https://sputnik.az/20240912/qazaxistan-azerbaycan-vasitesile-uran-tedarukunu-artiracaq---orta-dehliz-buna-hazirdirmi-467311905.html
Qazaxıstan Azərbaycan vasitəsilə uran tədarükünü artıracaq - Orta dəhliz buna hazırdırmı?
Qazaxıstan Azərbaycan vasitəsilə uran tədarükünü artıracaq - Orta dəhliz buna hazırdırmı?
Sputnik Azərbaycan
“Kazatomprom” Azərbaycan ərazisindən Orta dəhliz üzrə Avropaya uran tədarükünü genişləndirməyə çalışır, Özbəkistan da bu marşrutu izləyir. 12.09.2024, Sputnik Azərbaycan
2024-09-12T11:18+0400
2024-09-12T11:18+0400
2024-09-12T10:53+0400
qazaxıstan
iqtisadiyyat
"uran-14"
azərbaycan
ixrac
özbəkistan
transxəzər beynəlxalq nəqliyyat konsorsiumu
beynəlxalq atom enerjisi agentliyi
mərkəzi asiya
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/11/461369707_0:160:3072:1888_1920x0_80_0_0_30be7cd0c88f1118fd929b17303a396d.jpg
BAKI, 12 sentyabr — Sputnik. Xəzər regionundan enerji resurslarının tədarükü və tranziti məsələsində Avropanın Azərbaycandan asılılığı hər gün artır - ixrac olunan Qazaxıstan neftinin həcminin bir hissəsini Azərbaycan infrastrukturu vasitəsilə yönləndirməklə yanaşı, Astana da Orta dəhliz üzrə uran tədarükünün artırılmasını planlaşdırır. Belə ki, Qazaxıstanın “Kazatomprom” milli şirkətinin idarə heyətinin sədri Meircan Yusupovun sözlərinə görə, şirkət Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha da Avropa ölkələrindən keçən Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (Orta Dəhliz/TBND) üzrə tədarükləri genişləndirməyə çalışır. Yusupov qeyd edib ki, Ukrayna münaqişəsinə görə tətbiq edilən sanksiyalar Qərb ölkələrinə uran tədarükünü xeyli çətinləşdirir. Eyni zamanda o hesab edir ki, Qazaxıstan uranın böyük hissəsini Asiya bazarına sata bilər, lakin tədarükün diversifikasiyası baxımından bu, praktiki deyil. Alternativ getdikcə azalır İlk dəfə olaraq Qazaxıstan uranının Transxəzər dəhlizi və Azərbaycan vasitəsilə qərb bazarlarına tədarükü 2018-ci ildə həyata keçirilib - o zaman 308 tonluq nisbətən kiçik partiya ABŞ-a ixrac edilib. Sankt-Peterburq limanından keçən adi marşrut müvəqqəti olaraq şəhərin Dünya Çempionatına ev sahibliyi etdiyi üçün qeyri-mümkün olduğundan “Kazatomprom” bu marşruta müraciət etməli olub. Sonra Qazaxıstan yenidən Sankt-Peterburq vasitəsilə tədarüklərə qayıdıb və bir neçə il TBND Qazaxıstan uranının ixracında iştirak etməyib. Məsələ 2022-ci ildə Qərbin Rusiya Federasiyasına qarşı tətbiq etdiyi sanksiyalara görə Qazaxıstan alternativ yol axtarmalı olduqda yenidən aktuallaşıb. 2022-ci ildə Azərbaycan vasitəsilə Qazaxıstandan Avropaya və Kanadaya uranın tədarükü yenidən başlayıb və bunun üçün Transxəzər marşrutu belə yüklərin daşınmasının təhlükəsizliyi baxımından yenidən sınaqdan keçirilib. Ötən il Qazaxıstan uranının Azərbaycan ərazisindən tranziti əhəmiyyətli dərəcədə artaraq, demək olar ki, 15% çoxalaraq 2,3 min tona çatıb. Eyni zamanda, Qərb bazarına Qazaxıstan uranının tədarükünün 60%-dən çoxu TBND-nin payına düşür. İxracın qalan hissəsi - təxminən 15 min tonu Asiya bazarının payına düşüb. Qeyd edək ki, Qazaxıstan uranının idxalında Asiya bazarının payı nəzərəçarpacaq dərəcədə artıb, çox güman ki, uranın Transxəzər marşrutu ilə nəqli üçün imkanlar və kvotalar məhduddur. TBND vasitəsilə daha çox uran tədarükü mümkündürmü? “Kazatomprom” 2022-ci ildən Transxəzər dəhlizinin iştirakçı ölkələri ilə bu marşrut üzrə uranın daşınması üçün kvotanın artırılması üzərində işləyir. Eyni zamanda, Azərbaycan tərəfi də dəniz donanması ilə birlikdə uranın TBND vasitəsilə daşınmasında iştirak edir, lakin kiçik həcmlərə görə konteynerlər əsasən “Kazmortransflot” tərəfindən daşınır. Qeyd etmək lazımdır ki, uranın daşınması Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) tərəfindən təsdiq edilmiş radioaktiv maddələrin daşınması üçün xüsusi təhlükəsizlik texnikasına uyğun olaraq həyata keçirilir. Təhlükəsizlik tədbirlərinə görə, uranın nəqli zamanı digər yüklərin saxlanması və ya daşınması üçün istifadə olunmayan xüsusi konteyner, sistern, qablaşdırma dəstləri istifadə edilməlidir. Ümumiyyətlə, Qazaxıstandan Azərbaycan ərazisi vasitəsi ilə daha böyük həcmdə uran yanacağının daşınması üçün bütün zəruri nəqliyyat və logistika alətləri mövcuddur. Xüsusilə, Transxəzər dəhlizi ilə yükdaşıma qabiliyyətinin 2025-ci ilə qədər 10 milyon tona çatdırılacağı gözlənilir. Eyni zamanda, uran yanacağının daşınması şərtləri ilə bağlı risklər və çatışmazlıqlar olduğu kimi qalır - hazırda bu əməliyyatları yalnız "Kazmortransflot" həyata keçirə bilər. TBND üzrə tədarükün həcmini artırmaq üçün xüsusi konteyner və sisternlərin sayını artırmaq, eləcə də yüklərin mühafizəsini təmin etmək üçün bir sıra tədbirlər görmək lazımdır. Ekspertlər hesab edirlər ki, Azərbaycanın bu məsələdə imkanları hələ də məhduddur və uranın böyük həcmdə nəqlini həyata keçirmək üçün digər ölkələrdən operator şirkətləri, o cümlədən limanlarının və Transxəzər marşrutunun infrastruktur imkanlarının inkişafında fəal iştirak edən BƏƏ-dən olan “Abu Dhabi Ports Group” şirkətlər qrupunu cəlb etmək lazımdır. Özbəkistan uranı da Transxəzər dəhlizindən keçəcək? Qazaxıstandan sonra uran ehtiyatlarına və istehsalına görə ikinci dövlət Özbəkistandır - bu ölkədə həmin yanacağın ehtiyatları 100 min tondan artıqdır və 2023-cü ilin birinci yarısının nəticələrinə görə, respublikada uran istehsalı 12% çoxalıb. Bununla yanaşı, Özbəkistan uranın istehsalı və ixracının həcmləri barədə dəqiq məlumat dərc etmir, lakin son məlumatlara görə, 2022-ci ildə ölkə Avropa İttifaqına (Aİ) uran ixracını 2,71 dəfə artıraraq 441 tona çatdırıb. Qazaxıstanda olduğu kimi Özbəkistan üçün də Avropa istiqamətində uran tədarükünün alternativ yollarını inkişaf etdirmək vacibdir və bu mənada Transxəzər marşrutu Daşkənd üçün prioritetdir. Özbəkistan öz yüklərinin daşınmasının həcmini artırmaq üçün dəhlizdə iştirak edən ölkələrlə danışıqlar aparır. O cümlədən, respublika Rumıniya ilə ikitərəfli və tranzit icazələrini ləğv etməyə razılıq verib və Bolqarıstanla da analoji danışıqlar aparır. Bundan əlavə, Özbəkistan və Azərbaycan Transxəzər marşrutu üzrə Mərkəzi Asiya ölkəsinin yük daşımalarına xidmət edəcək bərələrin birgə tikintisi barədə razılığa gəliblər. Bu layihə Özbəkistan yüklərinin Avropaya çatdırılma müddətini əhəmiyyətli dərəcədə azaldacaq və bu marşrut üzrə logistika proseslərini sadələşdirəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
mərkəzi asiya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/11/461369707_171:0:2902:2048_1920x0_80_0_0_79f2848eeac1452494961fc0a2cf54d3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
qazaxıstan, "uran-14" , azərbaycan, ixrac, özbəkistan, transxəzər beynəlxalq nəqliyyat konsorsiumu, beynəlxalq atom enerjisi agentliyi, mərkəzi asiya
qazaxıstan, "uran-14" , azərbaycan, ixrac, özbəkistan, transxəzər beynəlxalq nəqliyyat konsorsiumu, beynəlxalq atom enerjisi agentliyi, mərkəzi asiya
Qazaxıstan Azərbaycan vasitəsilə uran tədarükünü artıracaq - Orta dəhliz buna hazırdırmı?
“Kazatomprom” Azərbaycan ərazisindən Orta dəhliz üzrə Avropaya uran tədarükünü genişləndirməyə çalışır, Özbəkistan da bu marşrutu izləyir.
BAKI, 12 sentyabr — Sputnik. Xəzər regionundan enerji resurslarının tədarükü və tranziti məsələsində Avropanın Azərbaycandan asılılığı hər gün artır - ixrac olunan Qazaxıstan neftinin həcminin bir hissəsini Azərbaycan infrastrukturu vasitəsilə yönləndirməklə yanaşı, Astana da Orta dəhliz üzrə uran tədarükünün artırılmasını planlaşdırır.
Belə ki, Qazaxıstanın “Kazatomprom” milli şirkətinin idarə heyətinin sədri Meircan Yusupovun sözlərinə görə, şirkət Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha da Avropa ölkələrindən keçən Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (Orta Dəhliz/TBND) üzrə tədarükləri genişləndirməyə çalışır.
Yusupov qeyd edib ki, Ukrayna münaqişəsinə görə tətbiq edilən sanksiyalar Qərb ölkələrinə uran tədarükünü xeyli çətinləşdirir.
Eyni zamanda o hesab edir ki, Qazaxıstan uranın böyük hissəsini Asiya bazarına sata bilər, lakin tədarükün diversifikasiyası baxımından bu, praktiki deyil.
Alternativ getdikcə azalır
İlk dəfə olaraq Qazaxıstan uranının Transxəzər dəhlizi və Azərbaycan vasitəsilə qərb bazarlarına tədarükü 2018-ci ildə həyata keçirilib - o zaman 308 tonluq nisbətən kiçik partiya ABŞ-a ixrac edilib. Sankt-Peterburq limanından keçən adi marşrut müvəqqəti olaraq şəhərin Dünya Çempionatına ev sahibliyi etdiyi üçün qeyri-mümkün olduğundan “Kazatomprom” bu marşruta müraciət etməli olub.
Sonra Qazaxıstan yenidən Sankt-Peterburq vasitəsilə tədarüklərə qayıdıb və bir neçə il TBND Qazaxıstan uranının ixracında iştirak etməyib.
Məsələ 2022-ci ildə Qərbin Rusiya Federasiyasına qarşı tətbiq etdiyi sanksiyalara görə Qazaxıstan alternativ yol axtarmalı olduqda yenidən aktuallaşıb. 2022-ci ildə Azərbaycan vasitəsilə Qazaxıstandan Avropaya və Kanadaya uranın tədarükü yenidən başlayıb və bunun üçün Transxəzər marşrutu belə yüklərin daşınmasının təhlükəsizliyi baxımından yenidən sınaqdan keçirilib.
Ötən il Qazaxıstan uranının Azərbaycan ərazisindən tranziti əhəmiyyətli dərəcədə artaraq, demək olar ki, 15% çoxalaraq 2,3 min tona çatıb. Eyni zamanda, Qərb bazarına Qazaxıstan uranının tədarükünün 60%-dən çoxu TBND-nin payına düşür.
İxracın qalan hissəsi - təxminən 15 min tonu Asiya bazarının payına düşüb. Qeyd edək ki, Qazaxıstan uranının idxalında Asiya bazarının payı nəzərəçarpacaq dərəcədə artıb, çox güman ki, uranın Transxəzər marşrutu ilə nəqli üçün imkanlar və kvotalar məhduddur.
TBND vasitəsilə daha çox uran tədarükü mümkündürmü?
“Kazatomprom” 2022-ci ildən Transxəzər dəhlizinin iştirakçı ölkələri ilə bu marşrut üzrə uranın daşınması üçün kvotanın artırılması üzərində işləyir.
Eyni zamanda, Azərbaycan tərəfi də dəniz donanması ilə birlikdə uranın TBND vasitəsilə daşınmasında iştirak edir, lakin kiçik həcmlərə görə konteynerlər əsasən “Kazmortransflot” tərəfindən daşınır.
Qeyd etmək lazımdır ki, uranın daşınması Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) tərəfindən təsdiq edilmiş radioaktiv maddələrin daşınması üçün xüsusi təhlükəsizlik texnikasına uyğun olaraq həyata keçirilir. Təhlükəsizlik tədbirlərinə görə, uranın nəqli zamanı digər yüklərin saxlanması və ya daşınması üçün istifadə olunmayan xüsusi konteyner, sistern, qablaşdırma dəstləri istifadə edilməlidir.
Ümumiyyətlə, Qazaxıstandan Azərbaycan ərazisi vasitəsi ilə daha böyük həcmdə uran yanacağının daşınması üçün bütün zəruri nəqliyyat və logistika alətləri mövcuddur. Xüsusilə, Transxəzər dəhlizi ilə yükdaşıma qabiliyyətinin 2025-ci ilə qədər 10 milyon tona çatdırılacağı gözlənilir.
Eyni zamanda, uran yanacağının daşınması şərtləri ilə bağlı risklər və çatışmazlıqlar olduğu kimi qalır - hazırda bu əməliyyatları yalnız "Kazmortransflot" həyata keçirə bilər. TBND üzrə tədarükün həcmini artırmaq üçün xüsusi konteyner və sisternlərin sayını artırmaq, eləcə də yüklərin mühafizəsini təmin etmək üçün bir sıra tədbirlər görmək lazımdır.
Ekspertlər hesab edirlər ki, Azərbaycanın bu məsələdə imkanları hələ də məhduddur və uranın böyük həcmdə nəqlini həyata keçirmək üçün digər ölkələrdən operator şirkətləri, o cümlədən limanlarının və Transxəzər marşrutunun infrastruktur imkanlarının inkişafında fəal iştirak edən BƏƏ-dən olan “Abu Dhabi Ports Group” şirkətlər qrupunu cəlb etmək lazımdır.
Özbəkistan uranı da Transxəzər dəhlizindən keçəcək?
Qazaxıstandan sonra uran ehtiyatlarına və istehsalına görə ikinci dövlət Özbəkistandır - bu ölkədə həmin yanacağın ehtiyatları 100 min tondan artıqdır və 2023-cü ilin birinci yarısının nəticələrinə görə, respublikada uran istehsalı 12% çoxalıb.
Bununla yanaşı, Özbəkistan uranın istehsalı və ixracının həcmləri barədə dəqiq məlumat dərc etmir, lakin son məlumatlara görə, 2022-ci ildə ölkə Avropa İttifaqına (Aİ) uran ixracını 2,71 dəfə artıraraq 441 tona çatdırıb.
Qazaxıstanda olduğu kimi Özbəkistan üçün də Avropa istiqamətində uran tədarükünün alternativ yollarını inkişaf etdirmək vacibdir və bu mənada Transxəzər marşrutu Daşkənd üçün prioritetdir.
Özbəkistan öz yüklərinin daşınmasının həcmini artırmaq üçün dəhlizdə iştirak edən ölkələrlə danışıqlar aparır. O cümlədən, respublika Rumıniya ilə ikitərəfli və tranzit icazələrini ləğv etməyə razılıq verib və Bolqarıstanla da analoji danışıqlar aparır.
Bundan əlavə, Özbəkistan və Azərbaycan Transxəzər marşrutu üzrə Mərkəzi Asiya ölkəsinin yük daşımalarına xidmət edəcək bərələrin birgə tikintisi barədə razılığa gəliblər. Bu layihə Özbəkistan yüklərinin Avropaya çatdırılma müddətini əhəmiyyətli dərəcədə azaldacaq və bu marşrut üzrə logistika proseslərini sadələşdirəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.