https://sputnik.az/20240910/qonsularimiza-mubahiselerin-hellinde-komek-etmeye-haziriq---iranli-diplomat-467297283.html
Qonşularımıza mübahisələrin həllində kömək etməyə hazırıq - iranlı diplomat
Qonşularımıza mübahisələrin həllində kömək etməyə hazırıq - iranlı diplomat
Sputnik Azərbaycan
İran Xarici İşlər Nazirliyinin rəis müavini də kommunikasiyaların açılmasının vacibliyini qeyd edərək, region dövlətlərinin ərazi bütövlüyü və suverenliyinə... 10.09.2024, Sputnik Azərbaycan
2024-09-10T20:49+0400
2024-09-10T20:49+0400
2024-09-10T20:49+0400
iran
siyasət
ermənistan
azərbaycan və ermənistan arasında müharibə
azərbaycan
azərbaycan
diplomat
cənubi qafqaz
cənubi qafqaz
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/10/460621680_0:120:3214:1928_1920x0_80_0_0_8d642e5f712febb865043e35e50ce5bc.jpg
BAKI, 10 sentyabr — Sputnik. İran həmişə regionda sülh və təhlükəsizliyin tərəfdarı olub və bunu müdafiə edir. Bunu İrəvan Dialoqu beynəlxalq forumunda İslam Respublikasının xarici işlər nazirinin müavini Məhəmməd Həsən Şeyxülislami deyib. Onun sözlərinə görə, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması kontekstində Tehran Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsinə yönəlmiş danışıqları alqışlayır və sülh sazişinin imzalanması prosesinin sürətləndirilməsinin vacibliyini vurğulayır. "Biz qonşularımıza mümkün qədər tez bir zamanda mübahisələrin həllində kömək etməyə hazırıq, biz güclü və vahid regionun yaradılmasını dəstəkləyirik", iranlı diplomat bildirib. İran Xarici İşlər Nazirliyinin rəis müavini də kommunikasiyaların açılmasının vacibliyini qeyd edərək, region dövlətlərinin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsinin vacibliyini vurğulayıb. "Biz bəyan edirik ki, Cənubi Qafqaz xarici qüvvələrin rəqabət meydanına çevrilməməlidir", Həsən Şeyxülislami deyib. XİN rəsmisi vurğulayıb ki, İran Ermənistan hökumətinin təklif etdiyi "Sülh kəsişməsi" layihəsinin əsasında dayanan prinsipləri, yəni ərazi bütövlüyü, suverenlik, qarşılıqlı etimad prinsiplərini dəstəkləyir.
azərbaycan
cənubi qafqaz
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/10/460621680_242:0:2973:2048_1920x0_80_0_0_16ba046b241ff02b1c21da55d676f7da.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
iran, ermənistan, azərbaycan və ermənistan arasında müharibə, azərbaycan, azərbaycan, diplomat, cənubi qafqaz, cənubi qafqaz
iran, ermənistan, azərbaycan və ermənistan arasında müharibə, azərbaycan, azərbaycan, diplomat, cənubi qafqaz, cənubi qafqaz
Qonşularımıza mübahisələrin həllində kömək etməyə hazırıq - iranlı diplomat
İran Xarici İşlər Nazirliyinin rəis müavini də kommunikasiyaların açılmasının vacibliyini qeyd edərək, region dövlətlərinin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsinin vacibliyini vurğulayıb.
BAKI, 10 sentyabr — Sputnik. İran həmişə regionda sülh və təhlükəsizliyin tərəfdarı olub və bunu müdafiə edir. Bunu İrəvan Dialoqu beynəlxalq forumunda İslam Respublikasının xarici işlər nazirinin müavini Məhəmməd Həsən Şeyxülislami deyib.
Onun sözlərinə görə, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması kontekstində Tehran Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsinə yönəlmiş danışıqları alqışlayır və sülh sazişinin imzalanması prosesinin sürətləndirilməsinin vacibliyini vurğulayır.
"Biz qonşularımıza mümkün qədər tez bir zamanda mübahisələrin həllində kömək etməyə hazırıq, biz güclü və vahid regionun yaradılmasını dəstəkləyirik", iranlı diplomat bildirib.
İran Xarici İşlər Nazirliyinin rəis müavini də kommunikasiyaların açılmasının vacibliyini qeyd edərək, region dövlətlərinin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsinin vacibliyini vurğulayıb.
"Biz bəyan edirik ki, Cənubi Qafqaz xarici qüvvələrin rəqabət meydanına çevrilməməlidir", Həsən Şeyxülislami deyib.
XİN rəsmisi vurğulayıb ki, İran Ermənistan hökumətinin təklif etdiyi "Sülh kəsişməsi" layihəsinin əsasında dayanan prinsipləri, yəni ərazi bütövlüyü, suverenlik, qarşılıqlı etimad prinsiplərini dəstəkləyir.