https://sputnik.az/20240909/azerbaycanda-karbon-vergisinin-tetbiqi-nezerden-kecirilir-467257321.html
Azərbaycanda karbon vergisinin tətbiqi nəzərdən keçirilir
Azərbaycanda karbon vergisinin tətbiqi nəzərdən keçirilir
Sputnik Azərbaycan
Nazir bildirib ki, iqlim dəyişikliyinə qarşı mübarizə və "yaşıl texnologiyalar"dan istifadənin genişləndirilməsi məqsədilə ekoloji və "yaşıl vergilər"in tətbiq... 09.09.2024, Sputnik Azərbaycan
2024-09-09T14:55+0400
2024-09-09T14:55+0400
2024-09-09T14:55+0400
vergi
cəmiyyət
karbon tullantıları
natiq cəfərli
ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti
muxtar babayev
yaşıl enerji
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/08/434007743_0:321:3071:2048_1920x0_80_0_0_ca688e5a4b7153c40bc5b599a77a6040.jpg
BAKI, 9 sentyabr — Sputnik. Ortamüddətli perspektivdə ölkəmizin vergi siyasətində yaşıl enerjinin dəstəklənməsi prosesi davam etdiriləcək. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu" mövzusunda keçirilən konfransda deyib. Nazir bildirib ki, iqlim dəyişikliyinə qarşı mübarizə və "yaşıl texnologiyalar"dan istifadənin genişləndirilməsi məqsədilə ekoloji və "yaşıl vergilər"in tətbiq dairəsinin müəyyən edilməsi istiqamətində iş aparılır: "Bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, karbon emissiyasının azaldılması məqsədilə "karbon vergisi" və ya analoji verginin tətbiqi imkanlarının qiymətləndirilməsi nəzərdən keçirilir. Yaşıl iqtisadiyyata dəstək tədbirlərindən biri kimi sənaye parklarını, xüsusilə tullantıların təkrar emalı sahəsində ixtisaslaşmış Balaxanı Sənaye Parkını qeyd etmək olar. Park ölkədə yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun inkişafı, istehsal sahəsində məşğulluğun artırılması, Bakı şəhəri və ətraf qəsəbələrdə ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edir. İş adamlarımız yaradılmış bu imkanlardan faydalanaraq, qabaqcıl çağırışlara uyğun innovativ istehsal sahələri qura bilərlər". Nazir qeyd edib ki, sahibkarların "yaşıl layihələri" Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreditlərlə maliyyələşdirilir: "İndiyədək fondun güzəştli kreditlərindən yararlanmış "yaşıl layihə"lər təkrar emal, alternativ enerji mənbələrinə keçid, elektromobillər üçün elektrik doldurma məntəqələrinin yaradılması kimi istiqamətləri əhatə edir. "Yaşıl layihə"ləri, həmçinin qrant, "Startap" şəhadətnaməsi, daxili bazar araşdırmasının aparılması, təlim, sərgilərə, maliyyə imkanlarına çıxış kimi alətlərlə KOBİA tərəfindən dəstəklənir". Qeyd edək ki, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə "Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu" mövzusunda konfrans keçirilir. Tədbirin keçirilməsində əsas məqsəd KOB-ların iqlim dəyişiklikləri ilə mübarizəyə, yaşıl iqtisadiyyata keçidə verə biləcəkləri töhfəni bir daha diqqətə çatdırmaq və bu sahədə görüləcək birgə tədbirləri müzakirə etməkdir. Xatırladaq ki, hazırda Avropa İttifaqı ölkələri, İsveçrə, Böyük Britaniya, Kanada, Yaponiya və Yeni Zelandiya kimi ölkələr öz daxili bazarlarında karbon vergisi tətbiq edir. Azərbaycanda da yaxın gələcəkdə karbon vergisi tətbiq oluna bilər. Karbon vergisi nədir? Karbon vergisi ölkələrin atmosferə buraxılan zərərli qaz emissiyalarını azaltmasını hədəfləyən və istehsal prosesində meydana çıxan karbon dioksid emissiyalarını məhdudlaşdıran vasitə kimi tətbiq edilir. Bu təcrübə ətraf mühitə vurulan zərərin dəyərini əks etdirmək və ekoloji cəhətdən təmiz istehsal və istehlak vərdişlərini təşviq etmək üçün edilir. Müəssisə istehsal gücünə və ya emissiya göstəricilərinə görə vergiyə cəlb edilir. Sərhəddə karbon vergisi isə idxal məhsullarına onların karbon tərkibinə və ya istehsal prosesində emissiyalarına görə vergi qoyulmasını təmin edir. 1991-ci ildə ilk dəfə Finlandiyada tətbiq edilən karbon vergisi daha sonra digər ölkələr tərəfindən də qəbul edilib. "Hazırda Rusiyada bununla bağlı müzakirələr aparılır" İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, bu məsələ daha çox Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlıdır: "Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi mesaj vermək istəyir ki, digər ölkələr də bənzər addımlar atsın. Çünki son zamanlar məhz ekoloji, iqlim dəyişikliyi kontekstindən bu məsələ dünyada çox ciddi müzakirə olunur. Lakin hələ ki, nə ABŞ-də nə Çində karbon vergisinin tətbiqi ilə bağlı qanun qəbul edilməyib. Hazırda Rusiyada bununla bağlı müzakirələr aparılır. Bəzi Avropa ölkələri isə karbon vergisinin tətbiqi ilə bağlı qanunu artıq qəbul edib. Amma Avropada sənayeçilər etiraz ediblər ki, karbon vergisinin tətbiq edilməsi onların mal və məhsullarını bahalaşdıracaq, rəqabətədavamlılığını aşağı salacaq. Avropada sənayeçilərin fikrincə, əgər ABŞ və Çin hələ ki, bunu tətbiq etmirsə, Avropa isə tətbiq edirsə, bu, onları daha zəif vəziyyətə salacaq". "Bu vergi növünün simvolik, mesaj xarakterli olması daha yaxşı olar" "İndi Azərbaycanın COP29-a ev sahibliyi edən ölkə kimi bu təkliflə çıxış etməsini anlamaq mümkündür. Amma ölkədə bu vergi növünün simvolik xarakterli, mesaj xarakterli olması daha yaxşı olar. Çünki bu addım bir sıra sənaye müəssisələrinin yaranmasına mənfi təsir göstərə bilər", ekspert bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/08/434007743_0:0:2731:2048_1920x0_80_0_0_f45f8c4fc5f4586169e518a18cfe7a3d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
vergi, karbon tullantıları, natiq cəfərli, ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti, muxtar babayev, yaşıl enerji
vergi, karbon tullantıları, natiq cəfərli, ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti, muxtar babayev, yaşıl enerji
Azərbaycanda karbon vergisinin tətbiqi nəzərdən keçirilir
Nazir bildirib ki, iqlim dəyişikliyinə qarşı mübarizə və "yaşıl texnologiyalar"dan istifadənin genişləndirilməsi məqsədilə ekoloji və "yaşıl vergilər"in tətbiq dairəsinin müəyyən edilməsi istiqamətində iş aparılır.
BAKI, 9 sentyabr — Sputnik. Ortamüddətli perspektivdə ölkəmizin vergi siyasətində yaşıl enerjinin dəstəklənməsi prosesi davam etdiriləcək. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu" mövzusunda keçirilən konfransda deyib.
Nazir bildirib ki, iqlim dəyişikliyinə qarşı mübarizə və "yaşıl texnologiyalar"dan istifadənin genişləndirilməsi məqsədilə ekoloji və "yaşıl vergilər"in tətbiq dairəsinin müəyyən edilməsi istiqamətində iş aparılır:
"Bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, karbon emissiyasının azaldılması məqsədilə "karbon vergisi" və ya analoji verginin tətbiqi imkanlarının qiymətləndirilməsi nəzərdən keçirilir. Yaşıl iqtisadiyyata dəstək tədbirlərindən biri kimi sənaye parklarını, xüsusilə tullantıların təkrar emalı sahəsində ixtisaslaşmış Balaxanı Sənaye Parkını qeyd etmək olar. Park ölkədə yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun inkişafı, istehsal sahəsində məşğulluğun artırılması, Bakı şəhəri və ətraf qəsəbələrdə ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edir. İş adamlarımız yaradılmış bu imkanlardan faydalanaraq, qabaqcıl çağırışlara uyğun innovativ istehsal sahələri qura bilərlər".
Nazir qeyd edib ki, sahibkarların "yaşıl layihələri" Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreditlərlə maliyyələşdirilir: "İndiyədək fondun güzəştli kreditlərindən yararlanmış "yaşıl layihə"lər təkrar emal, alternativ enerji mənbələrinə keçid, elektromobillər üçün elektrik doldurma məntəqələrinin yaradılması kimi istiqamətləri əhatə edir. "Yaşıl layihə"ləri, həmçinin qrant, "Startap" şəhadətnaməsi, daxili bazar araşdırmasının aparılması, təlim, sərgilərə, maliyyə imkanlarına çıxış kimi alətlərlə KOBİA tərəfindən dəstəklənir".
Qeyd edək ki, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə "Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu" mövzusunda konfrans keçirilir. Tədbirin keçirilməsində əsas məqsəd KOB-ların iqlim dəyişiklikləri ilə mübarizəyə, yaşıl iqtisadiyyata keçidə verə biləcəkləri töhfəni bir daha diqqətə çatdırmaq və bu sahədə görüləcək birgə tədbirləri müzakirə etməkdir.
Xatırladaq ki, hazırda Avropa İttifaqı ölkələri, İsveçrə, Böyük Britaniya, Kanada, Yaponiya və Yeni Zelandiya kimi ölkələr öz daxili bazarlarında karbon vergisi tətbiq edir. Azərbaycanda da yaxın gələcəkdə karbon vergisi tətbiq oluna bilər.
Karbon vergisi ölkələrin atmosferə buraxılan zərərli qaz emissiyalarını azaltmasını hədəfləyən və istehsal prosesində meydana çıxan karbon dioksid emissiyalarını məhdudlaşdıran vasitə kimi tətbiq edilir. Bu təcrübə ətraf mühitə vurulan zərərin dəyərini əks etdirmək və ekoloji cəhətdən təmiz istehsal və istehlak vərdişlərini təşviq etmək üçün edilir. Müəssisə istehsal gücünə və ya emissiya göstəricilərinə görə vergiyə cəlb edilir. Sərhəddə karbon vergisi isə idxal məhsullarına onların karbon tərkibinə və ya istehsal prosesində emissiyalarına görə vergi qoyulmasını təmin edir.
1991-ci ildə ilk dəfə Finlandiyada tətbiq edilən karbon vergisi daha sonra digər ölkələr tərəfindən də qəbul edilib.
"Hazırda Rusiyada bununla bağlı müzakirələr aparılır"
İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, bu məsələ daha çox Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlıdır:
"Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi mesaj vermək istəyir ki, digər ölkələr də bənzər addımlar atsın. Çünki son zamanlar məhz ekoloji, iqlim dəyişikliyi kontekstindən bu məsələ dünyada çox ciddi müzakirə olunur. Lakin hələ ki, nə ABŞ-də nə Çində karbon vergisinin tətbiqi ilə bağlı qanun qəbul edilməyib. Hazırda Rusiyada bununla bağlı müzakirələr aparılır. Bəzi Avropa ölkələri isə karbon vergisinin tətbiqi ilə bağlı qanunu artıq qəbul edib. Amma Avropada sənayeçilər etiraz ediblər ki, karbon vergisinin tətbiq edilməsi onların mal və məhsullarını bahalaşdıracaq, rəqabətədavamlılığını aşağı salacaq. Avropada sənayeçilərin fikrincə, əgər ABŞ və Çin hələ ki, bunu tətbiq etmirsə, Avropa isə tətbiq edirsə, bu, onları daha zəif vəziyyətə salacaq".
"Bu vergi növünün simvolik, mesaj xarakterli olması daha yaxşı olar"
"İndi Azərbaycanın COP29-a ev sahibliyi edən ölkə kimi bu təkliflə çıxış etməsini anlamaq mümkündür. Amma ölkədə bu vergi növünün simvolik xarakterli, mesaj xarakterli olması daha yaxşı olar. Çünki bu addım bir sıra sənaye müəssisələrinin yaranmasına mənfi təsir göstərə bilər", ekspert bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.