https://sputnik.az/20240912/miqrantlarla-bagli-qadaga-rusiyadaki-azerbaycanlilara-nece-tesir-edecek-467477609.html
Miqrantlarla bağlı qadağa Rusiyadakı azərbaycanlılara necə təsir edəcək?
Miqrantlarla bağlı qadağa Rusiyadakı azərbaycanlılara necə təsir edəcək?
Sputnik Azərbaycan
Azər Allahverənov qeyd edib ki, Rusiya rəhbərliyi miqrantların iqtisadiyyata maksimum fayda gətirəcəyi bir şərait yaratmaq istəyir. 12.09.2024, Sputnik Azərbaycan
2024-09-12T20:00+0400
2024-09-12T20:00+0400
2024-09-18T11:36+0400
miqrant
cəmiyyət
azər allahverənov
ekspert azər allahverənov
miqrasiya
dövlət miqrasiya xidməti
https://cdnn1.img.sputnik.az/img/07e8/08/19/466889250_0:160:3072:1888_1920x0_80_0_0_f1ca9d20615f214b61ebb0fa489183a8.jpg
BAKI, 12 sentyabr — Sputnik. Rusiya Dövlət Duması əmək miqrantlarının ailələrini Rusiyaya gətirməsinə qadağa qoyulmasına dair təşəbbüsü hazırlayır. "Miqrasiya Təşəbbüsləri Platforması" ictimai birliyinin sədri Azər Allahverənov hesab edir ki, Rusiyada miqrasiya siyasətinin sərtləşdirilməsi məcburi tədbirdir və bu, ilk növbədə, təhlükəsizlik məsələləri ilə bağlıdır. "Məsələ Crocusdakı terror aktından sonra xüsusilə aktuallaşdı" – o, Sputnik Azərbaycan-la söhbətində qeyd edib. Onun fikrincə, digər mühüm cəhət miqrasiyanın iqtisadi komponentə təsirinin tənzimlənməsidir. Allahverənov qeyd edib ki, Rusiya rəhbərliyi miqrantların iqtisadiyyata maksimum fayda gətirəcəyi bir şərait yaratmaq istəyir. "Bu, miqrant əməyinin tam leqallaşdırılmasını, habelə qaydaların sərtləşdirilməsini nəzərdə tutur ki, bu da Rusiyada miqrantların sayının azalmasına səbəb olacaq" – o, hesab edir. Bütün bunlar təbii ki, Azərbaycan vətəndaşlarına öz təsirini göstərəcək. Ekspert əlavə edib ki, sərhədi keçərkən və müvafiq icazələrin alınması zamanı yenilikləri nəzərə almaq lazım gələcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Nadir Şəfiyev
https://cdnn1.img.sputnik.az/img/41883/47/418834744_399:0:1729:1330_100x100_80_0_0_2fd2e6aed9b21de8279a52ec8667076f.jpg
Nadir Şəfiyev
https://cdnn1.img.sputnik.az/img/41883/47/418834744_399:0:1729:1330_100x100_80_0_0_2fd2e6aed9b21de8279a52ec8667076f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/19/466889250_171:0:2902:2048_1920x0_80_0_0_272ff155f7a73df45b6bdf6958df7d83.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Nadir Şəfiyev
https://cdnn1.img.sputnik.az/img/41883/47/418834744_399:0:1729:1330_100x100_80_0_0_2fd2e6aed9b21de8279a52ec8667076f.jpg
miqrant, azər allahverənov, ekspert azər allahverənov, miqrasiya, dövlət miqrasiya xidməti
miqrant, azər allahverənov, ekspert azər allahverənov, miqrasiya, dövlət miqrasiya xidməti
Miqrantlarla bağlı qadağa Rusiyadakı azərbaycanlılara necə təsir edəcək?
20:00 12.09.2024 (Yenilənib: 11:36 18.09.2024) Azər Allahverənov qeyd edib ki, Rusiya rəhbərliyi miqrantların iqtisadiyyata maksimum fayda gətirəcəyi bir şərait yaratmaq istəyir.
BAKI, 12 sentyabr — Sputnik. Rusiya Dövlət Duması əmək miqrantlarının ailələrini Rusiyaya gətirməsinə qadağa qoyulmasına dair təşəbbüsü hazırlayır.
"Miqrasiya Təşəbbüsləri Platforması" ictimai birliyinin sədri Azər Allahverənov hesab edir ki, Rusiyada miqrasiya siyasətinin sərtləşdirilməsi məcburi tədbirdir və bu, ilk növbədə, təhlükəsizlik məsələləri ilə bağlıdır.
"Məsələ Crocusdakı terror aktından sonra xüsusilə aktuallaşdı" – o, Sputnik Azərbaycan-la söhbətində qeyd edib.
Onun fikrincə, digər mühüm cəhət miqrasiyanın iqtisadi komponentə təsirinin tənzimlənməsidir.
Allahverənov qeyd edib ki, Rusiya rəhbərliyi miqrantların iqtisadiyyata maksimum fayda gətirəcəyi bir şərait yaratmaq istəyir.
"Bu, miqrant əməyinin tam leqallaşdırılmasını, habelə qaydaların sərtləşdirilməsini nəzərdə tutur ki, bu da Rusiyada miqrantların sayının azalmasına səbəb olacaq" – o, hesab edir.
Bütün bunlar təbii ki, Azərbaycan vətəndaşlarına öz təsirini göstərəcək. Ekspert əlavə edib ki, sərhədi keçərkən və müvafiq icazələrin alınması zamanı yenilikləri nəzərə almaq lazım gələcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.