https://sputnik.az/20240909/novbeti-mentiqi-addim-ktmt-den-cixmaq-olacaq---pasinyan-465364548.html
Ermənistanın KTMT-dən çıxışı istisna edilmir - Simonyan
Ermənistanın KTMT-dən çıxışı istisna edilmir - Simonyan
Sputnik Azərbaycan
Simonyan onu da qeyd edib ki, Ermənistan 9 noyabr tarixli üçtərəfli bəyanatdan öz imzasını geri çəkmək niyyətində deyil. 09.09.2024, Sputnik Azərbaycan
2024-09-09T16:47+0400
2024-09-09T16:47+0400
2024-09-09T14:39+0400
ermənistanın baş naziri nikol paşinyan
siyasət
ktmt
ktmt
mariya zaxarova
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e5/08/17/427755125_0:194:2953:1855_1920x0_80_0_0_59023b4f3cec47a3a93ce8c327779646.jpg
BAKI, 9 sentyabr — Sputnik. Ermənistanın MDB-nin qeyri-rəsmi sammitində iştirakı onunla bağlıdır ki, bu birlik, təhlükəsizlik məsələlərində və danışıqlar prosesində mühüm rol oynayan Alma-Ata Bəyannaməsinə əsaslanır. Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan məlumat verib. "Təhlükəsizliyimizə birbaşa təsir edən formata etinasız yanaşmaq mümkün deyil" - Simonyan vurğulayıb. O, həmçinin qeyd edib ki, BRİKS-də iştirak Ermənistanın regional əlaqələrini gücləndirmək və iqtisadi əlaqələri şaxələndirmək üçün lazımdır. Eyni zamanda, onun fikrincə, bu yanaşma Aİ ilə əlaqələrin inkişafına zidd deyil. "Ermənistan ifrata varmaqdan çəkinməli, öz milli maraqları, iqtisadi və mədəni prioritetləri əsasında hərəkət etməlidir", o, deyib. KTMT-dən mümkün çıxışı şərh edən parlamentin spikeri "heç nəyi istisna etmək olmaz" deyib və əlavə edib ki, təşkilatın öz hərəkətləri belə müzakirələrə səbəb olur. Simonyan onu da qeyd edib ki, Ermənistan 9 noyabr tarixli üçtərəfli bəyanatdan öz imzasını geri çəkmək niyyətində deyil. Xatırladaq ki, Ermənistan oktyabrda Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək və ölkəni baş nazir Nikol Paşinyan təmsil edəcək. Həmçinin MDB-nin qeyri-rəsmi sammitində Ermənistan nümayəndələri də iştirak edəcəklər.04.09.24, 13:19Rusiya XİN: Ermənistanla KTMT çərçivəsində tərəfdaşlığın bərpa olunacağını gözləyirikMoskva Ermənistanın və bütün regionun gələcək təhlükəsizliyinin maraqları naminə İrəvanla KTMT çərçivəsində tərəfdaşlığın bərpa olunacağını gözləyir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. “İrəvan de-yure KTMT-nin tamhüquqlu üzvü olaraq qalır və müvafiq hüquq və öhdəliklərini özündə saxlayır. Fikrimizcə, Ermənistan rəhbərliyi erməni xalqının maraqlarına zidd olan qarşılıqlı fəaliyyətdən uzaqlaşma xəttini dəstəkləyir”, Zaxarova bildirib. Onun sözlərinə görə, xüsusən də regionun sınaqlardan keçdiyini nəzərə alanda sözlə oynamaq heç bir xeyir gətirməyəcək, O, həmçinin vurğulayıb ki, hər bir ifadənin arxasında təkcə gizli məna durması kifayət deyil. "Bunu məmur deyirsə, təkcə deməklə kifayətlənməməli, həm də nəticələri üçün məsuliyyətli olmalıdır" - Zaxarova əlavə edib.Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, indiki mərhələdə Ermənistanın KTMT-də iştirakını dondurmaq qərarı yetərlidir, lakin bu, İrəvanın gələcəkdə fərqli qərar qəbul etməsini istisna etmir. O, KTMT-də ölkələrin tərəfdaş adlandırılmasının düzgün hesab etmir və onun sözlərinə görə, bəzi ölkələr Azərbaycana kömək edib.31.08.24, 14:05Ermənistan KTMT-nin işində iştirakın dayandırılması qərarını dəyişə bilər - Paşinyanİndiki mərhələdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının işində iştirakın dayandırılması sonradan bu qərarın dəyişməyəcəyi anlamına gəlmir.Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.Ermənistan hökumətinin başçısı qeyd edib ki, fikirlərinə düzəliş etməyi məqsədəuyğun saymır.05.08.24, 16:14Ermənistan KTMT-nin hərbi təlimində iştirak etməyəcəkAvqustun 14-dən 16-dək Novosibirskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) "Kobalt-2024" təlimləri keçiriləcək. Bu barədə Rusiya Qvardiyasının mətbuat xidməti məlumat yayıb. Təlimlərdə Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstanın müvafiq nazirlik və idarələrinin nümayəndələri iştirak edəcəklər. Ermənistan təlimlərdə iştirak edən ölkələrin arasında yoxdur. Üç gün ərzində KTMT-nin kollektiv çevik reaksiya qüvvələrinin xüsusi təyinatlı bölmələri qarşılıqlı fəaliyyət bacarıqlarını təkmilləşdirəcəklər. KTMT-nin kollektiv çevik reaksiya qüvvələrinin tərkibinə daxil olan bölmələr qeyri-qanuni silahlı birləşmələrin axtarışı, aşkarlanması və məhv edilməsi üzrə birgə hərəkətlərdə praktiki bacarıqlar əldə edəcəklər. Aviasiya və PUA-lardan istifadə edərək xüsusi təyinatlılar binalara və avtomobillərə basqın etmək, girovları azad etmək və yaraqlıları zərərsizləşdirmək üçün məşq edəcəklər. Ermənistanın baş naziri Nikol Paşinyan 2024-cü ilin fevralında İrəvanın KTMT-dəki iştirakını dondurduğunu bildirib. Daha sonra parlamentdə çıxışı zamanı o, növbəti məntiqli addımın Ermənistanın bu blokdan çıxması olacağını bildirib.13.07.24, 10:35Ermənistanın KTMT-yə külli miqdarda borcu var, amma onu ödəmək istəmirErmənistanın 2025-ci il üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) ödəməli olduğu üzvlük haqqı hesablanacaq.Bunu Rusiyanın təşkilat yanında daimi nümayəndəsi Viktor Vasilyev deyib.“2025-ci ilin büdcə layihəsinə baxılacaq, bütün maddələr buna uyğun hesablanacaq” - o, bildirib.V.Vasilyevin sözlərinə görə, İrəvanın haqqı ödəyib-ödəməyəcəyi ölkə rəhbərliyinin siyasi iradəsidir.O qeyd edib ki, KTMT-nin büdcəsi bütün üzv ölkələr arasında bölüşdürülür - Rusiya ümumi məbləğin yarısını, qalan 50 %-i isə digər beş dövlət, hər biri 10 % ödəməlidir. Ermənistanın 2024-cü il üçün ödəməli olduğu məbləğ 53,22 milyon rubl müəyyən edilib.Bir müddət əvvəl Ermənistan rəsmiləri müxtəlif bəhanələr gətirərək KTMT-yə olan borclarını ödəməkdən imtina etdiklərini açıqlayıblar. 13.06.24, 18:06Növbəti məntiqi addım KTMT-dən çıxmaq olacaq - PaşinyanKollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı vəziyyət kontekstində növbəti məntiqli addım Ermənistanın bu təşkilatdan çıxması olacaq. Ermənistan Baş naziri Nikol Paşinyan bildirib. Parlamentdə büdcənin icrasının yekun müzakirəsi zamanı hökumət başçısı təşkilatı yenidən tənqid edib və onu Ermənistanın təhlükəsizliyinin təmin edilməsi məsələsində fəaliyyətsizlikdə ittiham edib. Bildiyiniz kimi, Ermənistan indi təşkilatda iştirakını dondurub, bu yaxınlarda isə onun maliyyələşdirilməsində iştirakdan imtina edib: "Növbəti məntiqli addım KTMT-dən çıxmaq olacaq. Bunun bir ay, bir il və ya üç ildən sonra olacağına qərar verəcəyik". Paşinyanın sözlərinə görə, 2021 və 2022-ci illərdə baş verənlər zamanı. təşkilat ölkə qarşısında müqavilə öhdəliklərini yerinə yetirməkdən imtina edib. Baş nazir hesab edir ki, Ermənistanı KTMT-yə təslim etmək üçün ölkədə hakimiyyəti dəyişməyə çalışırlar. "İndi onlar hökuməti dəyişmək istəyirlər ki, Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına təslim etsinlər Siz xalqın yaratdığı və ondan qidalanan legitimlik qarşısında acizsiniz", - Paşinyan bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/17/427755125_110:0:2841:2048_1920x0_80_0_0_c4bd9fb76794183c9a4abc98c85c6341.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistanın baş naziri nikol paşinyan, ktmt, ktmt, mariya zaxarova, ermənistan
ermənistanın baş naziri nikol paşinyan, ktmt, ktmt, mariya zaxarova, ermənistan
Ermənistanın KTMT-dən çıxışı istisna edilmir - Simonyan
Simonyan onu da qeyd edib ki, Ermənistan 9 noyabr tarixli üçtərəfli bəyanatdan öz imzasını geri çəkmək niyyətində deyil.
BAKI, 9 sentyabr — Sputnik. Ermənistanın MDB-nin qeyri-rəsmi sammitində iştirakı onunla bağlıdır ki, bu birlik, təhlükəsizlik məsələlərində və danışıqlar prosesində mühüm rol oynayan Alma-Ata Bəyannaməsinə əsaslanır.
Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan məlumat verib.
"Təhlükəsizliyimizə birbaşa təsir edən formata etinasız yanaşmaq mümkün deyil" - Simonyan vurğulayıb.
O, həmçinin qeyd edib ki, BRİKS-də iştirak Ermənistanın regional əlaqələrini gücləndirmək və iqtisadi əlaqələri şaxələndirmək üçün lazımdır.
Eyni zamanda, onun fikrincə, bu yanaşma Aİ ilə əlaqələrin inkişafına zidd deyil.
"Ermənistan ifrata varmaqdan çəkinməli, öz milli maraqları, iqtisadi və mədəni prioritetləri əsasında hərəkət etməlidir", o, deyib.
KTMT-dən mümkün çıxışı şərh edən parlamentin spikeri "heç nəyi istisna etmək olmaz" deyib və əlavə edib ki, təşkilatın öz hərəkətləri belə müzakirələrə səbəb olur.
Simonyan onu da qeyd edib ki, Ermənistan 9 noyabr tarixli üçtərəfli bəyanatdan öz imzasını geri çəkmək niyyətində deyil.
Xatırladaq ki, Ermənistan oktyabrda Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək və ölkəni baş nazir Nikol Paşinyan təmsil edəcək. Həmçinin MDB-nin qeyri-rəsmi sammitində Ermənistan nümayəndələri də iştirak edəcəklər.
Rusiya XİN: Ermənistanla KTMT çərçivəsində tərəfdaşlığın bərpa olunacağını gözləyirik
Moskva Ermənistanın və bütün regionun gələcək təhlükəsizliyinin maraqları naminə İrəvanla KTMT çərçivəsində tərəfdaşlığın bərpa olunacağını gözləyir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
“İrəvan de-yure KTMT-nin tamhüquqlu üzvü olaraq qalır və müvafiq hüquq və öhdəliklərini özündə saxlayır. Fikrimizcə, Ermənistan rəhbərliyi erməni xalqının maraqlarına zidd olan qarşılıqlı fəaliyyətdən uzaqlaşma xəttini dəstəkləyir”, Zaxarova bildirib.
Onun sözlərinə görə, xüsusən də regionun sınaqlardan keçdiyini nəzərə alanda sözlə oynamaq heç bir xeyir gətirməyəcək, O, həmçinin vurğulayıb ki, hər bir ifadənin arxasında təkcə gizli məna durması kifayət deyil.
"Bunu məmur deyirsə, təkcə deməklə kifayətlənməməli, həm də nəticələri üçün məsuliyyətli olmalıdır" - Zaxarova əlavə edib.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, indiki mərhələdə Ermənistanın KTMT-də iştirakını dondurmaq qərarı yetərlidir, lakin bu, İrəvanın gələcəkdə fərqli qərar qəbul etməsini istisna etmir. O, KTMT-də ölkələrin tərəfdaş adlandırılmasının düzgün hesab etmir və onun sözlərinə görə, bəzi ölkələr Azərbaycana kömək edib.
Ermənistan KTMT-nin işində iştirakın dayandırılması qərarını dəyişə bilər - Paşinyan
İndiki mərhələdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının işində iştirakın dayandırılması sonradan bu qərarın dəyişməyəcəyi anlamına gəlmir.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Ermənistan hökumətinin başçısı qeyd edib ki, fikirlərinə düzəliş etməyi məqsədəuyğun saymır.
Ermənistan KTMT-nin hərbi təlimində iştirak etməyəcək
Avqustun 14-dən 16-dək Novosibirskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) "Kobalt-2024" təlimləri keçiriləcək. Bu barədə Rusiya Qvardiyasının mətbuat xidməti məlumat yayıb.
Təlimlərdə Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstanın müvafiq nazirlik və idarələrinin nümayəndələri iştirak edəcəklər.
Ermənistan təlimlərdə iştirak edən ölkələrin arasında yoxdur. Üç gün ərzində KTMT-nin kollektiv çevik reaksiya qüvvələrinin xüsusi təyinatlı bölmələri qarşılıqlı fəaliyyət bacarıqlarını təkmilləşdirəcəklər.
KTMT-nin kollektiv çevik reaksiya qüvvələrinin tərkibinə daxil olan bölmələr qeyri-qanuni silahlı birləşmələrin axtarışı, aşkarlanması və məhv edilməsi üzrə birgə hərəkətlərdə praktiki bacarıqlar əldə edəcəklər.
Aviasiya və PUA-lardan istifadə edərək xüsusi təyinatlılar binalara və avtomobillərə basqın etmək, girovları azad etmək və yaraqlıları zərərsizləşdirmək üçün məşq edəcəklər.
Ermənistanın baş naziri Nikol Paşinyan 2024-cü ilin fevralında İrəvanın KTMT-dəki iştirakını dondurduğunu bildirib.
Daha sonra parlamentdə çıxışı zamanı o, növbəti məntiqli addımın Ermənistanın bu blokdan çıxması olacağını bildirib.
Ermənistanın KTMT-yə külli miqdarda borcu var, amma onu ödəmək istəmir
Ermənistanın 2025-ci il üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) ödəməli olduğu üzvlük haqqı hesablanacaq.
Bunu Rusiyanın təşkilat yanında daimi nümayəndəsi Viktor Vasilyev deyib.
“2025-ci ilin büdcə layihəsinə baxılacaq, bütün maddələr buna uyğun hesablanacaq” - o, bildirib.
V.Vasilyevin sözlərinə görə, İrəvanın haqqı ödəyib-ödəməyəcəyi ölkə rəhbərliyinin siyasi iradəsidir.
O qeyd edib ki, KTMT-nin büdcəsi bütün üzv ölkələr arasında bölüşdürülür - Rusiya ümumi məbləğin yarısını, qalan 50 %-i isə digər beş dövlət, hər biri 10 % ödəməlidir. Ermənistanın 2024-cü il üçün ödəməli olduğu məbləğ 53,22 milyon rubl müəyyən edilib.
Bir müddət əvvəl Ermənistan rəsmiləri müxtəlif bəhanələr gətirərək KTMT-yə olan borclarını ödəməkdən imtina etdiklərini açıqlayıblar.
Növbəti məntiqi addım KTMT-dən çıxmaq olacaq - Paşinyan
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı vəziyyət kontekstində növbəti məntiqli addım Ermənistanın bu təşkilatdan çıxması olacaq. Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
Parlamentdə büdcənin icrasının yekun müzakirəsi zamanı hökumət başçısı təşkilatı yenidən tənqid edib və onu Ermənistanın təhlükəsizliyinin təmin edilməsi məsələsində fəaliyyətsizlikdə ittiham edib.
Bildiyiniz kimi, Ermənistan indi təşkilatda iştirakını dondurub, bu yaxınlarda isə onun maliyyələşdirilməsində iştirakdan imtina edib:
"Növbəti məntiqli addım KTMT-dən çıxmaq olacaq. Bunun bir ay, bir il və ya üç ildən sonra olacağına qərar verəcəyik".
Paşinyanın sözlərinə görə, 2021 və 2022-ci illərdə baş verənlər zamanı. təşkilat ölkə qarşısında müqavilə öhdəliklərini yerinə yetirməkdən imtina edib.
Baş nazir hesab edir ki, Ermənistanı KTMT-yə təslim etmək üçün ölkədə hakimiyyəti dəyişməyə çalışırlar.
"İndi onlar hökuməti dəyişmək istəyirlər ki, Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına təslim etsinlər Siz xalqın yaratdığı və ondan qidalanan legitimlik qarşısında acizsiniz", - Paşinyan bildirib.