silahlı qüvvələri və onun əsas təhlükəsizlik orqanının (İDF) əsgəri tərəfindən güllələnərək öldürülüb.
Ayşenur Ezgi Eygi Nablusdakı xəstəxanaya aparılıb və qısa müddət sonra orada ölüb. Rafidiya Xəstəxanasının rəhbəri doktor Fuad Nafaa qızın "başından aldığı güllə yarası"ndan öldüyünü təsdiqləyib.
İsrail Müdafiə Qüvvələri "bölgədə açılan atəş nəticəsində bir xarici vətəndaşın ölməsi ilə bağlı xəbərləri araşdırdıqlarını" bildirib.
ABŞ dövlət katibi Antoni Blinken “faciəli itki” ilə bağlı başsağlığı verib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə İsrailin hərəkətlərini “barbarlıq” adlandırıb.
Türkiyə Xarici İşlər Nazirliyi Ezginin “Nablusda İsrail işğalçı əsgərləri tərəfindən öldürüldüyünü” bildirib.
Ağ Ev, hər iki tərəfi günahlandırmaqdan çəkinərək, ehtiyatlı yanaşma nümayiş etdirib. Lakin İsraili hərtərəfli araşdırma aparmağa çağırıb.
Bundan əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Vaşinqtonun “Ayşenur Ezgi Eyginin ölüm şəraiti ilə bağlı əlavə məlumat topladığını” bildirmişdi.
Eygi, Fələstin torpaqlarının İsrail tərəfindən işğalına qarşı dinc və sivil üsullarla fələstinlilərə dəstək verən Beynəlxalq Həmrəylik Hərəkatının könüllüsü və hüquq müdafiəçisi idi.
2003-cü ildə İsrail buldozeri tərəfindən əzilərək öldürülən ABŞ vətəndaşı Reyçel Korri (Rachel Corrie) də eyni hərəkata mənsub idi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.