DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"Ermənistan-Dağlıq Qarabağ" Parlamentlərarası Komissiyası buraxılmalıdır - Simonyan

© Sputnik / Асатур Есаянц / Mediabanka keçidAlen Simonyan
Alen Simonyan - Sputnik Azərbaycan, 1920, 09.09.2024
Abunə olmaq
Ermənistan Milli Assambleyasının rəhbəri qeyd edib ki, onun üçün artıq "Dağlıq Qarabağ"ın rəsmiləri yoxdur, "Dağlıq Qarabağın prezidenti" termini mövcud deyil.
BAKI, 9 sentyabr — Sputnik. "Ermənistan-Dağlıq Qarabağ" parlamentlərarası komissiyasının buraxılması zəruridir, çünki qarşı tərəf artıq səlahiyyətli deyil.
Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.
Belə ki, sessiya zamanı Simonyan "Hayastan" fraksiyasının katibi Artsvik Minasyanın üç illik fasilədən sonra bu komissiyanın iclasını çağırmaq niyyətində olub-olmaması sualına cavab verib.
Ermənistan Milli Assambleyasının rəhbəri qeyd edib ki, onun üçün artıq "Dağlıq Qarabağ"ın rəsmiləri yoxdur, "Dağlıq Qarabağın prezidenti" termini mövcud deyil. O, hüquqşünas kimi hesab edir ki, qeyd olunan formatın ləğvi məsələsini ciddi müzakirə etmək lazımdır.
Simonyanın sözlərinə görə, 2021-ci ildə bir iclas keçirilib, bir müddət sonra ikinci iclasın keçirilməsi planlaşdırılırdı, lakin "Qarabağ" parlamentinin o vaxtkı sədri səhhətində yaranan problemlərə görə iclasın ləğv edilməsini xahiş edib.
Simonyan niyə bu məsələni indi müzakirə etməli olduqlarının başa düşmədiyini bildirib. O, həmçinin hesab edir ki, "Dağlıq Qarabağ" öz "lideri"nin fərmanı ilə özünü ləğv edib.
Minasyan onunla razılaşmayaraq, "Dağlıq Qarabağ Respublikası" anlayışının bir çox sənədlərdə, o cümlədən beynəlxalq müqavilələrdə saxlandığını xatırladıb. Bildirib ki, heç kəsin "Dağlıq Qarabağı" ləğv etmək, bu sənədləri və qurumları ləğv etmək səlahiyyəti yoxdur.
Öz növbəsində, "Hayastan" fraksiyasının digər üzvü Artur Xaçatryan xatırladıb ki, ötən il "Dağlıq Qarabağ"ın ləğvi haqqında fərman sırf erməni əhalisinin qırğınının qarşısını almaq məqsədilə imzalanıb, çünki qüvvələr həddən artıq qeyri-bərabər idi. Üstəlik, onu imzalayan "Dağlıq Qarabağ"ın lideri Samvel Şahramanyan daha sonra bəyan edib ki, o, öz fərmanını ləğv edib.
2023-cü il sentyabrın 28-də separatçı rejimin o zamankı prezidenti Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dək bütün dövlət qurumlarının ləğvi haqqında fərman imzalayıb. Lakin sonradan onun özü və bir çox hüquqşünaslar qeyd ediblər ki, sənəd heç bir hüquqi normaya və qanuna uyğun deyil və təzyiq altında imzalanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0