https://sputnik.az/20240910/nazirden-kagiz-formada-sened-teleb-eden-universitetlere-irad-467287773.html
Nazirdən kağız formada sənəd tələb edən universitetlərə irad
Nazirdən kağız formada sənəd tələb edən universitetlərə irad
Sputnik Azərbaycan
O, bildirib ki, müvafiq dövrlər üzrə nəzarət qurumları tərəfindən audit yoxlamaları aparılır. 10.09.2024, Sputnik Azərbaycan
2024-09-10T14:00+0400
2024-09-10T14:00+0400
2024-09-10T14:00+0400
emin əmrullayev
təhsil
elm və təhsil nazirliyi
hesablama palatası
sənəd
bakı dövlət universiteti
bakı dövlət universiteti
https://cdnn1.img.sputnik.az/img/07e5/07/06/427402845_0:320:3072:2048_1920x0_80_0_0_e7839169fb271f74ea5047fe281706d2.jpg
BAKI, 10 sentyabr — Sputnik. Bəzi universitetlərin qəbul olunan tələbələrdən qeydiyyat zamanı kağız formada sənəd tələb etməsi doğru deyil. Sputnik Azərbaycan xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlaması zamanı deyib. Nazirin sözlərinə görə, artıq Elm və Təhsil Nazirliyi tam rəqəmsal sistemə keçib: "Nazirliyin nailiyyətləri də buna imkan verir. Əksər hallarda bu proses rəqəmsal aparılıb. Bu, bəlkə də, 90 faizdən yuxarıdır. Müxtəlif səbəblərdən keçid dövründə çox az sayda universitetlər tələbələrdən kağız üzərində sənədlər tələb ediblər. İstənilən halda, bu proses portal.edu.az üzərində aparılır, digərlərinə ehtiyac yoxdur. Hesab edirəm ki, növbəti illərdə proses tamamilə rəqəmsallaşacaq". Emin Əmrullayev Hesablama Palatasının Bakı Dövlət Universitetində (BDU) aşkarladığı nöqsanlara da münasibət bildirib. O, bildirib ki, müvafiq dövrlər üzrə nəzarət qurumları tərəfindən audit yoxlamaları aparılır. Təbii ki, prosesdə nöqsanlar üzə çıxır: "Prosedur olaraq Elm və Təhsil Nazirliyi tərəfindən həmin qüsurlarla bağlı ilk olaraq izahat alınır. Çünki qarşı tərəfin də rəyi alınmalıdır. Orada bir neçə qüsur ola bilər. Əgər hansısa maliyyə qüsurları varsa, onların bərpası məsələsi həmişə qaldırılır. Amma digər məsələlər əgər texniki xarakter daşıyırsa, bu halda həmin qurumlara xəbərdarlıq edilir. Bu qüsurlara yol verilməməsi tapşırılır".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/06/427402845_267:294:2606:2048_1920x0_80_0_0_39b1914418c95bf744b6f9bec129b5d8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
emin əmrullayev, elm və təhsil nazirliyi, hesablama palatası, sənəd, bakı dövlət universiteti, bakı dövlət universiteti
emin əmrullayev, elm və təhsil nazirliyi, hesablama palatası, sənəd, bakı dövlət universiteti, bakı dövlət universiteti
Nazirdən kağız formada sənəd tələb edən universitetlərə irad
O, bildirib ki, müvafiq dövrlər üzrə nəzarət qurumları tərəfindən audit yoxlamaları aparılır.
BAKI, 10 sentyabr — Sputnik. Bəzi universitetlərin qəbul olunan tələbələrdən qeydiyyat zamanı kağız formada sənəd tələb etməsi doğru deyil.
Sputnik Azərbaycan xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlaması zamanı deyib.
Nazirin sözlərinə görə, artıq Elm və Təhsil Nazirliyi tam rəqəmsal sistemə keçib:
"Nazirliyin nailiyyətləri də buna imkan verir. Əksər hallarda bu proses rəqəmsal aparılıb. Bu, bəlkə də, 90 faizdən yuxarıdır. Müxtəlif səbəblərdən keçid dövründə çox az sayda universitetlər tələbələrdən kağız üzərində sənədlər tələb ediblər. İstənilən halda, bu proses portal.edu.az üzərində aparılır, digərlərinə ehtiyac yoxdur. Hesab edirəm ki, növbəti illərdə proses tamamilə rəqəmsallaşacaq".
Emin Əmrullayev Hesablama Palatasının Bakı Dövlət Universitetində (BDU) aşkarladığı nöqsanlara da münasibət bildirib. O, bildirib ki, müvafiq dövrlər üzrə nəzarət qurumları tərəfindən audit yoxlamaları aparılır. Təbii ki, prosesdə nöqsanlar üzə çıxır:
"Prosedur olaraq Elm və Təhsil Nazirliyi tərəfindən həmin qüsurlarla bağlı ilk olaraq izahat alınır. Çünki qarşı tərəfin də rəyi alınmalıdır. Orada bir neçə qüsur ola bilər. Əgər hansısa maliyyə qüsurları varsa, onların bərpası məsələsi həmişə qaldırılır. Amma digər məsələlər əgər texniki xarakter daşıyırsa, bu halda həmin qurumlara xəbərdarlıq edilir. Bu qüsurlara yol verilməməsi tapşırılır".