https://sputnik.az/20240909/ermenistan-ts-nin-katibi-ran-sefiri-ile-gorusdu-dehliz-mentiqinin-eleyhineyik-467265379.html
Ermənistan TŞ-nin katibi İran səfiri ilə görüşdü: "Dəhliz" məntiqinin əleyhinəyik
Ermənistan TŞ-nin katibi İran səfiri ilə görüşdü: "Dəhliz" məntiqinin əleyhinəyik
Sputnik Azərbaycan
Qriqoryanın deyib ki, Ermənistan ərazisindən keçən istənilən kommunikasiya Ermənistanın nəzarəti və milli suverenliyi altında olmalıdır. 09.09.2024, Sputnik Azərbaycan
2024-09-09T20:00+0400
2024-09-09T20:00+0400
2024-09-09T20:00+0400
ermənistan
dünya xəbərləri
iran
naxçıvan
tehran
qriqoryan
https://cdnn1.img.sputnik.az/img/07e6/02/0b/439050611_0:0:2904:1634_1920x0_80_0_0_4a7c96c3dc3106258001e51d8ad207a9.jpg
BAKI, 9 sentyabr — Sputnik. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın bu ölkədəki səfiri Mehdi Sobhani ilə görüşüb. Diplomatik nümayəndəliyin X sosial şəbəkəsindəki səhifəsində bildirilir ki, görüşdə regiondakı vəziyyət və Ermənistan-İran münasibətləri müzakirə edilib. Görüşün əsas mövzusu kommunikasiyaların açılması kontekstində Ermənistan ərazisindən ekstraterritorial dəhlizin açılmasının yolverilməzliyi olub. Qriqoryanın deyib ki, Ermənistan ərazisindən keçən istənilən kommunikasiya Ermənistanın nəzarəti və milli suverenliyi altında olmalıdır və İrəvan istənilən "dəhliz" məntiqinin əleyhinədir. Qriqoryan Ermənistanla İran arasındakı sərhədi sülh və dostluq sərhədi adlandırıb və əlavə edib ki, heç bir qüvvə bunu pozmağa qadir deyil. Öz növbəsində İran səfiri Tehranın regionda sərhədlərin istənilən dəyişikliyinə qarşı çıxan prinsipial mövqeyini bir daha xatırladıb. Ermənistan rəsmisi belə bir mövqeyə görə diplomata təşəkkürünü bildirib, Ermənistanla İran arasında münasibətlərin vacibliyini qeyd edib. Qeyd edək ki, Tehran Bakı və Ankaranın Ermənistan vasitəsilə Azərbaycanla Naxçıvan arasında quru əlaqəsinin təmin edilməsini tələb etdiyi ekstraterritorial dəhlizə qarşıdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/0b/439050611_113:0:2842:2047_1920x0_80_0_0_f1f4a5855d2bd6058ff8e7195e46f5e9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan, iran, naxçıvan, tehran, qriqoryan
ermənistan, iran, naxçıvan, tehran, qriqoryan
Ermənistan TŞ-nin katibi İran səfiri ilə görüşdü: "Dəhliz" məntiqinin əleyhinəyik
Qriqoryanın deyib ki, Ermənistan ərazisindən keçən istənilən kommunikasiya Ermənistanın nəzarəti və milli suverenliyi altında olmalıdır.
BAKI, 9 sentyabr — Sputnik. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın bu ölkədəki səfiri Mehdi Sobhani ilə görüşüb.
Diplomatik nümayəndəliyin X sosial şəbəkəsindəki səhifəsində bildirilir ki, görüşdə regiondakı vəziyyət və Ermənistan-İran münasibətləri müzakirə edilib.
Görüşün əsas mövzusu kommunikasiyaların açılması kontekstində Ermənistan ərazisindən ekstraterritorial dəhlizin açılmasının yolverilməzliyi olub.
Qriqoryanın deyib ki, Ermənistan ərazisindən keçən istənilən kommunikasiya Ermənistanın nəzarəti və milli suverenliyi altında olmalıdır və İrəvan istənilən "dəhliz" məntiqinin əleyhinədir.
Qriqoryan Ermənistanla İran arasındakı sərhədi sülh və dostluq sərhədi adlandırıb və əlavə edib ki, heç bir qüvvə bunu pozmağa qadir deyil.
Öz növbəsində İran səfiri Tehranın regionda sərhədlərin istənilən dəyişikliyinə qarşı çıxan prinsipial mövqeyini bir daha xatırladıb.
Ermənistan rəsmisi belə bir mövqeyə görə diplomata təşəkkürünü bildirib, Ermənistanla İran arasında münasibətlərin vacibliyini qeyd edib.
Qeyd edək ki, Tehran Bakı və Ankaranın Ermənistan vasitəsilə Azərbaycanla Naxçıvan arasında quru əlaqəsinin təmin edilməsini tələb etdiyi ekstraterritorial dəhlizə qarşıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.