https://sputnik.az/20240911/azerbaycan-nefti-iki-dollardan-cox-ucuzlasib-467304765.html
Azərbaycan nefti iki dollardan çox ucuzlaşıb
Azərbaycan nefti iki dollardan çox ucuzlaşıb
Sputnik Azərbaycan
Analitiklərin fikrincə, investorlar Çin və ABŞ-də iqtisadi yavaşlama səbəbindən tələbin azalmasından narahat olduqları üçün yaxın müddətdə qiymətlərdə aşağıya... 11.09.2024, Sputnik Azərbaycan
2024-09-11T12:26+0400
2024-09-11T12:26+0400
2024-09-11T12:26+0400
neft-qaz
opec
brent
azeri light markalı neft
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451240204_0:160:3072:1888_1920x0_80_0_0_98821e9c1e7e43dc97bd8573b0a6aa28.jpg
BAKI, 11 sentyabr — Sputnik. Dünya bazarlarında neft qiymətlərində nisbətən bahalaşma müşahidə edilir. Neftin bahalaşmasının səbəbi ABŞ-də baş verən "Fransin" qasırğasıdır. Bu qasırğanın hasilata təsir edəcəyi ilə bağlı narahatlıqlar var. Bu narahatlıq zəif qlobal tələbi üstələdiyi üçün neft qiymətləri əvvəlki günün itkilərinin bir qismini bərpa edib. "Brent" markalı neft 34 sent artaraq 69,53 dollar, ABŞ-nin Qrəbi Texas nefti (WTI) 35 sent artaraq 66,10 dollar olub. Dünən OPEC bu il və 2025-ci il üçün tələb proqnozunu aşağı saldıqdan sonra "Brent" markalı neft 2021-ci ilin dekabrından bəri ən aşağı səviyyəyə düşüb. "Azeri Light" markalı Azərbaycan nefti isə 2,27 dollar azalaraq 73,63 dollar təşkil edib. Analitiklərin fikrincə, investorlar Çin və ABŞ-də iqtisadi yavaşlama səbəbindən tələbin azalmasından narahat olduqları üçün yaxın müddətdə qiymətlərdə aşağıya doğru təzyiq davam edəcək. Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024-2025-ci il üçün ortalama gündəlik qlobal neft tələbatı üzrə proqnozunu azaldıb. Bu arada Rusiya və Səudiyyə Ərəbistanı da daxil olmaqla, "OPEC plyus" ölkələri neft hasilatının bərpasını təxirə salmaq və gündəlik 2,2 milyon barel könüllü hasilat azaltmalarını dekabr ayına qədər uzatmaq qərarına gəlib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451240204_171:0:2902:2048_1920x0_80_0_0_cb0e94fa2f4d6c02f890343de996110b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
opec, brent, azeri light markalı neft
opec, brent, azeri light markalı neft
Azərbaycan nefti iki dollardan çox ucuzlaşıb
Analitiklərin fikrincə, investorlar Çin və ABŞ-də iqtisadi yavaşlama səbəbindən tələbin azalmasından narahat olduqları üçün yaxın müddətdə qiymətlərdə aşağıya doğru təzyiq davam edəcək.
BAKI, 11 sentyabr — Sputnik. Dünya bazarlarında neft qiymətlərində nisbətən bahalaşma müşahidə edilir. Neftin bahalaşmasının səbəbi ABŞ-də baş verən "Fransin" qasırğasıdır. Bu qasırğanın hasilata təsir edəcəyi ilə bağlı narahatlıqlar var. Bu narahatlıq zəif qlobal tələbi üstələdiyi üçün neft qiymətləri əvvəlki günün itkilərinin bir qismini bərpa edib.
"Brent" markalı neft 34 sent artaraq 69,53 dollar, ABŞ-nin Qrəbi Texas nefti (WTI) 35 sent artaraq 66,10 dollar olub. Dünən OPEC bu il və 2025-ci il üçün tələb proqnozunu aşağı saldıqdan sonra "Brent" markalı neft 2021-ci ilin dekabrından bəri ən aşağı səviyyəyə düşüb.
"Azeri Light" markalı Azərbaycan nefti isə 2,27 dollar azalaraq 73,63 dollar təşkil edib.
Analitiklərin fikrincə, investorlar Çin və ABŞ-də iqtisadi yavaşlama səbəbindən tələbin azalmasından narahat olduqları üçün yaxın müddətdə qiymətlərdə aşağıya doğru təzyiq davam edəcək.
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024-2025-ci il üçün ortalama gündəlik qlobal neft tələbatı üzrə proqnozunu azaldıb.
Bu arada Rusiya və Səudiyyə Ərəbistanı da daxil olmaqla, "OPEC plyus" ölkələri neft hasilatının bərpasını təxirə salmaq və gündəlik 2,2 milyon barel könüllü hasilat azaltmalarını dekabr ayına qədər uzatmaq qərarına gəlib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.