https://sputnik.az/20240911/secki-cox-yuksek-seviyyede-kecib-gozumuzden-tuk-de-qacmir---msk-sedri-467318580.html
Seçki çox yüksək səviyyədə keçib, gözümüzdən tük də qaçmır - MSK sədri
Seçki çox yüksək səviyyədə keçib, gözümüzdən tük də qaçmır - MSK sədri
Sputnik Azərbaycan
Məzahir Pənahov bildirib ki, seçkilərə hər hansı şəkildə kölgə salmaq mümkün deyil. 125 dairə üzrə cəmi 12 müraciət daxil olub. Deməli, seçki çox yüksək... 11.09.2024, Sputnik Azərbaycan
2024-09-11T19:45+0400
2024-09-11T19:45+0400
2024-09-11T19:45+0400
məzahir pənahov
siyasət
seçkilər
ombudsman
milli məclis
mərkəzi seçki komissiyası
müraciət
müşahidəçi
https://cdnn1.img.sputnik.az/img/07e8/02/06/462422586_0:0:3000:1688_1920x0_80_0_0_3202acf5c7c4bc39e262d909af39061e.jpg
BAKI, 11 sentyabr — Sputnik. "22 saylı Nəsimi-Yasamal Seçki Dairəsində nəticələri ləğv edilmiş hər üç məntəqəyə biz veb-kamerada baxmışıq". Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib. MSK sədri bildirib ki, seçkilərə hər hansı şəkildə kölgə salmaq mümkün deyil:MSK sədri bildirib ki, hazırda növbədənkənar parlament seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının araşdırmasında 12 müraciət var. "Hay-küyə ehtiyac yoxdur. Ölkə üzrə 1000-ə yaxın maraqlı tərəfin iştirakı ilə keçən bir tədbirlə bağlı 12 müraciət çox azdır. MSK-ya müraciətlərin daxil olması bu gün başa çatır. Kimsə bizə indi birbaşa müraciət təqdim etsə, baxmağa bizim ixtiyarımız yoxdur. Poçtla göndərilən və dairə seçki komissiyasının qərarından 3 gün keçənədək müraciət daxil olarsa, MSK baxa bilər". Xatırladaq ki, parlament seçkiləri əhalinin yüksək fəallığı şəraitində, demokratik, azad, şəffaf, ədalətli, seçki qanunvericiliyi və beynəlxalq standartlarla müəyyən edilmiş qaydada, nizam-intizamla keçirilib. Bununla bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva sentyabrın 1-də keçirilmiş Milli Məclisə növbədənkənar seçkilərdə aparılmış müşahidələrin nəticələrini açıqlayarkən bildirib. Müvəkkil seçkilər zamanı müşahidələrin bütün ölkə üzrə yaradılmış seçki məntəqələrində aparıldığını, təşkil edilmiş məntəqələrdə vətəndaşların seçki hüquqlarının həyata keçirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş lazımi şəraitin yaradıldığının müşahidə olunduğunu diqqətə çatdırıb. Açıqlamada bildirilib ki, əvvəlki illərdəki müsbət təcrübə nəzərə alınaraq, Müvəkkil, Ombudsman təsisatının və Naxçıvan Muxtar Respublikasının Ombudsman Aparatının ümumilikdə 72 nəfər əməkdaşı parlamentə növbədənkənar seçkilərdə müşahidəçi qismində respublika üzrə 117 seçki dairəsinin 897 seçki məntəqəsində - Bakıda və ölkəmizin digər 42 şəhər-rayonlarında və muxtar respublikada müstəqil olaraq, özlərinin təşəbbüsü ilə müşahidələr aparıblar. Müşahidələr, həmçinin Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində, Heydər Əliyev adına Hərbi İnstitutda və 16 penitensiar müəssisədə təşkil olunmuş seçki məntəqələrində də aparılıb. Qeyd olunub ki, müşahidələr zamanı Ombudsman məntəqə seçki komissiyalarının üzvləri, müşahidəçilər və seçicilərlə bilavasitə görüşüb, səsvermə prosesi ilə bağlı onların rəylərini öyrənib. Pozuntu halları və hər hansı bir dövlət qurumunun, o cümlədən icra hakimiyyəti orqanının nümayəndələri və polis əməkdaşları tərəfindən müdaxilə müşahidə olunmayıb. S.Əliyeva siyasi partiyaları, ictimai birlikləri, qeyri-hökumət təşkilatlarını təmsil edən, eləcə də müstəqil və bitərəf olan müşahidəçilərin nizamla, bir-birinə qarşılıqlı hörmət şəraitində bu prosesdə iştirak edərək, öz vəzifələrini səlahiyyətləri çərçivəsində yerinə yetirdiklərini diqqətə çatdırıb. Qeyd edib ki, əlilliyi olan seçicilər üçün həmin hüquqların həyata keçirilməsi ilə bağlı şərait yaradılıb. Seçki günü seçki hüquqlarının pozulması ilə bağlı Ombudsmanın ünvanına hər hansı bir şikayət və müraciət daxil olmayıb. Milli Məclisə növbədənkənar seçkilər ərəfəsində həyata keçirilmiş fəaliyyət barədə də məlumat verən Müvəkkil Ombudsman təsisatı və Mərkəzi Seçki Komissiyası tərəfindən Bakıda, Gəncədə, Şəkidə, Masallıda, Qubada və Naxçıvanda "Vətəndaşların seçki hüququnun təmini" mövzusunda silsilə maarifləndirmə tədbirlərinin təşkil olunduğunu bildirib. S.Əliyeva seçkilərin təyin olunması haqqında qərarın rəsmi elan edildiyi gündən başlayaraq, yerlərdə seçki təbliğatının aparılması üçün müəyyən olunan açıq və qapalı yerlərdə müşahidələrin aparıldığını, vətəndaşların seçki hüququnun təmini, seçki qanunvericiliyinin tələblərinin icrası vəziyyətinin dəyərləndirildiyini qeyd edib. Yekunda Müvəkkil Milli Məclisə növbədənkənar seçkilərdə vətəndaşların təməl hüququ olan seçki hüququnun qanunvericiliyə müvafiq olaraq təmin edildiyini diqqətə çatdırıb. Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-də növbədənkənar seçkilər keçirilib. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/06/462422586_167:0:2834:2000_1920x0_80_0_0_d651a65e31cc5554fc5ff9c8b51d210b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məzahir pənahov, seçkilər, ombudsman, milli məclis, mərkəzi seçki komissiyası, müraciət, müşahidəçi
məzahir pənahov, seçkilər, ombudsman, milli məclis, mərkəzi seçki komissiyası, müraciət, müşahidəçi
Seçki çox yüksək səviyyədə keçib, gözümüzdən tük də qaçmır - MSK sədri
Məzahir Pənahov bildirib ki, seçkilərə hər hansı şəkildə kölgə salmaq mümkün deyil. 125 dairə üzrə cəmi 12 müraciət daxil olub. Deməli, seçki çox yüksək səviyyədə keçib.
BAKI, 11 sentyabr — Sputnik. "22 saylı Nəsimi-Yasamal Seçki Dairəsində nəticələri ləğv edilmiş hər üç məntəqəyə biz veb-kamerada baxmışıq". Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, seçkilərə hər hansı şəkildə kölgə salmaq mümkün deyil:
"125 dairə üzrə cəmi 12 müraciət daxil olub. Deməli, seçki çox yüksək səviyyədə keçib. Müəyyən dairələr üzrə hay-küy salma halları var. Biz görüntülərə baxırıq. Şikayətlərlə bağlı əlavə görüntülər daxil olsa, ona da baxacağıq. Bu gün də görüntülərə baxacağıq. 78 saylı Lənkəran Kənd Seçki Dairəsindən olam namizəd də gətirib prezident seçkisində olan görüntünü təqdim edir. Biz dönə-dönə nümayiş etdiririk ki, gözümüzdən tük də qaçmır. Biz işimizə ciddi yanaşırıq. Xüsusilə şikayətlərin araşdırılmasında biz hər detala fikir veririk".
MSK sədri bildirib ki, hazırda növbədənkənar parlament seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının araşdırmasında 12 müraciət var.
"Hay-küyə ehtiyac yoxdur. Ölkə üzrə 1000-ə yaxın maraqlı tərəfin iştirakı ilə keçən bir tədbirlə bağlı 12 müraciət çox azdır. MSK-ya müraciətlərin daxil olması bu gün başa çatır. Kimsə bizə indi birbaşa müraciət təqdim etsə, baxmağa bizim ixtiyarımız yoxdur. Poçtla göndərilən və dairə seçki komissiyasının qərarından 3 gün keçənədək müraciət daxil olarsa, MSK baxa bilər".
Xatırladaq ki, parlament seçkiləri əhalinin yüksək fəallığı şəraitində, demokratik, azad, şəffaf, ədalətli, seçki qanunvericiliyi və beynəlxalq standartlarla müəyyən edilmiş qaydada, nizam-intizamla keçirilib.
Bununla bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva sentyabrın 1-də keçirilmiş Milli Məclisə növbədənkənar seçkilərdə aparılmış müşahidələrin nəticələrini açıqlayarkən bildirib.
Müvəkkil seçkilər zamanı müşahidələrin bütün ölkə üzrə yaradılmış seçki məntəqələrində aparıldığını, təşkil edilmiş məntəqələrdə vətəndaşların seçki hüquqlarının həyata keçirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş lazımi şəraitin yaradıldığının müşahidə olunduğunu diqqətə çatdırıb.
Açıqlamada bildirilib ki, əvvəlki illərdəki müsbət təcrübə nəzərə alınaraq, Müvəkkil, Ombudsman təsisatının və Naxçıvan Muxtar Respublikasının Ombudsman Aparatının ümumilikdə 72 nəfər əməkdaşı parlamentə növbədənkənar seçkilərdə müşahidəçi qismində respublika üzrə 117 seçki dairəsinin 897 seçki məntəqəsində - Bakıda və ölkəmizin digər 42 şəhər-rayonlarında və muxtar respublikada müstəqil olaraq, özlərinin təşəbbüsü ilə müşahidələr aparıblar. Müşahidələr, həmçinin Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində, Heydər Əliyev adına Hərbi İnstitutda və 16 penitensiar müəssisədə təşkil olunmuş seçki məntəqələrində də aparılıb.
Qeyd olunub ki, müşahidələr zamanı Ombudsman məntəqə seçki komissiyalarının üzvləri, müşahidəçilər və seçicilərlə bilavasitə görüşüb, səsvermə prosesi ilə bağlı onların rəylərini öyrənib. Pozuntu halları və hər hansı bir dövlət qurumunun, o cümlədən icra hakimiyyəti orqanının nümayəndələri və polis əməkdaşları tərəfindən müdaxilə müşahidə olunmayıb.
S.Əliyeva siyasi partiyaları, ictimai birlikləri, qeyri-hökumət təşkilatlarını təmsil edən, eləcə də müstəqil və bitərəf olan müşahidəçilərin nizamla, bir-birinə qarşılıqlı hörmət şəraitində bu prosesdə iştirak edərək, öz vəzifələrini səlahiyyətləri çərçivəsində yerinə yetirdiklərini diqqətə çatdırıb. Qeyd edib ki, əlilliyi olan seçicilər üçün həmin hüquqların həyata keçirilməsi ilə bağlı şərait yaradılıb. Seçki günü seçki hüquqlarının pozulması ilə bağlı Ombudsmanın ünvanına hər hansı bir şikayət və müraciət daxil olmayıb.
Milli Məclisə növbədənkənar seçkilər ərəfəsində həyata keçirilmiş fəaliyyət barədə də məlumat verən Müvəkkil Ombudsman təsisatı və Mərkəzi Seçki Komissiyası tərəfindən Bakıda, Gəncədə, Şəkidə, Masallıda, Qubada və Naxçıvanda "Vətəndaşların seçki hüququnun təmini" mövzusunda silsilə maarifləndirmə tədbirlərinin təşkil olunduğunu bildirib. S.Əliyeva seçkilərin təyin olunması haqqında qərarın rəsmi elan edildiyi gündən başlayaraq, yerlərdə seçki təbliğatının aparılması üçün müəyyən olunan açıq və qapalı yerlərdə müşahidələrin aparıldığını, vətəndaşların seçki hüququnun təmini, seçki qanunvericiliyinin tələblərinin icrası vəziyyətinin dəyərləndirildiyini qeyd edib.
Yekunda Müvəkkil Milli Məclisə növbədənkənar seçkilərdə vətəndaşların təməl hüququ olan seçki hüququnun qanunvericiliyə müvafiq olaraq təmin edildiyini diqqətə çatdırıb.
Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-də növbədənkənar seçkilər keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.