Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda ət və ət məhsulları niyə bahalaşır? Auditin nəticələri

© iStock.com / GrafissimoƏt
Ət - Sputnik Azərbaycan, 1920, 12.09.2024
Abunə olmaq
Ölkədə iri və xırda buynuzlu heyvanların sayının 11,7% azalması şəraitində mal, qoyun və keçi əti istehsalı 8,3% artıb. Bu da ölkədaxili tələbatın diri halda idxal edilən heyvanların kəsimi hesabına ödənilməsi səviyyəsinin nə qədər yüksək olduğunu göstərir.
BAKI, 12 sentyabr — Sputnik. Dövlət dəstəyi mexanizmini tənzimləyən mövcud hüquqi aktların şərtlərinə əsasən, damazlıq heyvanın dəyərinin güzəşt məbləği alıcı qismində yalnız müvafiq tələblərə cavab verən damazlıq təsərrüfatları üzrə maliyyələşdirilməli olduğu nəzərə alınmaqla zəruri maddi-texniki bazaya və praktiki vərdişlərə malik olsalar belə minimum say normalarına cavab verə bilməyən mikro və kiçik fermer sahibkarların həmin dövlət dəstəyindən faydalanması imkanları tamamilə məhdudlaşdırılıb. Bu da bir tərəfdən damazlıq heyvandarlığın regional inkişafında, digər tərəfdən regional məşğulluğun dayanıqlığının təmin edilməsində, eləcə də heyvandarlıq məhsulları üzrə özünütəminetmə səviyyəsinin və nəticə etibarı ilə satış qiymətlərinin tədricən optimallaşdırılmasında səmərəliliyin və nəticəliliyin yüksəldilməsini təşviq etməyib.
Bu barədə Hesablama Palatasının damazlıq heyvandarlıq sahəsinə dövlət dəstəyinin səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsinin auditinin nəticələrinə dair məlumatında bildirilib.
Hesablama Palatasının 2024-cü il üzrə İş planına uyğun olaraq 2021-2023-cü illər əhatə olunmaqla damazlıq heyvandarlıq sahəsinə dövlət dəstəyinin səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsinin auditi aparılıb.
Auditlə ilkin damazlıq işi, damazlıq ehtiyatının (toxumunun) istehsalı və satışı, damazlıq heyvandarlığa dövlətin maliyyə dəstəkləri, o cümlədən süni mayalanma yolu ilə alınmış buzovlara subsidiyanın və damazlıq heyvanların dəyərinə güzəştlərin tətbiqi, eləcə də damazlıq heyvandarlıq sahəsində nəzarət mexanizmləri üzrə bütün mərhələlər əhatə olunub, zəruri audit proseduralarından istifadə olunaraq Kənd Təsərrüfatı Nazirliyi (Nazirlik) və digər aidiyyəti qurumların fəaliyyətləri səmərəlilik və nəticəlilik baxımından qiymətləndirilib.
Müsbət tərəflər kimi xüsusi ilə ilkin damazlıq heyvandarlıq sahəsində fəaliyyət göstərən aidiyyəti dövlət qurumlarının maddi-texniki bazasının formalaşdırıldığını, o cümlədən zəruri iş şəraitinin qurulduğunu, avadanlıq və istehsal vasitələri ilə təchizat məsələlərində problemlərin həll olunduğunu qeyd etmək olar. Bununla yanaşı, aşağıdakı nəticələr də müəyyən edilib.
Heyvan toxumunun istehsalına cavabdeh qurumun orta müddətli və illik fəaliyyət planları müəyyənləşdirilməyib, açılışından 6 ildən çox müddətin keçməsinə baxmayaraq fəaliyyətinin istehsal gücünün təxminən 30,0%-nə bərabər olması texniki-iqtisadi əsaslandırmaların tam reallaşdırılmamasını göstərib və nəticə etibarı ilə yerli heyvan toxumu istehsalının daha nəticəli təşkil edilməməsini deməyə əsas verib.
© Photo : Ministry of Agriculture (Azerbaijan)Qobustan Heyvandarlıq Nümayiş Kompleksində xarici cins Simmental inəkləri
Qobustan Heyvandarlıq Nümayiş Kompleksində xarici cins Simmental inəkləri - Sputnik Azərbaycan, 1920, 11.09.2024
Qobustan Heyvandarlıq Nümayiş Kompleksində xarici cins Simmental inəkləri
Satış qiymətləri idxal qiymətləri ilə müqayisədə daha əlverişli olan yerli istehsal heyvan toxumlarının müvafiq standartlar üzrə kənar (müstəqil) sertifikatlaşdırılması mexanizminin tətbiq edilməməsi yerli toxumun keyfiyyətinə əminlik yaratmamaqla müvafiq fermer təsərrüfatlarının yerli istehsallı heyvan toxumuna üstünlük verməməsini və həmin toxumların idxal olunmasını şərtləndirib, yerli heyvan toxumunun və yerli toxumnan alınan damazlıq heyvanların və heyvandarlıq məhsullarının ixracı perspektivlərini məhdudlaşdırıb.
Yerli damazlıq cinslərinə aid heyvanların toxum bankı formalaşdırılmayıb
Hüquqi aktlarda vəzifələrə aid edilməsinə baxmayaraq yerli damazlıq cinslərinə aid iri və xırdabuynuzlu heyvanların toxum bankı formalaşdırılmayıb, AMEA-nın Genetik Ehtiyatlar İnstitutu ilə işgüzar münasibətlər qurulmayıb, toxum bankının təmin olunması kimi əhəmiyyətli məsələlər üzrə mərkəzləşdirilmiş qaydada zəruri araşdırmalar aparılmaqla rəsmi tapşırıqlar verilməyib. Bu da funksional risklərin səmərəli idarə olunmaması deməkdir.
Ölkə ərazisində doğulan damazlıq heyvanlar üzrə mövcud olan hesabatlılığın vaxtında emal olunaraq mərkəzləşdirilmiş qaydada tabeliyindəki aidiyyəti qurumla əlaqələndirilməməsi 53 mindən çox olan potensial sayın pasportlaşma ilə əhatə olunmaması ilə nəticələnib, xidmət haqları qismində maliyyə resurslarının səfərbər olunma səviyyəsinə mənfi təsirlər göstərib.
© Sputnik / Ilham MustafayevQazaxda Qurban bayramı
Qazaxda Qurban bayramı - Sputnik Azərbaycan, 1920, 11.09.2024
Qazaxda Qurban bayramı
Xaotik şəkildə süni mayalandırılmaya yol verilib
Nəticəliliyi elmi-tədqiqatlarla təsdiqlənmədiyi halda müxtəlif cinslərə aid baş sayı 51859 olan iribuynuzlu mələz heyvanların 62,8%-nin fərqli cinslərdən olan heyvan toxumları ilə xaotik şəkildə süni mayalandırılmasına yol verilib. Bu da bir tərəfdən heyvan subsidiyaları üzrə ümumilikdə 3,3 milyon manat məbləğində vəsaitin nəticəsiz və səmərəsiz xərclənməsini, digər tərəfdən isə daxili nəzarətin cins tərkibinin yaxşılaşdırılmasına hədəflənməklə tam nəticəli təşkil edilmədiyini göstərib.
Ümumi statistika, süni mayalandırmaların 67,8%-nin uğurlu olmasını göstərsə də ləqəb sayı 40 olan buğaların toxumları ilə aparılmış 124970 süni mayalandırma hallarından orta hesabla yalnız 22,6%-nin uğurlu olmasına baxmayaraq daxili nəzarət qaydasında törədici buğaların toxumlarının məhsuldarlıq vəziyyətinin dövri olaraq qiymətləndirilməsi və aşağı törədicili toxumlardan istifadənin tədricən məhdudlaşdırılması kimi səmərələşdirici işlər aparılmayıb.
Süni mayalanmanın subsidiyalaşdırılması üzrə dövlət dəstəyinin başlandığı dövrdən zəruri təhlillərin aparılmadığı, o cümlədən modelin perspektiv inkişaf ssenarilərinin və risklərinin dəyərləndirilmədiyi şəraitdə auditlə toplanmış sübutlar dövlət dəstəyinin əhatəliliyinə mənfi təsirlərin əsasən yerli heyvan toxumuna etibarın (inamın) az olması, süni mayalanma mütəxəssislərinin və baytarların sayının və peşəkarlıq səviyyəsinin zəruri tələblərə cavab verməməsi, fermerlərin maarifləndirilməsi və ya məlumatlandırılması prosesinin zəifliyi kimi amillərdən ibarət olduğunu göstərib.
Prosedurlar elektronlaşdırılmayıb
Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə 2019-cu ildən maliyyələşdirilən damazlıq heyvanların alışına görə 60,0%-lik güzəşt məbləği üzrə dövlət dəstəyi mexanizminin vahid reqlamenti müəyyənləşdirilməyib və prosedurlar elektronlaşdırılmayıb, dövlət dəstəyi predmeti olan damazlıq heyvanların alıcılarla satıcılar arasındakı hərəkəti elektron qaimə-fakturalar üzərindən izlənilməyib, damazlıq heyvanların elektron qaimə-fakturalar təqdim edilmədən, təqdim edildikdə isə birka nömrələri, bir sıra hallarda cinslərinin və (və ya) heyvan növlərinin adları qeyd edilmədən rəsmiləşdirilməsinin qarşısı alınmayıb.
Eləcə də auditin gedişatında aparılmasına nail olunmuş monitorinqlərin nəticələri ilə maliyyələşdirilmiş 5,1 milyon manat güzəşt məbləğinin predmeti olan 4456 baş damazlıq heyvanların alıcı şəxslərin təsərrüfatlarında mövcud olmadığı müəyyən edilib.
İribuynuzlu heyvanların çox az bir hissəsi süni mayalanmaya cəlb edilib
Ölkədəki mayalana biləcək iribuynuzlu heyvanların çox az bir hissəsinin (14,6-15,8%-nin) süni mayalanmaya cəlb edildiyi, süni mayalanma ilə doğulan buzovların sayının ölkədəki mayalana bilən müvafiq heyvanlara nisbətinin hər 100 iribuynuzlu heyvana qarşı orta hesabla 8,8-ə bərabər olduğu və doğulan buzovların təxminən 50,0%-nin erkək olmaqla qısa müddətli bəslənmə dövründən sonra ət istehsalı üçün kəsimə getdiyi şəraitdə süni mayalanmanın faktiki əhatəliliyi ilə ölkə üzrə heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması (optimallaşdırılması) üçün 20 ildən çox müddət tələb olunur. Bu da mövcud süni mayalanma işinin (mexanizminin) bir o qədər də səmərəli və nəticəli olmadığını deməyə əsas verib.
Risklər qiymətləndirilməyib
Damazlıq heyvanların ümumilikdə heyvanların baş saylarına nisbətdə xüsusi çəkiləri iribuynuzlular üzrə 0,5%-1,0%, xırdabuynuzlular üzrə isə 0,2% təşkil edib. Bu da təkrar istehsalın (davamlı artımın) təmin olunması üçün olduqca aşağı göstəricilər olmaqla damazlıq heyvandarlıq sahəsinə dövlət dəstəyinin başlandığı dövrdən (vergi və gömrük azadolmalarından başqa) lazımi səmərə verməməsini göstərsə də bu predmetlər üzrə daxili nəzarət qaydasında zəruri (təsirli) araşdırmalar aparılmayıb və risklər qiymətləndirilməyib.
Heyvandarlıq təsərrüfatlarının yem xərcləri artıb
Heyvandarlığın təbii (ənənəvi) yem bazasının (örüş sahələrinin) azalması ilə yanaşı yonca əkini sahələrinin becərilməsi üçün verilən əkin subsidiyasının da davamlı olaraq azalması bu sahəni təşviq etməyərək ot istehsalını azaltmaqla heyvandarlıq təsərrüfatlarının yem xərclərinin artmasına səbəb olub, nəticə etibarı ilə yem bazasının məhdudluğu şəraitində damazlıq heyvanların dəyəri üzrə maliyyələşdirilmiş güzəştlərin və süni mayalanma yolu ilə doğulmuş buzovlara görə verilən subsidiyaların səmərəliliyi və nəticəliliyi mənfi təsirlərə məruz qalıb.
İdxaldan asılılıq azaldılmayıb
2019-2023-cü illəri əhatə edən məlumatlara əsasən 5 illik dövr ərzində iribuynuzlu və xırdabuynuzlu heyvanların diri halda idxalı 68,4% artıb, ət halında idxalı müəyyən intervallarda olmaqla kəskin fərqlənməyib, ölkə əhalisinin sayının 200,0 min nəfərdən çox artımı şəraitində mal, qoyun, keçi ətinin və ət məhsullarının adambaşına düşən illik istehlakı sabit qalıb, ölkədə iri və xırda buynuzlu heyvanların sayının 11,7% azalması şəraitində mal, qoyun və keçi əti istehsalı 8,3% artıb. Bu da ölkədaxili tələbatın diri halda idxal edilən heyvanların kəsimi hesabına ödənilməsi səviyyəsinin nə qədər yüksək olduğunu göstərməklə xaricdən xəstəliklərin ölkəmizdə yayılma risklərinin artması, damazlıq heyvandarlıq sahəsində irəliləyişlərə nail olunmaması və idxaldan asılılığın azaldılmamasından xəbər verir.
Auditlə toplanmış sübutlar ölkə ərazisindəki damazlıq heyvanların istər identikləşdirilməsinin (birkalanmasının), istər pasportlaşdırılmasının, istərsə də zəruri elektron uçotunun təşkili səviyyəsinin sistemli, əhatəli və nəticəli olmadığını, pərakəndəliyin və natamamlığın hökm sürdüyünü, koordinasiyanın, eləcə də qurumlararası elektron informasiya sistemləri arasında zəruri parametrlərin inteqrasiyasının təmin edilmədiyini göstərib.
Palata qərar qəbul edib
Hesablama Palatasının Kollegiyası auditor hesabatının təsdiq olunması, artıq xərclərin dövlət büdcəsinə bərpası, aşkar edilmiş çatışmazlığın bərpa olunması, vergidən yayınma riskləri barədə Dövlət Vergi Xidmətinə məktubun göndərilməsi barədə qərar qəbul edib.
Qoyun əti - Sputnik Azərbaycan, 1920, 04.09.2024
İQTİSADİYYAT
Azərbaycanda qoyun əti niyə bahalaşır?
Xəbər lenti
0