https://sputnik.az/20240909/yaxin-25-ilde-ermenistanda-ermeni-qalmayacaq---sarkisyan-467256659.html
Yaxın 25 ildə Ermənistanda erməni qalmayacaq - Sarkisyan
Yaxın 25 ildə Ermənistanda erməni qalmayacaq - Sarkisyan
Sputnik Azərbaycan
Torpaq və su ehtiyatlarına gəlincə, Sarkisyan vurğulayıb ki, Ermənistanda kənd təsərrüfatına yararlı torpaqların 60%-dən çoxu hələ də əkilməmiş və istifadəsiz... 09.09.2024, Sputnik Azərbaycan
2024-09-09T11:34+0400
2024-09-09T11:34+0400
2024-09-09T11:36+0400
ermənistan
dünya xəbərləri
hesablama palatası
https://cdnn1.img.sputnik.az/img/41445/87/414458731_0:0:1600:901_1920x0_80_0_0_4aec4c43e898b777e3fd3103e2de1d0b.jpg
BAKI, 9 sentyabr — Sputnik. Yaxın 10 ildə Ermənistanın əhalisi 800 min nəfər azalaraq 2,2 milyon nəfərə düşə bilər. Bu barədə Sputnik Ermənistan-a Ermənistan Hesablama Palatasının sədri Nairi Sarkisyan məlumat verib. "Əgər bu temp davam edərsə, yaxın 25 ildə ölkədə erməni qalmayacaq" - Sarkisyan bildirib. Onun sözlərinə görə, əsas səbəblər arasında doğum səviyyəsinin aşağı olması, miqrasiya və Qarabağdakı müharibənin nəticələri göstərilir. O cümlədən, ötən il 48 min vətəndaş Ermənistanı tərk edib və geri qayıtmayıb. Ukraynada xüsusi hərbi əməliyat başladıqdan sonra Rusiyaya gedən vətəndaşların sayı azalıb, lakin ABŞ-da "green card" qazanmaq üçün növbələr düzülüb. Hesablama Palatasının rəhbəri ilin sonuna kimi ölkəni tərk edənlərin sayının 2023-cü ilin göstəricisindən çox ola biləcəyini istisna etmir. Torpaq və su ehtiyatlarına gəlincə, Sarkisyan vurğulayıb ki, Ermənistanda kənd təsərrüfatına yararlı torpaqların 60%-dən çoxu hələ də əkilməmiş və istifadəsiz olaraq qalır. Eyni zamanda, su ehtiyatlarının 70%-i idarə olunmur və Ermənistandan Azərbaycana itki şəklində axır. Sarkisyan vurğulayıb ki, bütün bunlar birlikdə ölkədə fəlakətli vəziyyətə gətirib çıxarıb. İlkin siyahıyaalma məlumatlarına görə, Ermənistanın daimi əhalisi 2 milyon 928 min 914 nəfər, yerli əhalinin sayı isə 2 milyon 638 min 917 nəfərdir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41445/87/414458731_112:0:1496:1038_1920x0_80_0_0_eacbc0b92ee4d4dd90087f740a307c34.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan, hesablama palatası
ermənistan, hesablama palatası
Yaxın 25 ildə Ermənistanda erməni qalmayacaq - Sarkisyan
11:34 09.09.2024 (Yenilənib: 11:36 09.09.2024) Torpaq və su ehtiyatlarına gəlincə, Sarkisyan vurğulayıb ki, Ermənistanda kənd təsərrüfatına yararlı torpaqların 60%-dən çoxu hələ də əkilməmiş və istifadəsiz olaraq qalır.
BAKI, 9 sentyabr — Sputnik. Yaxın 10 ildə Ermənistanın əhalisi 800 min nəfər azalaraq 2,2 milyon nəfərə düşə bilər. Bu barədə Sputnik Ermənistan-a Ermənistan Hesablama Palatasının sədri Nairi Sarkisyan məlumat verib.
"Əgər bu temp davam edərsə, yaxın 25 ildə ölkədə erməni qalmayacaq" - Sarkisyan bildirib.
Onun sözlərinə görə, əsas səbəblər arasında doğum səviyyəsinin aşağı olması, miqrasiya və Qarabağdakı müharibənin nəticələri göstərilir.
O cümlədən, ötən il 48 min vətəndaş Ermənistanı tərk edib və geri qayıtmayıb. Ukraynada xüsusi hərbi əməliyat başladıqdan sonra Rusiyaya gedən vətəndaşların sayı azalıb, lakin ABŞ-da "green card" qazanmaq üçün növbələr düzülüb. Hesablama Palatasının rəhbəri ilin sonuna kimi ölkəni tərk edənlərin sayının 2023-cü ilin göstəricisindən çox ola biləcəyini istisna etmir.
Torpaq və su ehtiyatlarına gəlincə, Sarkisyan vurğulayıb ki, Ermənistanda kənd təsərrüfatına yararlı torpaqların 60%-dən çoxu hələ də əkilməmiş və istifadəsiz olaraq qalır. Eyni zamanda, su ehtiyatlarının 70%-i idarə olunmur və Ermənistandan Azərbaycana itki şəklində axır.
Sarkisyan vurğulayıb ki, bütün bunlar birlikdə ölkədə fəlakətli vəziyyətə gətirib çıxarıb.
İlkin siyahıyaalma məlumatlarına görə, Ermənistanın daimi əhalisi 2 milyon 928 min 914 nəfər, yerli əhalinin sayı isə 2 milyon 638 min 917 nəfərdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.