https://sputnik.az/20240910/kim-cen-in-kxdr-silahli-quvveleri-nuve-silahindan-istifade-etmeye-hazir-olmalidir-467292727.html
Kim Çen In: KXDR Silahlı Qüvvələri nüvə silahından istifadə etməyə hazır olmalıdır
Kim Çen In: KXDR Silahlı Qüvvələri nüvə silahından istifadə etməyə hazır olmalıdır
Sputnik Azərbaycan
Şimali Koreya nüvə döyüş hissələrinin sayını artırmaq siyasətini həyata keçirir. 10.09.2024, Sputnik Azərbaycan
2024-09-10T17:35+0400
2024-09-10T17:35+0400
2024-09-10T18:01+0400
kim çen in
dünya xəbərləri
kxdr
kxdr
nüvə silahı
qanun
https://cdnn1.img.sputnik.az/img/07e8/09/0a/467292560_0:0:3072:1728_1920x0_80_0_0_8ffe78234c050989010761146ccd9a45.jpg
BAKI, 10 sentyabr - Sputnik. Koreya Xalq Demokratik Respublikası (KXDR) Silahlı Qüvvələri təhlükəsizlik maraqlarını qorumaq üçün istənilən vaxt nüvə imkanlarından istifadə etməyə hazır olmalıdır. Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi ölkənin lideri Kim Çen Inın söylədiklərinə istinadən məlumat yayıb. “Aydın nəticə ondan ibarətdir ki, KXDR-in nüvə imkanlarını diqqətlə təmin etmək və dövlətin təhlükəsizlik hüquqlarını qorumaq üçün ondan istənilən vaxt istifadə etməyə hazır olmaq lazımdır”, agentlik Şimali Koreya liderindən sitat gətirib. Kim Çen Inın sözlərinə görə, Şimali Koreya hazırda “geometrik tərəqqidə nüvə döyüş hissələrinin” sayının artırılması siyasətini həyata keçirir. Eyni zamanda, ölkə lideri nüvə silahının özünümüdafiə üçün istifadə olunduğunu və başqalarına təhlükə yaratmadığını vurğulayıb. 2022-ci ildə KXDR hakimiyyəti nüvə silahı haqqında qanun qəbul edib. Qanun nüvə silahının xarici hücumlardan müdafiə məqsədilə profilaktik istifadəsinə icazə verib. “Milli nüvə qüvvələrinin komandanlıq və nəzarət sistemi düşmən qüvvələrin hücumu təhlükəsi altında olarsa, avtomatik olaraq nüvə zərbəsi endirilsin”, - qanunda vurğulanıb. Şimali Koreya Mərkəzi Xəbər Agentliyi bu yaxınlarda bildirib ki, KXDR öz nüvə potensialı ilə bağlı boş bəyanatlar vermir və ABŞ və Cənubi Koreya öz hərbi təxribatlarının bədəlini xatırlamalıdır.
kxdr
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/0a/467292560_167:0:2898:2048_1920x0_80_0_0_2c61fdbae6ffe29cbdb79eafb3ed3807.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kim çen in, kxdr, kxdr, nüvə silahı, qanun
kim çen in, kxdr, kxdr, nüvə silahı, qanun
Kim Çen In: KXDR Silahlı Qüvvələri nüvə silahından istifadə etməyə hazır olmalıdır
17:35 10.09.2024 (Yenilənib: 18:01 10.09.2024) Şimali Koreya nüvə döyüş hissələrinin sayını artırmaq siyasətini həyata keçirir.
BAKI, 10 sentyabr - Sputnik. Koreya Xalq Demokratik Respublikası (KXDR) Silahlı Qüvvələri təhlükəsizlik maraqlarını qorumaq üçün istənilən vaxt nüvə imkanlarından istifadə etməyə hazır olmalıdır.
Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi ölkənin lideri Kim Çen Inın söylədiklərinə istinadən məlumat yayıb.
“Aydın nəticə ondan ibarətdir ki, KXDR-in nüvə imkanlarını diqqətlə təmin etmək və dövlətin təhlükəsizlik hüquqlarını qorumaq üçün ondan istənilən vaxt istifadə etməyə hazır olmaq lazımdır”, agentlik Şimali Koreya liderindən sitat gətirib.
Kim Çen Inın sözlərinə görə, Şimali Koreya hazırda “geometrik tərəqqidə nüvə döyüş hissələrinin” sayının artırılması siyasətini həyata keçirir. Eyni zamanda, ölkə lideri nüvə silahının özünümüdafiə üçün istifadə olunduğunu və başqalarına təhlükə yaratmadığını vurğulayıb.
2022-ci ildə KXDR hakimiyyəti nüvə silahı haqqında qanun qəbul edib. Qanun nüvə silahının xarici hücumlardan müdafiə məqsədilə profilaktik istifadəsinə icazə verib.
“Milli nüvə qüvvələrinin komandanlıq və nəzarət sistemi düşmən qüvvələrin hücumu təhlükəsi altında olarsa, avtomatik olaraq nüvə zərbəsi endirilsin”, - qanunda vurğulanıb.
Şimali Koreya Mərkəzi Xəbər Agentliyi bu yaxınlarda bildirib ki, KXDR öz nüvə potensialı ilə bağlı boş bəyanatlar vermir və ABŞ və Cənubi Koreya öz hərbi təxribatlarının bədəlini xatırlamalıdır.