DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin və Rusiya dünyada çoxqütblülüyün əsas hərəkətverici qüvvələridir- Vanq İ

© Sputnik / Кристина Кормилицына / Mediabanka keçidÇin Xalq Respublikasının (ÇXR) xarici işlər naziri Van İ, arxiv
Çin Xalq Respublikasının (ÇXR) xarici işlər naziri Van İ, arxiv - Sputnik Azərbaycan, 1920, 12.09.2024
Abunə olmaq
Nazirin sözlərinə görə, Pekin və Moskva arasında əməkdaşlığın "bütün aspektləri" daim faydalıdır.
BAKI, 12 sentyabr — Sputnik. Pekin və Moskva bu gün dünyada çoxqütblülük prosesinin irəliləməsinin əsas hərəkətverici qüvvəsinə çevrilib.
Bunu Çin Xalq Respublikasının (ÇXR) xarici işlər naziri Van İ Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı deyib.
"Çin və Rusiya dünyada çoxqütblülük prosesini təşviq edən ən mühüm qüvvəyə çevrilib", nazir bildirib.
Vanq İnin sözlərinə görə, Pekin və Moskva arasında ikitərəfli əməkdaşlığın bütün aspektləri yeni nəticələr verir, həmçinin Çin və Rusiya xalqlarına daim fayda gətirir. Diplomat qeyd edib ki, Vladimir Putin və Si Cinpin ən yüksək səviyyədə ikitərəfli münasibətlərə strateji liderlik edir.
Bu yaxınlarda Vanq İ Moskva və Pekinin birqütblü hegemonluğu və kobud güc siyasətini tanımadığını söyləyib. ÇXR xarici işlər naziri vurğulayıb ki, Çin və Rusiya çoxqütblü dünyanı birlikdə təbliğ edir, həmçinin "BMT-nin özəyi olduğu beynəlxalq münasibətlər sistemini birlikdə inadla müdafiə edirlər".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0