https://sputnik.az/20240911/pezeskian-ilk-xarici-seferini-raqa-edib-467305093.html
Pezeşkian ilk xarici səfərini İraqa edib
Pezeşkian ilk xarici səfərini İraqa edib
Sputnik Azərbaycan
Bağdad Beynəlxalq Hava Limanında İran Prezidenti Pezeşkian və onu müşayiət edən nümayəndə heyətini İraqın Baş naziri və Silahlı Qüvvələrinin Ali Baş Komandanı... 11.09.2024, Sputnik Azərbaycan
2024-09-11T12:05+0400
2024-09-11T12:05+0400
2024-09-11T12:05+0400
iran prezidenti məsud pezeşkian
dünya xəbərləri
iraq
bağdad
səfər
https://cdnn1.img.sputnik.az/img/07e8/09/0b/467304922_0:0:2500:1407_1920x0_80_0_0_f1548fc83ab431c667eca895d23d0cfd.jpg
BAKI, 11 sentyabr — Sputnik. İran prezidenti Məsud Pezeşkian sentyabrın 11-də səhər baş nazir Məhəmməd əl-Sudaninin ona göndərdiyi rəsmi dəvətə cavab olaraq İraqın paytaxtı Bağdada gəlib. Bu, Pezeşkianın bu il iyulun sonunda İran İslam Respublikasına sədrlik edəndən bəri ilk xarici səfəridir. Bağdad Beynəlxalq Hava Limanında İran Prezidenti Pezeşkian və onu müşayiət edən nümayəndə heyətini İraqın Baş naziri və Silahlı Qüvvələrinin Ali Baş Komandanı Məhəmməd əl-Sudani qarşılayıb. İki günlük səfər çərçivəsində İran prezidentinin Bağdadda İraq prezidenti Əbdüllətif Rəşid, Nümayəndələr Palatasının sədri vəzifəsini icra edən Möhsün əl-Məndalavi, əl-Sudaninin özü və Ali Məhkəmə Şurasının rəhbəri Faiq Zaidan ilə danışıqlar aparacağı gözlənilir.Pezeşkian iranlı iş adamları və İraqda yaşayan İran icması ilə görüşdə iştirak etmək üçün İran səfirliyinə gedəcək. Axşam İran prezidenti İraq parlamentində təmsil olunan əksər siyasi fraksiyalardan ibarət İdarəetmə koalisiyasının şam yeməyində qonaq olacaq. Pezeşkian İraq Kürdüstanının paytaxtı Ərbilə səfər etməzdən əvvəl şiə müsəlmanlarının müqəddəs Nəcəf və Kərbəla şəhərlərinə, oradan isə İraqın ən cənub hissəsi olan Bəsrəyə getməyi planlaşdırır. Shafaq Xəbər Agentliyinin məlumatına görə, bu səfər zamanı 10-15 saziş imzalanacaq ki, onların da əksəriyyəti iqtisadiyyat, mədəniyyət və təhsillə bağlıdır. 2003-cü ildə keçmiş prezident Səddam Hüseyn rejiminin süqutundan və İraqda şiə əksəriyyətin hakimiyyətə gəlməsindən sonra Bağdad və Tehran yaxın müttəfiqə çevrilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/0b/467304922_277:0:2500:1667_1920x0_80_0_0_f8426f235178636a7b3ba9853dd31bca.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
iran prezidenti məsud pezeşkian, iraq, bağdad, səfər
iran prezidenti məsud pezeşkian, iraq, bağdad, səfər
Pezeşkian ilk xarici səfərini İraqa edib
Bağdad Beynəlxalq Hava Limanında İran Prezidenti Pezeşkian və onu müşayiət edən nümayəndə heyətini İraqın Baş naziri və Silahlı Qüvvələrinin Ali Baş Komandanı Məhəmməd əl-Sudani qarşılayıb.
BAKI, 11 sentyabr — Sputnik. İran prezidenti Məsud Pezeşkian sentyabrın 11-də səhər baş nazir Məhəmməd əl-Sudaninin ona göndərdiyi rəsmi dəvətə cavab olaraq İraqın paytaxtı Bağdada gəlib.
Bu, Pezeşkianın bu il iyulun sonunda İran İslam Respublikasına sədrlik edəndən bəri ilk xarici səfəridir.
Bağdad Beynəlxalq Hava Limanında İran Prezidenti Pezeşkian və onu müşayiət edən nümayəndə heyətini İraqın Baş naziri və Silahlı Qüvvələrinin Ali Baş Komandanı Məhəmməd əl-Sudani qarşılayıb.
İki günlük səfər çərçivəsində İran prezidentinin Bağdadda İraq prezidenti Əbdüllətif Rəşid, Nümayəndələr Palatasının sədri vəzifəsini icra edən Möhsün əl-Məndalavi, əl-Sudaninin özü və Ali Məhkəmə Şurasının rəhbəri Faiq Zaidan ilə danışıqlar aparacağı gözlənilir.Pezeşkian iranlı iş adamları və İraqda yaşayan İran icması ilə görüşdə iştirak etmək üçün İran səfirliyinə gedəcək.
Axşam İran prezidenti İraq parlamentində təmsil olunan əksər siyasi fraksiyalardan ibarət İdarəetmə koalisiyasının şam yeməyində qonaq olacaq.
Pezeşkian İraq Kürdüstanının paytaxtı Ərbilə səfər etməzdən əvvəl şiə müsəlmanlarının müqəddəs Nəcəf və Kərbəla şəhərlərinə, oradan isə İraqın ən cənub hissəsi olan Bəsrəyə getməyi planlaşdırır.
Shafaq Xəbər Agentliyinin məlumatına görə, bu səfər zamanı 10-15 saziş imzalanacaq ki, onların da əksəriyyəti iqtisadiyyat, mədəniyyət və təhsillə bağlıdır.
2003-cü ildə keçmiş prezident Səddam Hüseyn rejiminin süqutundan və İraqda şiə əksəriyyətin hakimiyyətə gəlməsindən sonra Bağdad və Tehran yaxın müttəfiqə çevrilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.