https://sputnik.az/20240910/macaristan-baki-ve-revani-budapestde-sulh-muqavilesi-imzalamaga-cagirib-467297143.html
Macarıstan Bakı və İrəvanı Budapeştdə sülh müqaviləsi imzalamağa çağırıb
Macarıstan Bakı və İrəvanı Budapeştdə sülh müqaviləsi imzalamağa çağırıb
Sputnik Azərbaycan
Azərbaycan və Ermənistan rəsmilərinin verdikləri son açılaqmalardan bəlli olub ki, tərəflər sülh sazişinin mətni üzrə işin 80 faizini artıq yekunlaşdırıblar. 10.09.2024, Sputnik Azərbaycan
2024-09-10T20:20+0400
2024-09-10T20:20+0400
2024-09-10T20:20+0400
budapeşt
siyasət
peter siyyarto
macarıstan
xarici işlər naziri
ermənistan
azərbaycan
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/06/03/442478317_0:0:3076:1731_1920x0_80_0_0_644062b0cf7522a63706a3225ee9406f.jpg
BAKI, 10 sentyabr — Sputnik. Macarıstanın xarici işlər naziri Peter Siyarto İrəvanı və Bakını Budapeştdə sülh müqaviləsi imzalamağa dəvət edib. Macarıstan naziri İrəvan Dialoqu beynəlxalq forumunda bəyan edib ki, müharibə heç vaxt döyüş meydanında bitmir, danışıqlar masası arxasında bitir. Nazir bildirib ki, Macarıstan münaqişənin hər iki tərəfi ilə qarşılıqlı hörmət əsasında danışmaq tərəfdarıdır. Onun sözlərinə görə, Budapeşt bu yaxınlarda Ermənistanla diplomatik münasibətləri bərpa edib. Bundan sonra ikitərəfli ticarət rekordu əldə olunub və iki ölkənin paytaxtları arasında uçuşlar başlayıb. Siyarto qeyd edib ki, Macarıstan eyni zamanda Azərbaycanla strateji əməkdaşlıq və enerji sektorunda sıx əməkdaşlıq edir. "Bu, bizə iki ölkə arasında sülh müqaviləsinin hazırlanmasını başa çatdırmağa imkan verir", macar nazir qeyd edib. Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, İrəvan və Bakı sülh müqaviləsi layihəsinin 16 maddəsinin 13-ü üzrə tam razılığa gəliblər.2022-ci ildə İrəvan və Bakı Rusiya, ABŞ və Aİ-nin vasitəçiliyi ilə gələcək sülh müqaviləsini müzakirə etməyə başlayıblar. Ötən il mayın sonunda Ermənistanın baş naziri Nikol Paşinyan bildirmişdi ki, İrəvan Azərbaycanın sovet sərhədləri daxilində, yəni Qarabağla birlikdə suverenliyini tanımağa hazırdır. Azərbaycan və Ermənistan rəsmilərinin verdikləri son açılaqmalardan bəlli olub ki, tərəflər sülh sazişinin mətni üzrə işin 80 faizini artıq yekunlaşdırıblar.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/03/442478317_181:0:2910:2047_1920x0_80_0_0_523c0ece43d8012d89d7c40a4087864f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
budapeşt, peter siyyarto, macarıstan, xarici işlər naziri, ermənistan, azərbaycan, azərbaycan
budapeşt, peter siyyarto, macarıstan, xarici işlər naziri, ermənistan, azərbaycan, azərbaycan
Macarıstan Bakı və İrəvanı Budapeştdə sülh müqaviləsi imzalamağa çağırıb
Azərbaycan və Ermənistan rəsmilərinin verdikləri son açılaqmalardan bəlli olub ki, tərəflər sülh sazişinin mətni üzrə işin 80 faizini artıq yekunlaşdırıblar.
BAKI, 10 sentyabr — Sputnik. Macarıstanın xarici işlər naziri Peter Siyarto İrəvanı və Bakını Budapeştdə sülh müqaviləsi imzalamağa dəvət edib.
Macarıstan naziri İrəvan Dialoqu beynəlxalq forumunda bəyan edib ki, müharibə heç vaxt döyüş meydanında bitmir, danışıqlar masası arxasında bitir. Nazir bildirib ki, Macarıstan münaqişənin hər iki tərəfi ilə qarşılıqlı hörmət əsasında danışmaq tərəfdarıdır.
Onun sözlərinə görə, Budapeşt bu yaxınlarda Ermənistanla diplomatik münasibətləri bərpa edib. Bundan sonra ikitərəfli ticarət rekordu əldə olunub və iki ölkənin paytaxtları arasında uçuşlar başlayıb.
Siyarto qeyd edib ki, Macarıstan eyni zamanda Azərbaycanla strateji əməkdaşlıq və enerji sektorunda sıx əməkdaşlıq edir.
"Bu, bizə iki ölkə arasında sülh müqaviləsinin hazırlanmasını başa çatdırmağa imkan verir", macar nazir qeyd edib.
Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, İrəvan və Bakı sülh müqaviləsi layihəsinin 16 maddəsinin 13-ü üzrə tam razılığa gəliblər.2022-ci ildə İrəvan və Bakı Rusiya, ABŞ və Aİ-nin vasitəçiliyi ilə gələcək sülh müqaviləsini müzakirə etməyə başlayıblar. Ötən il mayın sonunda Ermənistanın baş naziri Nikol Paşinyan bildirmişdi ki, İrəvan Azərbaycanın sovet sərhədləri daxilində, yəni Qarabağla birlikdə suverenliyini tanımağa hazırdır.
Azərbaycan və Ermənistan rəsmilərinin verdikləri son açılaqmalardan bəlli olub ki, tərəflər sülh sazişinin mətni üzrə işin 80 faizini artıq yekunlaşdırıblar.