https://sputnik.az/20240909/edliyye-nazirine-iki-yeni-muavin-teyin-olunub-467258198.html
Ədliyyə nazirinə iki yeni müavin təyin olunub
Ədliyyə nazirinə iki yeni müavin təyin olunub
Sputnik Azərbaycan
Sərəncamlara əsasən, Mübariz Əhmədov və Toğrul Hüseynov nazir müavini vəzifələrinə təyinat alıblar. 09.09.2024, Sputnik Azərbaycan
2024-09-09T12:41+0400
2024-09-09T12:41+0400
2024-09-09T12:41+0400
ədliyyə nazirliyi
azərbaycan xəbərləri
müşavir
baş müşavir
azərbaycanın birinci vitse-prezidenti
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/10/460621922_0:149:3112:1900_1920x0_80_0_0_cfa2a91f74814c3ef53a122bc68212a4.jpg
BAKI, 9 sentyabr — Sputnik. Ədliyyə nazirinə yeni müavinlər təyin olunub. Bununla bağlı dövlət başçısı müvafiq sərəncamlar imzalayıb. Sərəncamlara əsasən, Mübariz Əhmədov və Toğrul Hüseynov nazir müavini vəzifələrinə təyinat alıblar. Mübariz Hüseyn oğlu Əhmədov 1980-ci ildə anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2002-ci ildə magistr dərəcələrini fərqlənmə diplomları ilə bitirib. 2002-2005-ci illərdə Sumqayıt və Qazax hərbi prokurorluqlarında müstəntiq, 2005-2011-ci illərdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində, Hüquqi təminat şöbəsində, Dövlət ittihamının müdafiəsi üzrə idarədə prokuror və böyük prokuror vəzifələrində çalışıb. 2011-2015-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Müraciətlərə baxılması idarəsinin rəis müavini-Vətəndaşların qəbulu şöbəsinin rəisi vəzifəsində, 2015-2017-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorunun böyük köməkçisi, 2017-2020-ci illərdə Qusar rayon prokuroru vəzifələrində işləyib. 2020-ci ildən son təyinata qədər Mübariz Əhmədov Baş prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi vəzifəsində işləyib və ölkə başçısının müvafiq Sərəncamı ilə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib. "Dövlət qulluğunda fərqlənməyə görə medalı", eyni zamanda Baş Prokurorluğun, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin müvafiq medalları ilə təltif edilib. Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür. Toğrul Aydın oğlu Hüseynov 1986-cı ildə anadan olub. 2003-2007-ci illərdə Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2008-2010-cu illərdə magistr təhsili alıb. Bununla yanaşı, Amerika Birləşmiş Ştatlarının Missuri Universitetində Dövlət idarəetməsi üzrə, eyni zamanda Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi üzrə magistr təhsili alıb. Toğrul Hüseynov 2010-2016-cı illərdə Ədliyyə Nazirliyinin İcra xidmətində, Qanunvericilik baş idarəsində, 2016-2017-ci illərdə "Azərbaycan Dəmir Yolları" QSC-də, 2017-2024-cü illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində, Qanunvericilik və hüquq siyasəti şöbəsində və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyində baş məsləhətçi vəzifələrində çalışıb. Son təyinata qədər Toğrul Hüseynov Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi vəzifəsində işləyib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/10/460621922_191:0:2922:2048_1920x0_80_0_0_a4b90ceff2ba836bb03bcd809fc0b743.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ədliyyə nazirliyi, müşavir, baş müşavir, azərbaycanın birinci vitse-prezidenti
ədliyyə nazirliyi, müşavir, baş müşavir, azərbaycanın birinci vitse-prezidenti
Ədliyyə nazirinə iki yeni müavin təyin olunub
Sərəncamlara əsasən, Mübariz Əhmədov və Toğrul Hüseynov nazir müavini vəzifələrinə təyinat alıblar.
BAKI, 9 sentyabr — Sputnik. Ədliyyə nazirinə yeni müavinlər təyin olunub.
Bununla bağlı dövlət başçısı müvafiq sərəncamlar imzalayıb.
Sərəncamlara əsasən, Mübariz Əhmədov və Toğrul Hüseynov nazir müavini vəzifələrinə təyinat alıblar.
Mübariz Hüseyn oğlu Əhmədov 1980-ci ildə anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2002-ci ildə magistr dərəcələrini fərqlənmə diplomları ilə bitirib.
2002-2005-ci illərdə Sumqayıt və Qazax hərbi prokurorluqlarında müstəntiq, 2005-2011-ci illərdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində, Hüquqi təminat şöbəsində, Dövlət ittihamının müdafiəsi üzrə idarədə prokuror və böyük prokuror vəzifələrində çalışıb. 2011-2015-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Müraciətlərə baxılması idarəsinin rəis müavini-Vətəndaşların qəbulu şöbəsinin rəisi vəzifəsində, 2015-2017-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorunun böyük köməkçisi, 2017-2020-ci illərdə Qusar rayon prokuroru vəzifələrində işləyib.
2020-ci ildən son təyinata qədər Mübariz Əhmədov Baş prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi vəzifəsində işləyib və ölkə başçısının müvafiq Sərəncamı ilə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.
"Dövlət qulluğunda fərqlənməyə görə medalı", eyni zamanda Baş Prokurorluğun, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin müvafiq medalları ilə təltif edilib. Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür.
Toğrul Aydın oğlu Hüseynov 1986-cı ildə anadan olub. 2003-2007-ci illərdə Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2008-2010-cu illərdə magistr təhsili alıb. Bununla yanaşı, Amerika Birləşmiş Ştatlarının Missuri Universitetində Dövlət idarəetməsi üzrə, eyni zamanda Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi üzrə magistr təhsili alıb.
Toğrul Hüseynov 2010-2016-cı illərdə Ədliyyə Nazirliyinin İcra xidmətində, Qanunvericilik baş idarəsində, 2016-2017-ci illərdə "Azərbaycan Dəmir Yolları" QSC-də, 2017-2024-cü illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində, Qanunvericilik və hüquq siyasəti şöbəsində və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyində baş məsləhətçi vəzifələrində çalışıb.
Son təyinata qədər Toğrul Hüseynov Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi vəzifəsində işləyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.