https://sputnik.az/20240910/builki-movsumde-ne-qeder-ari-ailesi-yaylaqlara-aparilib-467296989.html
Builki mövsümdə nə qədər arı ailəsi yaylaqlara aparılıb?
Builki mövsümdə nə qədər arı ailəsi yaylaqlara aparılıb?
Sputnik Azərbaycan
Hüseynov qeyd edib ki, arıçılıq təsərrüfatları təkcə Kəlbəcər, Laçın yaylaqlarında deyil, həmçinin Qubadlı, Zəngilan, Xocavənd və digər ərazilərdə yerləşən... 10.09.2024, Sputnik Azərbaycan
2024-09-10T19:28+0400
2024-09-10T19:28+0400
2024-09-10T19:29+0400
arı
iqtisadiyyat
kənd təsərrüfatı nazirliyi
qarabağ
qarabağ
şərqi zəngəzur iqtisadi rayonu
şərqi zəngəzur
vüqar hüseynov
https://cdnn1.img.sputnik.az/img/07e6/07/0f/444011497_0:107:2048:1259_1920x0_80_0_0_fc06bad780db7efb64021f40503cf49c.jpg
BAKI, 10 sentyabr — Sputnik. 2024-cü il mövsümündə əvvəlki illərdən fərqli olaraq təkcə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonasına daxil olan bölgələr deyil, əlavə olaraq daha 8 rayonda fəaliyyət göstərən arıçılara da öz təsərrüfatlarını işğaldan azad olunmuş ərazilərdəki yaylaqlara köçürmək icazəsi verilib. Nəticə etibarilə builki mövsümdə portalda 4217 qeydiyyatdan keçmiş arıçı ümumilikdə 195 min arı ailəsini yaylaqlara aparıb. Bunu Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov jurnalistlərə açıqlamasında deyib. V.Hüseynov qeyd edib ki, arıçılıq təsərrüfatları təkcə Kəlbəcər, Laçın yaylaqlarında deyil, həmçinin Qubadlı, Zəngilan, Xocavənd və digər ərazilərdə yerləşən yaylaqlarda da mövsümü keçiriblər. "Azad olunmuş ərazilərdə bu il yaylaq mövsümündə yağıntılar çox olub. İlkin dövrdə arıçılarda məhsulun az olacağı ilə bağlı narahatlıq yaranmışdı. Yağıntılı dövrün başa çatması və bölgənin zəngin bitki potensialı arıçılarımıza mövsüm ərzində kifayət qədər bal yığmağa imkan verib. Bu gün həmin arıçıların bir qismi öz məhsullarını yarmarkada satışa çıxarıblar", V. Hüseynov əlavə edib. Bakıda bal yarmarkası keçirilir Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 9-29 sentyabr tarixlərində arıçılıq məhsullarının 24-cü respublika sərgi-satış yarmarkası keçirilir. Yarmarkaya 39 rayondan 275 arıçı 120 tona yaxın məhsul çıxarıb. Yarmarka hər gün saat 09:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında ("Gənclik" metro stansiyasının yaxınlığı) fəaliyyətdə olacaq. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən arıçıların iştirakı ilə yarmarkada satışa çıxarılan məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar yarmarkada satışa buraxılmayıb. Xatırladaq ki, yarmarkaya qeydiyyat onlayn şəkildə bal.kendden.az saytı vasitəsi ilə 29 iyul saat 08:00-dan 2 avqust saat 20:00-dək həyata keçirilib. Yarmarkada arıçılara fəaliyyət göstərdikləri rayonların arıçı sayına uyğun olaraq proporsional qaydada müvafiq sayda yer ayrılıb. Yarmarkada iştirak üçün hər bir arıçıya minimum 40 arı ailəsinə malik olması tələbi qoyulub. Hər arıçı yarmarkaya maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilib.
şərqi zəngəzur
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/0f/444011497_114:0:1935:1366_1920x0_80_0_0_a77db8fc5d663f872d5dbab2fdfc6bbc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
arı, kənd təsərrüfatı nazirliyi, qarabağ, qarabağ, şərqi zəngəzur iqtisadi rayonu, şərqi zəngəzur, vüqar hüseynov
arı, kənd təsərrüfatı nazirliyi, qarabağ, qarabağ, şərqi zəngəzur iqtisadi rayonu, şərqi zəngəzur, vüqar hüseynov
Builki mövsümdə nə qədər arı ailəsi yaylaqlara aparılıb?
19:28 10.09.2024 (Yenilənib: 19:29 10.09.2024) Hüseynov qeyd edib ki, arıçılıq təsərrüfatları təkcə Kəlbəcər, Laçın yaylaqlarında deyil, həmçinin Qubadlı, Zəngilan, Xocavənd və digər ərazilərdə yerləşən yaylaqlarda da mövsümü keçiriblər.
BAKI, 10 sentyabr — Sputnik. 2024-cü il mövsümündə əvvəlki illərdən fərqli olaraq təkcə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonasına daxil olan bölgələr deyil, əlavə olaraq daha 8 rayonda fəaliyyət göstərən arıçılara da öz təsərrüfatlarını işğaldan azad olunmuş ərazilərdəki yaylaqlara köçürmək icazəsi verilib. Nəticə etibarilə builki mövsümdə portalda 4217 qeydiyyatdan keçmiş arıçı ümumilikdə 195 min arı ailəsini yaylaqlara aparıb.
Bunu Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov jurnalistlərə açıqlamasında deyib.
V.Hüseynov qeyd edib ki, arıçılıq təsərrüfatları təkcə Kəlbəcər, Laçın yaylaqlarında deyil, həmçinin Qubadlı, Zəngilan, Xocavənd və digər ərazilərdə yerləşən yaylaqlarda da mövsümü keçiriblər.
"Azad olunmuş ərazilərdə bu il yaylaq mövsümündə yağıntılar çox olub. İlkin dövrdə arıçılarda məhsulun az olacağı ilə bağlı narahatlıq yaranmışdı. Yağıntılı dövrün başa çatması və bölgənin zəngin bitki potensialı arıçılarımıza mövsüm ərzində kifayət qədər bal yığmağa imkan verib. Bu gün həmin arıçıların bir qismi öz məhsullarını yarmarkada satışa çıxarıblar", V. Hüseynov əlavə edib.
Bakıda bal yarmarkası keçirilir
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 9-29 sentyabr tarixlərində arıçılıq məhsullarının 24-cü respublika sərgi-satış yarmarkası keçirilir. Yarmarkaya 39 rayondan 275 arıçı 120 tona yaxın məhsul çıxarıb. Yarmarka hər gün saat 09:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında ("Gənclik" metro stansiyasının yaxınlığı) fəaliyyətdə olacaq.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən arıçıların iştirakı ilə yarmarkada satışa çıxarılan məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar yarmarkada satışa buraxılmayıb.
Xatırladaq ki, yarmarkaya qeydiyyat onlayn şəkildə bal.kendden.az saytı vasitəsi ilə 29 iyul saat 08:00-dan 2 avqust saat 20:00-dək həyata keçirilib. Yarmarkada arıçılara fəaliyyət göstərdikləri rayonların arıçı sayına uyğun olaraq proporsional qaydada müvafiq sayda yer ayrılıb.
Yarmarkada iştirak üçün hər bir arıçıya minimum 40 arı ailəsinə malik olması tələbi qoyulub. Hər arıçı yarmarkaya maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilib.