https://sputnik.az/20240910/azerbaycan-rusiya-ukrayna-munaqisesinin-nizamlanmasinda-vasiteci-ola-bilermi-467268406.html
Azərbaycan Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasında vasitəçi ola bilərmi?
Azərbaycan Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasında vasitəçi ola bilərmi?
Sputnik Azərbaycan
Ekspertlər deyir ki, Moskvanın təsdiqlədiyi vasitəçi ölkə müharibə başa çatdıqdan sonra beynəlxalq aləmdə çox güclü mövqeyə malik olacaq. 10.09.2024, Sputnik Azərbaycan
2024-09-10T10:25+0400
2024-09-10T10:25+0400
2024-09-10T10:25+0400
rusiya
siyasət
ukrayna
vasitəçi
vasitəçilik missiyası
kiyev
kreml
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1b/439670107_0:317:3078:2048_1920x0_80_0_0_a08e64b4d5c25c5dd10fa172c6980ff3.jpg
BAKI, 10 sentyabr — Sputnik. Türkiyə Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üzrə danışıqların aparılmasında vasitəçiliyi Azərbaycan tərəfinə verə bilər, Moskva və Kiyev Bakı variantına qarşı çıxmayacaq. Bunu türkiyəli analitik Engin Özer RİA Novosti-yə bildirib. Bir müddət əvvəl Respublika Prezidenti İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda moderatorun suallarını cavablandırarkən bildirib ki, Rusiya ilə Ukrayna arasında münaqişənin həllində Azərbaycanın da iştirakı mümkündür. "Variant o ola bilər ki, Türkiyə İstanbul danışıqlarında razılaşdırılmış bütün məqamları Azərbaycan tərəfinə ötürsün və danışıqların diplomatik dəstəklə Bakıda aparılmasını təmin etsin, Moskva və Kiyev Bakı variantına qarşı çıxmayacaq", agentliyin həmsöhbəti bildirib. Onun sözlərinə görə, Moskvanın təsdiqlədiyi vasitəçi ölkə müharibə başa çatdıqdan sonra beynəlxalq aləmdə çox güclü mövqeyə malik olacaq. "Ona görə də Moskva bu hədiyyəni NATO üzvü olan ölkəyə vermək istəməyəcək, yəqin ki, Rusiya administrasiyası bu cür nüfuz qazanmaq üçün Qoşulmama Hərəkatının üzvü olan ölkəyə üstünlük verəcək", Özer deyib. Ötən həftə Şərq İqtisadi Forumunda çıxış edən Rusiya Prezidenti Vladimir Putin, Ukraynanın danışıqlar aparmaq istəyi varsa, Rusiya Federasiyasının imtina etmədiyini, lakin İstanbulda qeydə alınan razılaşmalar əsasında danışıqlar aparılacağını söyləyib. Noyabrın sonunda Vladimir Zelenskinin "Xalqın xidmətçisi" partiyasının Ali Radadakı fraksiyasının rəhbəri, Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin üzvü David Araxamia deyib ki, Ukraynada hərbi əməliyyatlar 2022-ci ilin yazında sonlana bilərdi,. Onun sözlərinə görə Ukrayna hakimiyyəti ölkənin neytrallığına razı olmayıb. İstanbulda Rusiya tərəfi ilə danışıqlardan sonra Britaniyanın o zamankı baş naziri Boris Conson Kiyevi Rusiya Federasiyası ilə heç bir şey imzalamamağa və sadəcə mübarizə aparmağa çağırıb. Azərbaycan mümkün vasitəçiliyini Sputnik Azərbaycan-a şərh edən politoloq Elşən Manafov qeyd edib ki, Azərbaycan Prezidenti vasitəçilik imkanlarının olduğunu qeyd edib: "Azərbaycan həm Ukrayna, həm də Rusiya ilə müsbət münasibətlərə malikdir və bu münasibətlər praqmatikliyi ilə seçilir. Bu da Azərbaycanın vasitəçilik etməsi üçün kifayət qədər imkanları olduğunu göstərir. Baxmayaraq ki, Rusiya vasitəçilik məqsədilə Braziliya, Hindistan və Çinin vasitəçilik edə biləcəyini deyib. Bu da ondan irəli gəlir ki, həmin ölkələr Rusiyanın dünya nizamı ilə bağlı baxışlarını bölüşürlər". Elşən Manafovun fikrincə, Azərbaycan istər Qərbdə, istərsə də Şərqdə etibarlı tərəfdaş statusunu qazanmış ölkədir: "Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmur, eyni zamanda münaqişənin beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq nizamlanmasının tərəfdarıdır. Azərbaycan böyük vasitəçilik imkanlarına malikdir". Politoloq xatırladıb ki, vaxtilə Kiyev rejimi danışıqlardan Britaniyanın müdaxiləsi ilə çəkildi: "Güman edirəm ki, Kiyev rejiminin Qərbdən asılılığı aradan qalxmazsa, müstəqil siyasi iradə nümyiş etdirə bilmədiklərinə görə danışıqların davam etdirilməsi çətin olacaq. Faktiki olaraq Ukraynanın enerji sektoru çöküb. Ukraynanın Rusiya ərazilərinə hücumu da bundan irəli gəlirdi". Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Rusiya prezidenti Vladimir Putin onun məqsədini səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi adlandırıb. O qeyd edib ki, xüsusi əməliyyat məcburi tədbirdir, Rusiyanın "əksini etmək şansı qalmadı, təhlükəsizlik riskləri elə yaradılıb ki, başqa vasitələrlə cavab vermək mümkün deyildi. Moskva dəfələrlə danışıqlara hazır olduğunu bildirsə də, Kiyev onlara qanunvericilik səviyyəsində qadağa qoyub. Qərb Rusiyanı danışıqlara çağırır, Moskva buna hazır olduğunu göstərir, lakin eyni zamanda Qərb Kiyevin dialoqdan daim imtina etməsinə məhəl qoymur. Əvvəllər Kreml bəyan edirdi ki, hazırda Ukraynada vəziyyətin dinc istiqamətə keçməsi üçün heç bir ilkin şərt yoxdur, Rusiya üçün mütləq prioritet xüsusi əməliyyatın məqsədlərinə nail olmaqdır, hazırda bu, yalnız hərbi yolla mümkündür. Kremlin bəyan edib ki, de-fakto vəziyyət və yeni reallıqlar nəzərə alınarsa, Moskvanın bütün tələbləri qəbul edilərsə, Ukraynadakı vəziyyət dinc istiqamətə keçə bilər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1b/439670107_1021:506:3078:2048_1920x0_80_0_0_3877f968c699223ac44505251e821786.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, ukrayna, vasitəçi, vasitəçilik missiyası, kiyev, kreml
rusiya, ukrayna, vasitəçi, vasitəçilik missiyası, kiyev, kreml
Azərbaycan Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasında vasitəçi ola bilərmi?
Ekspertlər deyir ki, Moskvanın təsdiqlədiyi vasitəçi ölkə müharibə başa çatdıqdan sonra beynəlxalq aləmdə çox güclü mövqeyə malik olacaq.
BAKI, 10 sentyabr — Sputnik. Türkiyə Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üzrə danışıqların aparılmasında vasitəçiliyi Azərbaycan tərəfinə verə bilər, Moskva və Kiyev Bakı variantına qarşı çıxmayacaq. Bunu türkiyəli analitik Engin Özer RİA Novosti-yə bildirib.
Bir müddət əvvəl Respublika Prezidenti İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda moderatorun suallarını cavablandırarkən bildirib ki, Rusiya ilə Ukrayna arasında münaqişənin həllində Azərbaycanın da iştirakı mümkündür.
"Variant o ola bilər ki, Türkiyə İstanbul danışıqlarında razılaşdırılmış bütün məqamları Azərbaycan tərəfinə ötürsün və danışıqların diplomatik dəstəklə Bakıda aparılmasını təmin etsin, Moskva və Kiyev Bakı variantına qarşı çıxmayacaq", agentliyin həmsöhbəti bildirib.
Onun sözlərinə görə, Moskvanın təsdiqlədiyi vasitəçi ölkə müharibə başa çatdıqdan sonra beynəlxalq aləmdə çox güclü mövqeyə malik olacaq.
"Ona görə də Moskva bu hədiyyəni NATO üzvü olan ölkəyə vermək istəməyəcək, yəqin ki, Rusiya administrasiyası bu cür nüfuz qazanmaq üçün Qoşulmama Hərəkatının üzvü olan ölkəyə üstünlük verəcək", Özer deyib.
Ötən həftə Şərq İqtisadi Forumunda çıxış edən Rusiya Prezidenti Vladimir Putin, Ukraynanın danışıqlar aparmaq istəyi varsa, Rusiya Federasiyasının imtina etmədiyini, lakin İstanbulda qeydə alınan razılaşmalar əsasında danışıqlar aparılacağını söyləyib.
Noyabrın sonunda Vladimir Zelenskinin "Xalqın xidmətçisi" partiyasının Ali Radadakı fraksiyasının rəhbəri, Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin üzvü David Araxamia deyib ki, Ukraynada hərbi əməliyyatlar 2022-ci ilin yazında sonlana bilərdi,. Onun sözlərinə görə Ukrayna hakimiyyəti ölkənin neytrallığına razı olmayıb. İstanbulda Rusiya tərəfi ilə danışıqlardan sonra Britaniyanın o zamankı baş naziri Boris Conson Kiyevi Rusiya Federasiyası ilə heç bir şey imzalamamağa və sadəcə mübarizə aparmağa çağırıb.
Azərbaycan mümkün vasitəçiliyini Sputnik Azərbaycan-a şərh edən politoloq Elşən Manafov qeyd edib ki, Azərbaycan Prezidenti vasitəçilik imkanlarının olduğunu qeyd edib:
"Azərbaycan həm Ukrayna, həm də Rusiya ilə müsbət münasibətlərə malikdir və bu münasibətlər praqmatikliyi ilə seçilir. Bu da Azərbaycanın vasitəçilik etməsi üçün kifayət qədər imkanları olduğunu göstərir. Baxmayaraq ki, Rusiya vasitəçilik məqsədilə Braziliya, Hindistan və Çinin vasitəçilik edə biləcəyini deyib. Bu da ondan irəli gəlir ki, həmin ölkələr Rusiyanın dünya nizamı ilə bağlı baxışlarını bölüşürlər".
Elşən Manafovun fikrincə, Azərbaycan istər Qərbdə, istərsə də Şərqdə etibarlı tərəfdaş statusunu qazanmış ölkədir: "Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmur, eyni zamanda münaqişənin beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq nizamlanmasının tərəfdarıdır. Azərbaycan böyük vasitəçilik imkanlarına malikdir".
Politoloq xatırladıb ki, vaxtilə Kiyev rejimi danışıqlardan Britaniyanın müdaxiləsi ilə çəkildi: "Güman edirəm ki, Kiyev rejiminin Qərbdən asılılığı aradan qalxmazsa, müstəqil siyasi iradə nümyiş etdirə bilmədiklərinə görə danışıqların davam etdirilməsi çətin olacaq. Faktiki olaraq Ukraynanın enerji sektoru çöküb. Ukraynanın Rusiya ərazilərinə hücumu da bundan irəli gəlirdi".
Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Rusiya prezidenti Vladimir Putin onun məqsədini səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi adlandırıb. O qeyd edib ki, xüsusi əməliyyat məcburi tədbirdir, Rusiyanın "əksini etmək şansı qalmadı, təhlükəsizlik riskləri elə yaradılıb ki, başqa vasitələrlə cavab vermək mümkün deyildi.
Moskva dəfələrlə danışıqlara hazır olduğunu bildirsə də, Kiyev onlara qanunvericilik səviyyəsində qadağa qoyub. Qərb Rusiyanı danışıqlara çağırır, Moskva buna hazır olduğunu göstərir, lakin eyni zamanda Qərb Kiyevin dialoqdan daim imtina etməsinə məhəl qoymur. Əvvəllər Kreml bəyan edirdi ki, hazırda Ukraynada vəziyyətin dinc istiqamətə keçməsi üçün heç bir ilkin şərt yoxdur, Rusiya üçün mütləq prioritet xüsusi əməliyyatın məqsədlərinə nail olmaqdır, hazırda bu, yalnız hərbi yolla mümkündür. Kremlin bəyan edib ki, de-fakto vəziyyət və yeni reallıqlar nəzərə alınarsa, Moskvanın bütün tələbləri qəbul edilərsə, Ukraynadakı vəziyyət dinc istiqamətə keçə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.