https://sputnik.az/20240909/mekteb-ve-universitetlerin-qarsisinda-masin-saxlayanlar-cerimelenecek-467256151.html
Məktəb və universitetlərin qarşısında maşın saxlayanlar cərimələnəcək
Məktəb və universitetlərin qarşısında maşın saxlayanlar cərimələnəcək
Sputnik Azərbaycan
Bununla yanaşı, sıxlığın qarşısını almaq üçün svetoforlara verilən "yaşıl dalğa" rejimi artırılacaq. 09.09.2024, Sputnik Azərbaycan
2024-09-09T13:38+0400
2024-09-09T13:38+0400
2024-09-09T13:38+0400
cərimə
azərbaycan xəbərləri
yol polisi
baş dövlət yol polisi idarəsi
universitet
bakı şəhəri üzrə təhsil idarəsi
https://cdnn1.img.sputnik.az/img/42258/95/422589596_0:102:2000:1227_1920x0_80_0_0_467518709ab8c5bd2edd283742f07e4b.jpg
BAKI, 9 sentyabr — Sputnik. Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yeni tədris ili ilə bağlı müraciət edib. Bu barədə NİİM-dən məlumat verilib. Bildirilib ki, yeni tədris ili ilə bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaqlar: "Mərkəzin əməkdaşları tərəfindən paytaxtın küçə və prospektlərində yerləşən həm təhsil müəssisələrinin yaxınlığında, həm də yaxın kəsişmələrdə yollara müşahidə kameraları vasitəsi ilə nəzarət ediləcək. Hansı ərazidə süni sıxlıq yaranacaqsa, sıxlığın aradan qaldırılması məqsədilə yol polisi ilə mütəmadi informasiya mübadiləsi aparılacaq. Bununla yanaşı, sıxlığın qarşısını almaq üçün svetoforlara verilən "yaşıl dalğa" rejimi artırılacaq. Eyni zamanda diqqətə çatdırmaq istəyirik ki, digər yerlərdə olduğu kimi məktəblərin və universitetlərin ərtafında da dayanma və durma qaydalarının pozulması halları kameralar vasitəsilə qeydə alınacaq və qaydaları pozan şəxslər inzibati məsuliyyətə cəlb ediləcəklər". Xatırladaq ki, 2024-2025-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə 513 min 698 şagirdin təhsil alacağı gözlənilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42258/95/422589596_99:0:1872:1330_1920x0_80_0_0_91bfbcdb723bbbbe616e11cb58ca290c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
cərimə, yol polisi, baş dövlət yol polisi idarəsi, universitet, bakı şəhəri üzrə təhsil idarəsi
cərimə, yol polisi, baş dövlət yol polisi idarəsi, universitet, bakı şəhəri üzrə təhsil idarəsi
Məktəb və universitetlərin qarşısında maşın saxlayanlar cərimələnəcək
Bununla yanaşı, sıxlığın qarşısını almaq üçün svetoforlara verilən "yaşıl dalğa" rejimi artırılacaq.
BAKI, 9 sentyabr — Sputnik. Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yeni tədris ili ilə bağlı müraciət edib.
Bu barədə NİİM-dən məlumat verilib.
Bildirilib ki, yeni tədris ili ilə bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaqlar:
"Mərkəzin əməkdaşları tərəfindən paytaxtın küçə və prospektlərində yerləşən həm təhsil müəssisələrinin yaxınlığında, həm də yaxın kəsişmələrdə yollara müşahidə kameraları vasitəsi ilə nəzarət ediləcək. Hansı ərazidə süni sıxlıq yaranacaqsa, sıxlığın aradan qaldırılması məqsədilə yol polisi ilə mütəmadi informasiya mübadiləsi aparılacaq. Bununla yanaşı, sıxlığın qarşısını almaq üçün svetoforlara verilən "yaşıl dalğa" rejimi artırılacaq. Eyni zamanda diqqətə çatdırmaq istəyirik ki, digər yerlərdə olduğu kimi məktəblərin və universitetlərin ərtafında da dayanma və durma qaydalarının pozulması halları kameralar vasitəsilə qeydə alınacaq və qaydaları pozan şəxslər inzibati məsuliyyətə cəlb ediləcəklər".
Xatırladaq ki, 2024-2025-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə 513 min 698 şagirdin təhsil alacağı gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.