Kaliforniyada təbiət yanğını artıq 8 min hektar ərazini əhatə edib və 36 mindən çox tikilinin yanmasına doğru irəliləyir. Bu barədə Ştatın Meşə Təsərrüfatı və Yanğından Mühafizə Departamenti məlumat yayıb. "Line Fire" yanğını keçən həftə San-Bernardino dairəsinin Haylend şəhərində başlayıb və Kaliforniya hakimiyyəti beş mindən çox insanın təxliyəsini elan edib. Kaliforniya qubernatoru Gevin Nyus San-Bernardino dairəsində fövqəladə vəziyyət elan edib. Yerli məktəb dairəsi təxminən 20 min şagird üçün dərsləri ləğv edib. Meşə təsərrüfatı və yanğınsöndürmə departamentindən verilən məlumata görə, yanğın zamanı 3 nəfər xəsarət alıb. Söndürmə əməliyyatına təxminən 1,9 min nəfər, 200-dən çox yerüstü texnika və 18 helikopter cəlb olunub. Yerli media qeyd edir ki, çox isti hava, quraqlıq və ərazinin çətin relyefi yanğınsöndürənlərin işini çətinləşir. Hakimiyyət xəbərdarlıq edir ki, vəziyyət kritik olaraq qalır. Yanğının səbəbi hələ də araşdırılır.
Söndürmə əməliyyatına təxminən 1,9 min nəfər, 200-dən çox yerüstü texnikası və 18 helikopter cəlb olunub.
Kaliforniyada təbiət yanğını artıq 8 min hektar ərazini əhatə edib və 36 mindən çox tikilinin yanmasına doğru irəliləyir. Bu barədə Ştatın Meşə Təsərrüfatı və Yanğından Mühafizə Departamenti məlumat yayıb.
"Line Fire" yanğını keçən həftə San-Bernardino dairəsinin Haylend şəhərində başlayıb və Kaliforniya hakimiyyəti beş mindən çox insanın təxliyəsini elan edib.
Kaliforniya qubernatoru Gevin Nyus San-Bernardino dairəsində fövqəladə vəziyyət elan edib. Yerli məktəb dairəsi təxminən 20 min şagird üçün dərsləri ləğv edib.
Meşə təsərrüfatı və yanğınsöndürmə departamentindən verilən məlumata görə, yanğın zamanı 3 nəfər xəsarət alıb. Söndürmə əməliyyatına təxminən 1,9 min nəfər, 200-dən çox yerüstü texnika və 18 helikopter cəlb olunub.
Yerli media qeyd edir ki, çox isti hava, quraqlıq və ərazinin çətin relyefi yanğınsöndürənlərin işini çətinləşir.
Hakimiyyət xəbərdarlıq edir ki, vəziyyət kritik olaraq qalır. Yanğının səbəbi hələ də araşdırılır.