Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

BRİKS-in vahid səsini dünya ictimaiyyətinə çatdırmalıyıq - Çin XİN rəhbəri

© Sputnik / Press service of the Russian Foreign Ministry / Mediabanka keçidÇinin xarici işlər naziri Van İ, arxiv
Çinin xarici işlər naziri Van İ, arxiv - Sputnik Azərbaycan, 1920, 11.09.2024
Abunə olmaq
Çinin xarici işlər naziri deyib ki, BRİKS inkişaf edir və bu, bir çox ölkələr tərəfindən tələb olunur.
BAKI, 11 sentyabr — Sputnik. BRİKS ölkələri beynəlxalq təhlükəsizlik məsələlərində koordinasiyanı gücləndirməlidirlər. Bunu Çinin xarici işlər naziri Van İ BRİKS-in yüksək səviyyəli təhlükəsizlik toplantısında deyib.

"Hazırda dünya ciddi təlatümlər yaşayır, biz böyük təhlükəsizlik təhdidləri ilə və təhlükəsizlik çatışmazlığı ilə üzləşirik. İnkişaf etməkdə olan ölkələr üçün bu o deməkdir ki, biz daxili işlərimizə müdaxilə ilə üzləşirik", - Van İ bildirib.

Nazir qeyd edib ki, Sankt-Peterburq görüşü belə təhlükələrlə mübarizə yollarını tapmaq məqsədi daşıyır.
"Bu görüş böyük əhəmiyyət kəsb edir. Üzv ölkələr sülhü və konstruktiv yanaşmaları müdafiə etməyə çalışırlar. Bütün bunlar bizim mexanizmimizin böyük canlılığından danışır", - Van İ qeyd edib.
Onun sözlərinə görə, BRİKS inkişaf edir və bu, bir çox ölkələr tərəfindən tələb olunur.
"Əlbəttə ki, soyuq müharibə təfəkkürünə əsaslananlar var, ona görə də biz strateji mənada tam şəkildə çoxtərəflilik, əməkdaşlıq və inkişaf etməkdə olan ölkələrin qanuni maraqlarını müdafiə etməliyik. Biz BRİKS-in vahid səsini dünya ictimaiyyətinə çatdırmalıyıq ki, beynəlxalq təhlükəsizlik məsələlərində koordinasiyanı gücləndirmək və artırmaq üçün təhlükəsizlik nəzarətçiləri mexanizmindən yaxşı istifadə edək", - Çinin xarici işlər naziri bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0