https://sputnik.az/20240909/blokceyn-esasinda-swiftanaloqu-briks-yeni-odenis-sistemi-yarada-bilecekmi-467207179.html
Blokçeyn əsasında “SWIFT”analoqu: BRIKS yeni ödəniş sistemi yarada biləcəkmi?
Blokçeyn əsasında “SWIFT”analoqu: BRIKS yeni ödəniş sistemi yarada biləcəkmi?
Sputnik Azərbaycan
Bu ilin mart ayında BRİKS blokçeyn və rəqəmsal texnologiyalar əsasında ödəniş sisteminin yaradılması üzərində işə başlayıb - artıq iyul ayında ilk nəticələrə... 09.09.2024, Sputnik Azərbaycan
2024-09-09T09:18+0400
2024-09-09T09:18+0400
2024-09-09T09:18+0400
iqtisadiyyat
swift
briks
abş
rusiya
çin
bəə
azərbaycan
valyuta
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0c/440095834_0:68:3021:1767_1920x0_80_0_0_97b64444cd60c340a25169587230c535.jpg
BAKI, 9 sentyabr - Sputnik. Rusiya “SWIFT” beynəlxalq pul köçürmələri sistemindən kənarlaşdırıldıqdan sonra bir çox ölkələr və iqtisadi təşkilatlar maliyyə əməliyyatlarında Qərb qurumların hegemonluğunu azaldacaq alternativ platforma yaratmaq barədə ciddi düşünməyə başlayıblar.Bu cür təşkilatlardan biri də fəal şəkildə yeni üzvləri qəbul edən BRİKS olub - bu il qrupa BƏƏ, İran, Efiopiya və Misir qoşulub. Ötən ay Azərbaycan da təşkilata üzv olmaq üçün müraciət edib. Ümumilikdə dünyanın 20-dən çox ölkəsi oxşar ərizələrlərlə müraciət edib.BRİKS bir neçə ildir ki, birlik daxilindəki əməliyyatları xarici məhdudiyyətlərdən qorumaq üçün müxtəlif maliyyə sistemlərinin və mexanizmlərinin yaradılmasını nəzərdən keçirir. Belə ki, BRİKS ölkələri ilkin olaraq öz valyutalarını yaratmağı düşünüblər, lakin bu məsələ hələ də müzakirə mərhələsindədir.Eyni zamanda, “SWIFT” sisteminin analoqunun yaradılması daha uğurla davam edir - bu ilin martında BRİKS blokçeyn və rəqəmsal texnologiyalar əsasında ödəniş sisteminin formalaşdırılması üzrə işlərə başlayıb. İyulun sonunadək görülən işlərin ilk nəticələri açıqlanıb.Blokçeyn əsasında analoqlar vahid mərkəzin mövcudluğunu istisna edirÖdənişlərin tənzimlənməsi üzrə ekspert Pavel Şustın sözlərinə görə, “SWIFT”in analoqları artıq mövcuddur – onlardan bəziləri eyni mesaj standartlarından istifadə edirlər.Bununla yanaşı, blokçeyndən istifadə ideyası ondan ibarətdir ki, bu cür analoqlar vahid mərkəz olmadan işləyə bilər, yəni iştirakçılardan birinin kənarlaşdırılması üçün heç bir mərkəz olmayacaq.Ekspert qeyd edib ki, ikinci problem ödənişlərin hansı valyutalarla aparılmasıdır. İstənilən halda dollar və avro ilə ödənişlər ABŞ və Avropa bankları vasitəsilə həyata keçirilir. Şust hesab edir ki, bu halda variantlardan biri milli valyutalara keçməkdir, lakin indiyə qədər beynəlxalq ödənişlər üçün konvertasiya və onlardan tam istifadə etmək imkanı ilə bağlı çətinliklər var.“İkinci həll yolu yalnız transsərhəd ödənişlər üçün istifadə ediləcək sintetik valyutanın yaradılmasıdır, lakin bu, siyasi qərardır: dövlətlər onun sabit məzənnə üzrə qeyd-şərtsiz konvertasiyasını təmin etməli, qayda və prosedurların dəyişməməsinə zəmanət verməlidirlər", - iqtisadçı bildirib.Onun fikrincə, bu cür sintetik valyuta stabilkoinlərə (mübadilə məzənnələri sabitləşdirilə bilən kriptovalyutalar) bənzər şəkildə mərkəzləşdirilməmiş ola bilər. Şust əlavə edib ki, onların transsərhəd hesablaşmalarda istifadəsi bəzi mərkəzi banklar tərəfindən Beynəlxalq Hesablaşmalar Bankının layihələrində sınaqdan keçirilir.Dünya maliyyə sisteminin dollardan imtina etməsinə doğru addımıYeni Cəmiyyət İnstitutunun Siyasi İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Vasili Koltaşov hesab edir ki, əgər BRİKS ölkələri mütləq yeni əsasda “SWIFT”in analoqunu yaratsalar, bu, qlobal maliyyə sisteminin dollardan imtina etməsində tamamilə yeni vəziyyət olacaq.Ekspertin fikrincə, BRİKS ölkələri 2020-2023-cü illər ərzində təşkilatın yeni pul sistemini yarada bilmədiklərini nümayiş etdiriblər və əgər hazırda sistem BRİKS çərçivəsində bir çox mürəkkəb kompromislər sayəsində işləyirsə və bu güzəştlər istifadə olunan pul sistemləri baxımından çoxfunksiyalı və çoxvariantlı quruluşa çevrilirsə, o zaman dünya maliyyəsinin və dünya iqtisadiyyatının gələcəyini təmsil edəcək.Sputnik Azərbaycan-ın həmsöhbəti hesab edir ki, hələlik bizə konkret detalları gözləmək qalır, çünki əgər BRİKS həqiqətən də “SWIFT”in analoqunu yaratmağa başlasa, o zaman ikinci sual zaman məsələsi olacaq: belə bir konstruksiya nə qədər tez yaranacaq və nə qədər tez təsdiq olunacaq. Çünki BRİKS daxilində bu razılıq çox uzun müddət davam edə bilər və qərarlar qəbul etmək çətin ola bilər.“Gözləmək və prosesin sürətlə gedib-getməyəcəyini görmək lazımdır. Aydındır ki, ABŞ bu prosesi ləngitməyə çalışacaq. hər halda, maliyyə dünyası əvvəlki kimi fəaliyyət göstərməyəcək - növbəti onillikdə hər şey 2008-2014-cü illərə qədər olduğu kimi işləməyəcək”, - ekspert fikrini yekunlaşdırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0c/440095834_16:0:2747:2048_1920x0_80_0_0_59b98cfd970736b2bc163b02f5b8e516.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
swift, briks , abş, rusiya, çin, bəə, azərbaycan, valyuta
swift, briks , abş, rusiya, çin, bəə, azərbaycan, valyuta
Blokçeyn əsasında “SWIFT”analoqu: BRIKS yeni ödəniş sistemi yarada biləcəkmi?
Bu ilin mart ayında BRİKS blokçeyn və rəqəmsal texnologiyalar əsasında ödəniş sisteminin yaradılması üzərində işə başlayıb - artıq iyul ayında ilk nəticələrə nail olunub.
BAKI, 9 sentyabr - Sputnik. Rusiya “SWIFT” beynəlxalq pul köçürmələri sistemindən kənarlaşdırıldıqdan sonra bir çox ölkələr və iqtisadi təşkilatlar maliyyə əməliyyatlarında Qərb qurumların hegemonluğunu azaldacaq alternativ platforma yaratmaq barədə ciddi düşünməyə başlayıblar.
Bu cür təşkilatlardan biri də fəal şəkildə yeni üzvləri qəbul edən BRİKS olub - bu il qrupa BƏƏ, İran, Efiopiya və Misir qoşulub. Ötən ay Azərbaycan da təşkilata üzv olmaq üçün müraciət edib. Ümumilikdə dünyanın 20-dən çox ölkəsi oxşar ərizələrlərlə müraciət edib.
BRİKS bir neçə ildir ki, birlik daxilindəki əməliyyatları xarici məhdudiyyətlərdən qorumaq üçün müxtəlif maliyyə sistemlərinin və mexanizmlərinin yaradılmasını nəzərdən keçirir. Belə ki, BRİKS ölkələri ilkin olaraq öz valyutalarını yaratmağı düşünüblər, lakin bu məsələ hələ də müzakirə mərhələsindədir.
Eyni zamanda, “SWIFT” sisteminin analoqunun yaradılması daha uğurla davam edir - bu ilin martında BRİKS blokçeyn və rəqəmsal texnologiyalar əsasında ödəniş sisteminin formalaşdırılması üzrə işlərə başlayıb. İyulun sonunadək görülən işlərin ilk nəticələri açıqlanıb.
Blokçeyn əsasında analoqlar vahid mərkəzin mövcudluğunu istisna edir
Ödənişlərin tənzimlənməsi üzrə ekspert Pavel Şustın sözlərinə görə, “SWIFT”in analoqları artıq mövcuddur – onlardan bəziləri eyni mesaj standartlarından istifadə edirlər.
Bununla yanaşı, blokçeyndən istifadə ideyası ondan ibarətdir ki, bu cür analoqlar vahid mərkəz olmadan işləyə bilər, yəni iştirakçılardan birinin kənarlaşdırılması üçün heç bir mərkəz olmayacaq.
“Belə bir sistemin yaradılması özlüyündə ciddi problem yaratmır. Əsas çətinlik sistemdə çoxlu sayda iştirakçıların təmin edilməsidir, çünki banklar inteqrasiyanı təmin etməli, daxili prosesləri uyğunlaşdırmalı və digər xərclər çəkməlidirlər. Bunu az istifadə olunan qərar üçün etmək o qədər də sərfəli olmayacaq”, - Şust Sputnik Azərbaycan-a bildirib.
Ekspert qeyd edib ki, ikinci problem ödənişlərin hansı valyutalarla aparılmasıdır. İstənilən halda dollar və avro ilə ödənişlər ABŞ və Avropa bankları vasitəsilə həyata keçirilir. Şust hesab edir ki, bu halda variantlardan biri milli valyutalara keçməkdir, lakin indiyə qədər beynəlxalq ödənişlər üçün konvertasiya və onlardan tam istifadə etmək imkanı ilə bağlı çətinliklər var.
“İkinci həll yolu yalnız transsərhəd ödənişlər üçün istifadə ediləcək sintetik valyutanın yaradılmasıdır, lakin bu, siyasi qərardır: dövlətlər onun sabit məzənnə üzrə qeyd-şərtsiz konvertasiyasını təmin etməli, qayda və prosedurların dəyişməməsinə zəmanət verməlidirlər", - iqtisadçı bildirib.
Onun fikrincə, bu cür sintetik valyuta stabilkoinlərə (mübadilə məzənnələri sabitləşdirilə bilən kriptovalyutalar) bənzər şəkildə mərkəzləşdirilməmiş ola bilər. Şust əlavə edib ki, onların transsərhəd hesablaşmalarda istifadəsi bəzi mərkəzi banklar tərəfindən Beynəlxalq Hesablaşmalar Bankının layihələrində sınaqdan keçirilir.
Dünya maliyyə sisteminin dollardan imtina etməsinə doğru addımı
Yeni Cəmiyyət İnstitutunun Siyasi İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Vasili Koltaşov hesab edir ki, əgər BRİKS ölkələri mütləq yeni əsasda “SWIFT”in analoqunu yaratsalar, bu, qlobal maliyyə sisteminin dollardan imtina etməsində tamamilə yeni vəziyyət olacaq.
“Son vaxtlar biz bir tərəfdən beynəlxalq ödənişlərdə dollara qarşı qətiyyətli hücum müşahidə etdik- Rusiya Federasiyası və Çin ABŞ valyutasından imtina edib, Səudiyyə Ərəbistanı və BƏƏ isə nefti dollara satmır. Ancaq belə çıxır ki, dollar yenə də Avropa İttifaqı (Aİ) kimi əsas itkilərə məruz qalan ABŞ müttəfiqləri hesabına beynəlxalq ticarətdəki payını 48%-ə qədər artırıb”, - Koltaşov Sputnik Azərbaycan-a bildirib.
Ekspertin fikrincə, BRİKS ölkələri 2020-2023-cü illər ərzində təşkilatın yeni pul sistemini yarada bilmədiklərini nümayiş etdiriblər və əgər hazırda sistem BRİKS çərçivəsində bir çox mürəkkəb kompromislər sayəsində işləyirsə və bu güzəştlər istifadə olunan pul sistemləri baxımından çoxfunksiyalı və çoxvariantlı quruluşa çevrilirsə, o zaman dünya maliyyəsinin və dünya iqtisadiyyatının gələcəyini təmsil edəcək.
“Bu, irəliyə doğru böyük bir addım olacaq, “SWIFT” isə artıq ABŞ-ın bütün maliyyə əməliyyatları üzərində total hökmranlığını nəzərdə tutan texniki və ideoloji cəhətdən geridə qalıb. Əlbəttə ki, o artıq öz əhəmiyyətini itirir və bundan sonra da dollara çox ağır zərbə vuracaq”, - Koltaşov fikirlərini bölüşüb.
Sputnik Azərbaycan-ın həmsöhbəti hesab edir ki, hələlik bizə konkret detalları gözləmək qalır, çünki əgər BRİKS həqiqətən də “SWIFT”in analoqunu yaratmağa başlasa, o zaman ikinci sual zaman məsələsi olacaq: belə bir konstruksiya nə qədər tez yaranacaq və nə qədər tez təsdiq olunacaq. Çünki BRİKS daxilində bu razılıq çox uzun müddət davam edə bilər və qərarlar qəbul etmək çətin ola bilər.
“Gözləmək və prosesin sürətlə gedib-getməyəcəyini görmək lazımdır. Aydındır ki, ABŞ bu prosesi ləngitməyə çalışacaq. hər halda, maliyyə dünyası əvvəlki kimi fəaliyyət göstərməyəcək - növbəti onillikdə hər şey 2008-2014-cü illərə qədər olduğu kimi işləməyəcək”, - ekspert fikrini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.