https://sputnik.az/20240911/olkemizde-ilk-defe-moruq-festivali-kecirilecek-467308614.html
Ölkəmizdə ilk dəfə moruq festivalı keçiriləcək
Ölkəmizdə ilk dəfə moruq festivalı keçiriləcək
Sputnik Azərbaycan
Festival sentyabrın 14-15-də saat 10:00-dan başlayaraq Göygöl rayonunun Keşkü kəndində təşkil olunacaq. 11.09.2024, Sputnik Azərbaycan
2024-09-11T15:02+0400
2024-09-11T15:02+0400
2024-09-11T15:02+0400
moruq
iqtisadiyyat
festival
azərbaycan
göygöl rayonu
https://cdnn1.img.sputnik.az/img/07e7/08/08/457542458_0:386:2955:2048_1920x0_80_0_0_b8f1ea61725335e0894f16f0c6810359.jpg
BAKI, 11 sentyabr — Sputnik. Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə moruq festivalı keçiriləcək. Rayon icra hakimiyyətindən bildirilib ki, festival sentyabrın 14-15-də saat 10:00-dan başlayaraq Göygöl rayonunun Keşkü kəndində təşkil olunacaq. Festivalda qonaqlara moruqdan hazırlanan müxtəlif təamlar və içkilər təklif olunacaq. Festivalın mədəni hissəsi konsert proqramı ilə zənginləşdiriləcək. Həm uşaqlar, həm də böyüklər üçün əyləncəli proqramlar nəzərdə tutulub. Təbiət qoynunda vaxt keçirmək istəyənlər üçün isə xüsusi ərazi ayrılacaq. Festival çərçivəsində, həmçinin yerli sənətkarların əl işlərinin nümayiş olunduğu sərgi-satış yarmarkası təşkil ediləcək. Burada iştirakçılar öz zövqlərinə uyğun müxtəlif əl işləri ilə tanış ola və onları əldə edə biləcəklər. Festival, həm yerli sakinlər, həm də Göygölün qonaqları üçün təbiətin gözəlliklərini kəşf edərək istirahət etmək üçün əla şərait yaradacaq. Xatırladaq ki, Azərbaycanda həm yabanı, həm də mədəni şəkildə yayılıb. Tünd-qırmızı rəngli, turşməzə meyvələri olur. Meyvələri qurudulan zaman bozumtul-qonur rəngə çevrilir. Ən əla keyfiyyətli meşə moruğu hesab olunur. Meşə moruğunun meyvələri xırda olsa da, çox şirəli, şirin və ətirlidir. Meyvələri avqust ayında yetişir. Moruğun meyvələrini günəşli quru havada, tam yetişən dövrdə yığmaq lazımdır. Qurudulması isə o qədər də isti olmayan sobalarda və ya xüsusi quruducularda aparılmalıdır. Moruğun meyvələrində bir sıra müalicə əhəmiyyətli maddələr var.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
göygöl rayonu
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/08/457542458_0:0:2732:2048_1920x0_80_0_0_1860ea9c8a2440ddf50665a183724391.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
moruq, festival, azərbaycan, göygöl rayonu
moruq, festival, azərbaycan, göygöl rayonu
Ölkəmizdə ilk dəfə moruq festivalı keçiriləcək
Festival sentyabrın 14-15-də saat 10:00-dan başlayaraq Göygöl rayonunun Keşkü kəndində təşkil olunacaq.
BAKI, 11 sentyabr — Sputnik. Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə moruq festivalı keçiriləcək.
Rayon icra hakimiyyətindən bildirilib ki, festival sentyabrın 14-15-də saat 10:00-dan başlayaraq Göygöl rayonunun Keşkü kəndində təşkil olunacaq. Festivalda qonaqlara moruqdan hazırlanan müxtəlif təamlar və içkilər təklif olunacaq. Festivalın mədəni hissəsi konsert proqramı ilə zənginləşdiriləcək. Həm uşaqlar, həm də böyüklər üçün əyləncəli proqramlar nəzərdə tutulub. Təbiət qoynunda vaxt keçirmək istəyənlər üçün isə xüsusi ərazi ayrılacaq.
Festival çərçivəsində, həmçinin yerli sənətkarların əl işlərinin nümayiş olunduğu sərgi-satış yarmarkası təşkil ediləcək. Burada iştirakçılar öz zövqlərinə uyğun müxtəlif əl işləri ilə tanış ola və onları əldə edə biləcəklər. Festival, həm yerli sakinlər, həm də Göygölün qonaqları üçün təbiətin gözəlliklərini kəşf edərək istirahət etmək üçün əla şərait yaradacaq.
Xatırladaq ki, Azərbaycanda həm yabanı, həm də mədəni şəkildə yayılıb. Tünd-qırmızı rəngli, turşməzə meyvələri olur. Meyvələri qurudulan zaman bozumtul-qonur rəngə çevrilir. Ən əla keyfiyyətli meşə moruğu hesab olunur. Meşə moruğunun meyvələri xırda olsa da, çox şirəli, şirin və ətirlidir. Meyvələri avqust ayında yetişir.
Moruğun meyvələrini günəşli quru havada, tam yetişən dövrdə yığmaq lazımdır. Qurudulması isə o qədər də isti olmayan sobalarda və ya xüsusi quruducularda aparılmalıdır. Moruğun meyvələrində bir sıra müalicə əhəmiyyətli maddələr var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.