Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ticarət və yük daşımaları: Özbəkistan Aİİ layihələrində daha fəal iştirak etmək istəyir

© pixabay / falcoDaşkənd, arxiv
Daşkənd, arxiv - Sputnik Azərbaycan, 1920, 11.09.2024
Abunə olmaq
Son üç il ərzində respublikanın Aİİ ilə ticarət dövriyyəsi 60% artıb.
BAKI, 11 sentyabr - Sputnik. Özbəkistanın Rusiya Federasiyasındakı səfiri Botirjon Əsədov RİA Novosti-yə bildirib ki, Özbəkistan respublikanın hazırda müşahidəçi qismində çıxış etdiyi Avrasiya İqtisadi İttifaqının (Aİİ) layihələrində daha fəal iştirak etmək istəyir.
Onun sözlərinə görə, üç il ərzində Özbəkistanın Aİİ ilə ticarət dövriyyəsi 60% artıb. Respublika 2020-ci ildə təşkilatda müşahidəçi statusuna yiyələnib.

“Özbəkistan və Aİİ arasında müşahidəçi statusunda əməkdaşlığın son üç ili ərzində qarşılıqlı ticarət dövriyyəsinin həcmi, ilk növbədə, sənaye məhsullarının tədarükünün artması hesabına 60% artıb", - Əsədov bildirib.

Səfir həmçinin bildirib ki, bununla yanaşı, milli valyutalarla hesablaşmaların da payı artır.
“Bir mindən çox birgə müəssisə və layihə fəaliyyətə başlayıb, yükdaşımaların həcmi artır. Biz həmçinin ticarət və yük daşımalarının rəqəmsallaşdırılması, elektron ticarət və iqlim gündəmi sahəsində sənaye layihə və proqramlarına qoşulmuşuq", - səfir əlavə edib.
Əsədov xatırladıb ki, Özbəkistan və Aİİ arasında qarşılıqlı faydalı əməkdaşlığın prioritetlərinə gəlincə, bunları may ayında Ali Avrasiya İqtisadi Şurasının iclasında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bəyan edib.

“Özbəkistan Aİİ-nin strateji inkişaf istiqamətləri çərçivəsində praktiki tərəfdaşlıqların genişləndirilməsində və çoxtərəfli sənaye əməkdaşlığı layihələrinin həyata keçirilməsində daha fəal iştirakda maraqlıdır", - diplomat qeyd edib.

Bununla əlaqədar olaraq, hazırda Özbəkistan hökuməti ilə Avrasiya İqtisadi Komissiyası arasında ortamüddətli dövr üçün birgə fəaliyyətin yeni kompleks planının hazırlanması tamamlanmaq üzrədir.
Bundan əlavə, Özbəkistan Aİİ ölkələri ilə ticarətdə maneələrin və məhdudiyyətlərin qarşılıqlı aradan qaldırılması üzərində işi davam etdirməkdə, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin Yaxın Şərq, Cənubi və Cənub-Şərqi Asiya bazarlarına doğru inkişafı üzrə dialoqun davam etdirilməsində maraqlıdır.
Aİİ 2015-ci il yanvarın 1-dən fəaliyyət göstərən beynəlxalq inteqrasiya iqtisadi birliyidir. Onun iştirakçıları Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandır. Bu, malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətinin olduğu ən böyük iqtisadi birliklərdən biridir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0