https://sputnik.az/20240911/azerbaycanin-isguzar-turizm-potensiali-moskvada-teblig-olunur-467319570.html
Azərbaycanın işgüzar turizm potensialı Moskvada təbliğ olunur
Azərbaycanın işgüzar turizm potensialı Moskvada təbliğ olunur
Sputnik Azərbaycan
2024-cü ilin yanvar-avqust aylarında Rusiyadan Azərbaycana 501 min 417 nəfər səfər edib. Bu da 2023-cü ili eyni dövrü ilə müqayisədə 18 faizdən çox artım... 11.09.2024, Sputnik Azərbaycan
2024-09-11T20:45+0400
2024-09-11T20:45+0400
2024-09-11T20:45+0400
moskva
iqtisadiyyat
azərbaycan
turizm
siyasi büro
rusiya
dövlət turizm agentliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/15/437437530_0:0:3148:1771_1920x0_80_0_0_118bba88b0a68f0db9d249b504f0bbe2.jpg
BAKI, 11 sentyabr — Sputnik. Azərbaycan Turizm Bürosunun iştirakı ilə sentyabrın 11-də Moskva şəhərində keçirilən "MICE4U" tədbirində ölkəmizin işgüzar turizm potensialı tanıdılıb. Dövlət Turizm Agentliyindən bildirilib ki, tədbirdə iştirakın əsas məqsədi Azərbaycanın qabaqcıl işgüzar tədbirlər destinasiyası kimi mövcud imkanlarını qlobal müstəvidə nümayiş etdirmək, potensial tədbirləri və tərəfdaşları müəyyənləşdirmək, həmçinin təbliğat fəaliyyətini genişləndirməkdir. Rusiyanın işgüzar turizm sahəsi üzrə aparıcı mütəxəssis və agentlikləri ilə keçirilən B2B formatlı görüşlərdə Azərbaycanda işgüzar tədbirlərin təşkili üzrə mövcud infrastruktur və bütövlükdə ölkəmizin turizm potensialı haqqında məlumat verilib. Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında Rusiyadan Azərbaycana 501 min 417 nəfər səfər edib. Bu da 2023-cü ili eyni dövrü ilə müqayisədə 18 faizdən çox artım deməkdir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/15/437437530_417:0:3148:2048_1920x0_80_0_0_f14f3a5cc2f172dce3d4c79ae780d1bc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
moskva, azərbaycan, turizm, siyasi büro, rusiya, dövlət turizm agentliyi
moskva, azərbaycan, turizm, siyasi büro, rusiya, dövlət turizm agentliyi
Azərbaycanın işgüzar turizm potensialı Moskvada təbliğ olunur
2024-cü ilin yanvar-avqust aylarında Rusiyadan Azərbaycana 501 min 417 nəfər səfər edib. Bu da 2023-cü ili eyni dövrü ilə müqayisədə 18 faizdən çox artım deməkdir.
BAKI, 11 sentyabr — Sputnik. Azərbaycan Turizm Bürosunun iştirakı ilə sentyabrın 11-də Moskva şəhərində keçirilən "MICE4U" tədbirində ölkəmizin işgüzar turizm potensialı tanıdılıb.
Dövlət Turizm Agentliyindən bildirilib ki, tədbirdə iştirakın əsas məqsədi Azərbaycanın qabaqcıl işgüzar tədbirlər destinasiyası kimi mövcud imkanlarını qlobal müstəvidə nümayiş etdirmək, potensial tədbirləri və tərəfdaşları müəyyənləşdirmək, həmçinin təbliğat fəaliyyətini genişləndirməkdir.
Rusiyanın işgüzar turizm sahəsi üzrə aparıcı mütəxəssis və agentlikləri ilə keçirilən B2B formatlı görüşlərdə Azərbaycanda işgüzar tədbirlərin təşkili üzrə mövcud infrastruktur və bütövlükdə ölkəmizin turizm potensialı haqqında məlumat verilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında Rusiyadan Azərbaycana 501 min 417 nəfər səfər edib. Bu da 2023-cü ili eyni dövrü ilə müqayisədə 18 faizdən çox artım deməkdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.