Tarixdə bu gün: 10 sentyabr – FOTO
© Sputnik / Elnur Salayev10 sentyabr
© Sputnik / Elnur Salayev
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 10 sentyabr — Sputnik. Sentyabrın 10-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Sentyabrın 10-da kimlər anadan olub?
Mobil Əhmədov (1931 - 2006) - Azərbaycanın xalq artisti, aktyoru və vokal ifaçısıdır. O, yetmişdən çox teatr tamaşasında oynamaqla zəngin yaradıcılıq irsi yaradıb və bir neçə rolunu müxtəlif quruluşlarda ifa edib.
© Photo : Public DomenMobil Əhmədov
Mobil Əhmədov
© Photo : Public Domen
Karl Lagerfeld (1933 - 2019) - alman modelyeri, fotoqraf və kolleksiyaçıdır. O, XX əsrin ən önəmli dəb təmsilçilərindən biridir. Lagerfeld karyerası ərzində "Chloé", "Fendi" və "Chanel" kimi büyük dəb evləri ilə birlikdə işləyib. Onu tez-tez "modanın Çarı" və ya "modanın Kralı" adlandırırlar.
© AP Photo / Thibault Camus
Karl Lagerfeld
Karl Lagerfeld
© AP Photo / Thibault Camus
Co Perri (1950) - ABŞ gitaraçısı və mahnı müəllifidir. O, daha çox "Aerosmith"in qurucusu və üzvü kimi tanınır.
Larisa Dolina (1955) - Sovet və Rusiya estrada müğənnisi, aktrisa, RF xalq artistidir. Müğənninin repertuarında caz və estrada üslubunda mahnıları yer alır. O, Bakıda anadan olub. Dolinanın ifa etdiyi ən məşhur mahnıları "Evdəki ab-hava", "Divar" və bir çox kompozisiyalardır.
Larisa Dolina
© Sputnik / Анатолий Медведь
/ Kolin Fert (1960) - ingilis aktyorudur. O, "Oskar" və "Qızıl Qlobus" mükafatlarının laureatı, BAFTA mükafatının ikiqat qalibidir.
© AP Photo / Richard Shotwell
Kolin Fert
Kolin Fert
© AP Photo / Richard Shotwell
Qay Ritçi (1968) - ingilis kinorejissoru, ssenarist və prodüserdir. O, daha çox "Kart, pullar və iki lülə" filmi ilə məşhurdur. Bundan əlavə Ritçi "Tapança", "Oğurluq ", "Ulduz", "Çətin iş", "Kral Arturun qılıncı", "Ələddin" və s. filmlərinə rejissorluq edib.
© AP Photo / Vianney Le CaerQay Ritçi
Qay Ritçi
© AP Photo / Vianney Le Caer
Aleksandr Revva (1974) - rusiyalı aktyor, şoumen, teleaparıcı və müğənnidir. O, "Comedy Club" komediya şousunun keçmiş iştirakçısıdır.
Aleksandr Revva
© Sputnik / Ekaterina Chesnokova
/ 10 sentyabr tarixində dünyada baş verən tarixi hadisələr
1509-cu ildə İstanbulda səhər saat 10-da "Kiçik Qiyamət Günü" kimi tanınan zəlzələ baş verib. Bu zəlzələ nəticəsində 10.000-ə qədər insan həlak olub və Osmanlı İmperiyasının paytaxtına ciddi ziyan dəyib.
1721-ci ildə Finlandiyanın Niştadte şəhərində İsveç və Rusiya arasında sülh müqaviləsi imzalanıb. Şimal müharibəsini sona çatdıran müqavilə əvvəllər 1617-ci il Stolbovo Sülh Müqaviləsi ilə möhkəmləndirilmiş Rusiya-İsveç sərhədini dəyişdirib.
1939-cu ildə Kanada Almaniyaya müharibə elan edib.
2003-cü ildən bəri Ümumdünya İntiharların Qarşısının Alınması Günü qeyd olunur. Ümumdünya Səhiyyə Təşkilatının fəal dəstəyi ilə və BMT-nin himayəsi altında İntiharların Qarşısının Alınması üzrə Beynəlxalq Assosiasiyanın təşəbbüsü ilə həyata keçirilməyə başlanıb.
2007-ci ildə Bakıda, Nərimanov rayonunda Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimi olub. Layihənin müəllifi məşhur memar Zaha Hadiddir. Bakının müasir simvoluna çevrilmiş Heydər Əliyev Mərkəzinin binası London Dizayn Muzeyinin "İlin dizaynı 2014" müsabiqəsində baş mükafata layiq görülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.