Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

"Azəriqaz"ın 32 il sonra Xocalıda isitdiyi ocaq - VİDEO

© Photo : AzeriGas Production Union"Azəriqaz" İB-nin binası qarşısında lövhə, arxiv şəkli
Azəriqaz İB-nin binası qarşısında lövhə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.09.2024
Abunə olmaq
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Xocalı sakinlərinin təbii qaza olan tələbatının dayanıqlı və fasiləsiz şəkildə təmin edilməsi üçün lazımi işlərin icrasını davam etdirir.
BAKI, 9 sentyabr — Sputnik. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi uzun illər işğal altında qalan Xocalı azad olunduqdan sonra qısa müddət ərzində burada bərpa və yenidənqurma işlərini sürətlə davam etdirir.
Sputnik Azərbaycan "Azəriqaz"a istinadla xəbər verir ki, Birlik Xocalı sakinlərinin təbii qaza olan tələbatının dayanıqlı və fasiləsiz şəkildə təmin edilməsi üçün lazımi işlərin icra edir.
Onlar bir qış gecəsində amansız düşmənin güllə yağışı altında soyqırımına məruz qalıb, çoxsaylı şəhidlər verərək doğma yurdu tərk etməyə məcbur olmuşdular...Həmin dəhşətli gecədə ən doğmalarını itirən Xocalı sakinlərindən biri də Elmira Allahverdiyevadır. İndi isə şəhid qanı ilə müqəddəsləşmiş Xocalıda yeni həyata başlamaq üçün 32 il sonra qalib dövlətin vətəndaşı kimi geri qayıdırlar Xocalı sakinləri... Uzun illər işğal altında qalan Xocalı azad olunduqdan sonra qısa müddət ərzində burada bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi də Xocalı sakinlərinin təbii qaza olan tələbatının dayanıqlı və fasiləsiz şəkildə təmin edilməsi üçün lazımi işlərin icrasını davam etdirir.
Xocalıda sürtələ davam etdirilən bərpa və yenidənqurma işləri ilə bağlı hazırlanmış video-çarxı təqdim edirik:
https://www.youtube.com/watch?v=wIZlKtKShtw&t=194s
Xəbər lenti
0