https://sputnik.az/20240909/meshur-karate-ustasinin-hebsinin-detallari-yeniyetme-qizlari-pornoya-baxmaga-mecbur-edib-467268968.html
Məşhur karate ustasının həbsinin detalları: Yeniyetmə qızları pornoya baxmağa məcbur edib
Məşhur karate ustasının həbsinin detalları: Yeniyetmə qızları pornoya baxmağa məcbur edib
Sputnik Azərbaycan
Daha sonra qızlar baş verənlər barədə yaxınlarına bildiriblər və polisə müraciət edilib. 09.09.2024, Sputnik Azərbaycan
2024-09-09T23:59+0400
2024-09-09T23:59+0400
2024-09-09T23:59+0400
karate
cəmiyyət
porno
porno-video
uşaq pornoqrafiyası
pornofilm
cinayət məcəlləsi
https://cdnn1.img.sputnik.az/img/07e8/09/09/467268800_0:0:1080:608_1920x0_80_0_0_09a18c70e6749b06a5fe4d2ef6578416.jpg
BAKI, 9 sentyabr — Sputnik. Bakıda tanınmış karate müəllimi Tərlan Cavadovun həbsinin detalları üzə çıxıb. Sputnik Azərbaycan "Qafqazinfo"a istinadən xəbər verir ki, tanınmış idman ustası mərkəzdə idman dərslərində iştirak edən 15-16 yaşlı 3 qızın valideynlərinin şikayəti əsasında həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 153-cü (On altı yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər) maddəsi ilə cinayət işi açılıb. İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Tərlan Kamalpaşa oğlu Cavadov karate dərsi keçdiyi 3 yeniyetmə qızı (2008, 2009, 2009-cu il təvəllüdlü) pornoqrafik məzmunlu videoya baxmağa məcbur edib. Hadisə mərkəzin idman zalında baş verib. Daha sonra qızlar baş verənlər barədə yaxınlarına bildiriblər və polisə müraciət edilib. Xatırladaq ki, ötən gün T.Cavadova Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə ittiham irəli sürülməsi barədə məlumatlar yayılmışdı. Lakin bu, təsdiqini tapmayıb. Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/09/467268800_149:0:1080:698_1920x0_80_0_0_98544a1bf6851f28ab6ac1a6d6b87167.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
karate, porno, porno-video, uşaq pornoqrafiyası, pornofilm, cinayət məcəlləsi
karate, porno, porno-video, uşaq pornoqrafiyası, pornofilm, cinayət məcəlləsi
Məşhur karate ustasının həbsinin detalları: Yeniyetmə qızları pornoya baxmağa məcbur edib
Daha sonra qızlar baş verənlər barədə yaxınlarına bildiriblər və polisə müraciət edilib.
BAKI, 9 sentyabr — Sputnik. Bakıda tanınmış karate müəllimi Tərlan Cavadovun həbsinin detalları üzə çıxıb. Sputnik Azərbaycan "Qafqazinfo"a istinadən xəbər verir ki, tanınmış idman ustası mərkəzdə idman dərslərində iştirak edən 15-16 yaşlı 3 qızın valideynlərinin şikayəti əsasında həbs edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 153-cü (On altı yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər) maddəsi ilə cinayət işi açılıb.
İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Tərlan Kamalpaşa oğlu Cavadov karate dərsi keçdiyi 3 yeniyetmə qızı (2008, 2009, 2009-cu il təvəllüdlü) pornoqrafik məzmunlu videoya baxmağa məcbur edib. Hadisə mərkəzin idman zalında baş verib. Daha sonra qızlar baş verənlər barədə yaxınlarına bildiriblər və polisə müraciət edilib.
Xatırladaq ki, ötən gün T.Cavadova Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə ittiham irəli sürülməsi barədə məlumatlar yayılmışdı. Lakin bu, təsdiqini tapmayıb.
Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.