https://sputnik.az/20240911/dovlet-orqanlarina-qarsi-qalmaqalli-kibercinayetin-sok-detallari-aciqlandi-467317835.html
Dövlət orqanlarına qarşı qalmaqallı kibercinayətin şok detalları açıqlandı
Dövlət orqanlarına qarşı qalmaqallı kibercinayətin şok detalları açıqlandı
Sputnik Azərbaycan
Daha sonra isə "TikTok" və "Telegram" sosial şəbəkələrində yaratdıqları anonim səhifələr vasitəsilə həmin məlumatların satışını həyata keçirməyə cəhd ediblər. 11.09.2024, Sputnik Azərbaycan
2024-09-11T20:17+0400
2024-09-11T20:17+0400
2024-09-11T20:17+0400
dövlət
cəmiyyət
orqan
kiber
cinayət
azərbaycan
məlumat
giriş
dtx
sosial şəbəkə
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/15/425262269_107:0:1920:1020_1920x0_80_0_0_192f05ef0b815e022d04956853a9cc89.jpg
BAKI, 11 sentyabr — Sputnik. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "e-health.gov.az", Elm və Təhsil Nazirliyinin "miq.edu.az" və digər məlumat bazalarına kiberhücum yolu ilə qanunsuz daxil olub, Azərbaycan Respublikasının vətəndaşlarına məxsus fərdi məlumatları ələ keçirmiş şəxslər barədə Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi aparılır. Sputnik Azərbaycan-ın məlumatına görə, 11 sentyabr 2024-cü ildə Bakı şəhəri Səbail rayon məhkəməsində iş üzrə Cinayət Məcəlləsinin 271.3, 272.3 və 273-1.4.2-ci maddələri ilə təqsirləndirilən Cavid İlqar oğlu Dünyamalıyevin barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə məhkəmə prosesi keçirilib. Məlum olub ki, C.Dünyamalıyevin rəhbərlik etdiyi qrup Səhiyyə Nazirliyinin "e-health.gov.az", Elm və Təhsil Nazirliyinin "miq.edu.az" və digər məlumat bazalarına kibermüdaxilə yolu ilə qanunsuz daxil olaraq Azərbaycan Respublikası vətəndaşlarına məxsus fərdi məlumatları ələ keçirdikdən sonra onları sərəncamlarında olan xüsusi serverlərə ötürüb. Daha sonra isə "TikTok" və "Telegram" sosial şəbəkələrində yaratdıqları anonim səhifələr vasitəsilə həmin məlumatların satışını həyata keçirməyə cəhd ediblər. Onlar maraq cəlb etmək məqsədilə yaratdıqları reklam çarxlarında ölkədə müxtəlif tanınmış simaların fərdi məlumatlarını paylaşaraq istənilən vətəndaşın şəxsi məlumatlarını pul müqabilində sata biləcəklərini qeyd ediblər. Həmin şəxslərin fəaliyyətləri ifşa olunub, topladıqları fərdi məlumatlara giriş imkanları bloklanıb və müvafiq informasiya sistemlərinə qanunsuz giriş imkanları aradan qaldırılıb. Məhkəmənin qərarı ilə C.Dünyamalıyevin barəsində həbs qətimkan tədbirinin müddəti 2 ay müddətinə uzadılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/15/425262269_364:0:1724:1020_1920x0_80_0_0_9e3a5f84e786941097e62a058cfc7599.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dövlət, orqan, kiber, cinayət, azərbaycan, məlumat, giriş, dtx, sosial şəbəkə, telegram, tiktok
dövlət, orqan, kiber, cinayət, azərbaycan, məlumat, giriş, dtx, sosial şəbəkə, telegram, tiktok
Dövlət orqanlarına qarşı qalmaqallı kibercinayətin şok detalları açıqlandı
Daha sonra isə "TikTok" və "Telegram" sosial şəbəkələrində yaratdıqları anonim səhifələr vasitəsilə həmin məlumatların satışını həyata keçirməyə cəhd ediblər.
BAKI, 11 sentyabr — Sputnik. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "e-health.gov.az", Elm və Təhsil Nazirliyinin "miq.edu.az" və digər məlumat bazalarına kiberhücum yolu ilə qanunsuz daxil olub, Azərbaycan Respublikasının vətəndaşlarına məxsus fərdi məlumatları ələ keçirmiş şəxslər barədə Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi aparılır.
Sputnik Azərbaycan-ın məlumatına görə, 11 sentyabr 2024-cü ildə Bakı şəhəri Səbail rayon məhkəməsində iş üzrə Cinayət Məcəlləsinin 271.3, 272.3 və 273-1.4.2-ci maddələri ilə təqsirləndirilən Cavid İlqar oğlu Dünyamalıyevin barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə məhkəmə prosesi keçirilib.
Məlum olub ki, C.Dünyamalıyevin rəhbərlik etdiyi qrup Səhiyyə Nazirliyinin "e-health.gov.az", Elm və Təhsil Nazirliyinin "miq.edu.az" və digər məlumat bazalarına kibermüdaxilə yolu ilə qanunsuz daxil olaraq Azərbaycan Respublikası vətəndaşlarına məxsus fərdi məlumatları ələ keçirdikdən sonra onları sərəncamlarında olan xüsusi serverlərə ötürüb. Daha sonra isə "TikTok" və "Telegram" sosial şəbəkələrində yaratdıqları anonim səhifələr vasitəsilə həmin məlumatların satışını həyata keçirməyə cəhd ediblər.
Onlar maraq cəlb etmək məqsədilə yaratdıqları reklam çarxlarında ölkədə müxtəlif tanınmış simaların fərdi məlumatlarını paylaşaraq istənilən vətəndaşın şəxsi məlumatlarını pul müqabilində sata biləcəklərini qeyd ediblər.
Həmin şəxslərin fəaliyyətləri ifşa olunub, topladıqları fərdi məlumatlara giriş imkanları bloklanıb və müvafiq informasiya sistemlərinə qanunsuz giriş imkanları aradan qaldırılıb.
Məhkəmənin qərarı ilə C.Dünyamalıyevin barəsində həbs qətimkan tədbirinin müddəti 2 ay müddətinə uzadılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.