https://sputnik.az/20240912/azerbaycanin-dovlet-budcesi-duzgun-planlasdirilmayib---hesablama-palatasi-467342536.html
Azərbaycanın dövlət büdcəsi düzgün planlaşdırılmayıb - Hesablama Palatası
Azərbaycanın dövlət büdcəsi düzgün planlaşdırılmayıb - Hesablama Palatası
Sputnik Azərbaycan
Hesablama Palatası parametrləri təhlil edərkən büdcə planlamasında boşluqlar aşkarlayıb. 12.09.2024, Sputnik Azərbaycan
2024-09-12T18:23+0400
2024-09-12T18:23+0400
2024-09-12T18:23+0400
azərbaycan xəbərləri
hesablama palatası
büdcə
https://cdnn1.img.sputnik.az/img/40796/20/407962072_0:73:1801:1086_1920x0_80_0_0_eb96c17606ba36a84750110be433af48.jpg
BAKI, 12 sentyabr - Sputnik. Azərbaycanın dövlət büdcəsindəki planlama ilə bağlı boşluqlar əlavə xərc ehtimalı (faiz xərcləri timsalında) formalaşdırır.Bu barədə Hesablama Palatasının büdcənin parametrlərinin təhlili barədə yaydığı məlumatda bildirilir.Sənədə əsasən, bu il də büdcə gəlirləri (əksər inzibatçı qurumlar üzrə) proqnozdan əhəmiyyətli artımla yerinə yetirilib. Gəlirlərin proqnozlaşdırılandan artıq yerinə yetirilməsi müsbət məqamlarla yanaşı, maliyyə planlaşdırılması üzrə bir sıra risklərə səbəb olmaqdadır.Belə ki, ilkin təsdiq edilmə zamanı potensialın tam nəzərə alınmaması il ərzində büdcəyə yenidən baxılma zərurətini yaratmaqla həmin gəlir mənbələri üzrə maliyyələşəcək xərclərin ilin sonuna qalmasına səbəb olmaqdadır. Planlama ilə bağlı boşluqlar əlavə xərc ehtimalını (faiz xərcləri timsalında) formalaşdırmaqdadır.Bundan başqa Hesabat ilində də büdcənin icrası prosesində aparılan dəyişikliklərlə il ərzində yaranan maliyyə tələbatı təmin edilə bilinməyib və yenidən baxılma zərurət yaranıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40796/20/407962072_0:0:1467:1100_1920x0_80_0_0_a93812a823ed655d5af97698d9c3bd61.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hesablama palatası, büdcə
hesablama palatası, büdcə
Azərbaycanın dövlət büdcəsi düzgün planlaşdırılmayıb - Hesablama Palatası
Hesablama Palatası parametrləri təhlil edərkən büdcə planlamasında boşluqlar aşkarlayıb.
BAKI, 12 sentyabr - Sputnik. Azərbaycanın dövlət büdcəsindəki planlama ilə bağlı boşluqlar əlavə xərc ehtimalı (faiz xərcləri timsalında) formalaşdırır.
Bu barədə Hesablama Palatasının büdcənin parametrlərinin təhlili barədə yaydığı məlumatda bildirilir.
Sənədə əsasən, bu il də büdcə gəlirləri (əksər inzibatçı qurumlar üzrə) proqnozdan əhəmiyyətli artımla yerinə yetirilib. Gəlirlərin proqnozlaşdırılandan artıq yerinə yetirilməsi müsbət məqamlarla yanaşı, maliyyə planlaşdırılması üzrə bir sıra risklərə səbəb olmaqdadır.
Belə ki, ilkin təsdiq edilmə zamanı potensialın tam nəzərə alınmaması il ərzində büdcəyə yenidən baxılma zərurətini yaratmaqla həmin gəlir mənbələri üzrə maliyyələşəcək xərclərin ilin sonuna qalmasına səbəb olmaqdadır. Planlama ilə bağlı boşluqlar əlavə xərc ehtimalını (faiz xərcləri timsalında) formalaşdırmaqdadır.
Bundan başqa Hesabat ilində də büdcənin icrası prosesində aparılan dəyişikliklərlə il ərzində yaranan maliyyə tələbatı təmin edilə bilinməyib və yenidən baxılma zərurət yaranıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.