Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Nazir müavinindən təhsil haqlarının artması ilə bağlı açıqlama

© Sputnik / Murad OrujovTəhsil nazirinin müavini İdris İsayev
Təhsil nazirinin müavini İdris İsayev - Sputnik Azərbaycan, 1920, 10.09.2024
Abunə olmaq
O bildirib ki, bakalavr təhsil səviyyəsi üzrə hər təhsilalana düşən təhsil haqqı xərcləri 22 faiz, magistratura üzrə 26 faiz, doktorantura səviyyəsi üzrə isə 60 faiz artırılıb
BAKI, 10 sentyabr — Sputnik. Ötən gün Nazirlər Kabineti ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı qərara dəyişiklik edib. Sputnik Azərbaycan xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlaması zamanı deyib.
O bildirib ki, bakalavr təhsil səviyyəsi üzrə hər təhsilalana düşən təhsil haqqı xərcləri 22 faiz, magistratura üzrə 26 faiz, doktorantura səviyyəsi üzrə isə 60 faiz artırılıb:
"Bir bakalavr və magistrə düşən təhsil haqqı xərci təxminən 3 min manatdan çoxdur, doktorantura səviyyəsi üzrə isə bu xərc 4500 manatdan çoxdur".
Nazir müavini əlavə edib ki, növbəti illərdə bu artım təhsil müəssisələrinə münasibətdə daha səmərəli nəticəsini verəcək: "Hazırda 73 mindən çox tələbə var, onların yarısından çoxu dövlət hesabına təhsil alır ki, bu da universitetlərin maliyyələşdirilməsində artım deməkdir".
Qeyd edək ki, Nazirlər Kabinetindən bildirilib ki, ali təhsil müəssisələrində kadr hazırlığı dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi ilə adambaşına maliyyələşdirmə prinsipi ilə ayrı-ayrı ixtisaslar üzrə təsdiq olunmuş illik təhsil xərcinin miqdarına uyğun olaraq hesablanmaqla həyata keçirilir.
"Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarına əsasən ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə kadr hazırlığı üzrə müvafiq təhsil səviyyələrində hər bir təhsilalana müəyyən edilmiş təhsil xərclərinin miqdarında ötən 5 il ərzində artım olmayıb.
Xəbər lenti
0