https://sputnik.az/20240909/ali-mekteblerde-illik-tehsil-xerclerinin-yeni-miqdari-mueyyenlesib---qiymet-cedveli-467273365.html
Ali məktəblərdə illik təhsilhaqqı niyə qaldırılıb? NK səbəbi açıqladı - Qiymət cədvəli
Ali məktəblərdə illik təhsilhaqqı niyə qaldırılıb? NK səbəbi açıqladı - Qiymət cədvəli
Sputnik Azərbaycan
Ali təhsil müəssisəsi tərəfindən dövlət sifarişi ilə hər bir təhsilalana çəkilən faktiki illik xərc təsdiq edilmiş illik təhsil xərclərinin məbləğindən artıq... 09.09.2024, Sputnik Azərbaycan
2024-09-09T22:26+0400
2024-09-09T22:26+0400
2024-09-09T22:26+0400
manat
təhlil
nazirlər kabineti
baş nazir
təhsil haqqı
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/1b/460890399_0:160:3072:1888_1920x0_80_0_0_de49b4c2c21079b3493e05e7629c9601.jpg
BAKI, 9 sentyabr — Sputnik. Ali təhsil müəssisələrində illik təhsil xərclərinin miqdarının artırılmasının səbəbi açıqlanıb.Nazirlər Kabinetindən bildirilib ki, ali təhsil müəssisələrində kadr hazırlığı dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi ilə adambaşına maliyyələşdirmə prinsipi ilə ayrı-ayrı ixtisaslar üzrə təsdiq olunmuş illik təhsil xərcinin miqdarına uyğun olaraq hesablanmaqla həyata keçirilir.“Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarına əsasən ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə kadr hazırlığı üzrə müvafiq təhsil səviyyələrində hər bir təhsilalana müəyyən edilmiş təhsil xərclərinin miqdarında ötən 5 il ərzində artım olmayıb.Bunu nəzərə alaraq, ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə kadr hazırlığı üzrə müvafiq təhsil səviyyələrində (bakalavriat, magistratura, doktorantura və tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində) hər bir təhsilalana müəyyən edilmiş təhsil xərclərinin miqdarında artımı nəzərdə tutan “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 6 sentyabr tarixli 405 nömrəli Qərarı hazırlanıb.Ali məktəblərdə illik təhsil xərclərinin yeni miqdarı müəyyənləşib"Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı" müəyyənləşib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı:Qeyd: Ali təhsil müəssisəsi tərəfindən dövlət sifarişi ilə hər bir təhsilalana çəkilən faktiki illik xərc təsdiq edilmiş illik təhsil xərclərinin məbləğindən artıq olduğu halda, onun qalan hissəsi həmin ali təhsil müəssisəsi və ya onun tabe olduğu qurum tərəfindən ödənilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/1b/460890399_171:0:2902:2048_1920x0_80_0_0_432e9713f46950f70d43bfbf447dd235.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
manat, nazirlər kabineti, baş nazir, təhsil haqqı
manat, nazirlər kabineti, baş nazir, təhsil haqqı
Ali məktəblərdə illik təhsilhaqqı niyə qaldırılıb? NK səbəbi açıqladı - Qiymət cədvəli
Ali təhsil müəssisəsi tərəfindən dövlət sifarişi ilə hər bir təhsilalana çəkilən faktiki illik xərc təsdiq edilmiş illik təhsil xərclərinin məbləğindən artıq olduğu halda, onun qalan hissəsi həmin ali təhsil müəssisəsi və ya onun tabe olduğu qurum tərəfindən ödənilir.
BAKI, 9 sentyabr — Sputnik. Ali təhsil müəssisələrində illik təhsil xərclərinin miqdarının artırılmasının səbəbi açıqlanıb.
Nazirlər Kabinetindən bildirilib ki, ali təhsil müəssisələrində kadr hazırlığı dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi ilə adambaşına maliyyələşdirmə prinsipi ilə ayrı-ayrı ixtisaslar üzrə təsdiq olunmuş illik təhsil xərcinin miqdarına uyğun olaraq hesablanmaqla həyata keçirilir.
“Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarına əsasən ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə kadr hazırlığı üzrə müvafiq təhsil səviyyələrində hər bir təhsilalana müəyyən edilmiş təhsil xərclərinin miqdarında ötən 5 il ərzində artım olmayıb.
Bunu nəzərə alaraq, ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə kadr hazırlığı üzrə müvafiq təhsil səviyyələrində (bakalavriat, magistratura, doktorantura və tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində) hər bir təhsilalana müəyyən edilmiş təhsil xərclərinin miqdarında artımı nəzərdə tutan “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 6 sentyabr tarixli 405 nömrəli Qərarı hazırlanıb.
Ali məktəblərdə illik təhsil xərclərinin yeni miqdarı müəyyənləşib
"Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı" müəyyənləşib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı:
İxtisaslar | Hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı (manatla) |
1 | 2 |
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi | 2100 |
Biologiya müəllimliyi | 2200 |
Coğrafiya müəllimliyi | 2100 |
Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə) | 2100 |
Fizika müəllimliyi | 2200 |
Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi | 2100 |
İbtidai sinif müəllimliyi | 2100 |
İnformatika müəllimliyi | 2100 |
Kimya müəllimliyi | 2200 |
Kimya və biologiya müəllimliyi | 2200 |
Korreksiyaedici təlim | 2100 |
Məktəbəqədər təhsil | 2100 |
Musiqi müəllimliyi | 2200 |
Riyaziyyat müəllimliyi | 2200 |
Riyaziyyat və informatika müəllimliyi | 2200 |
Tarix müəllimliyi | 2100 |
Tarix və coğrafiya müəllimliyi | 2100 |
Təhsildə sosial-psixoloji xidmət | 2100 |
Təsviri incəsənət müəllimliyi | 2100 |
Texnologiya müəllimliyi | 2100 |
Xarici dil müəllimliyi (dillər üzrə) | 2100 |
Beynəlxalq münasibətlər | 2400 |
Dinşünaslıq | 2400 |
Dövlət və ictimai münasibətlər | 2400 |
Fəlsəfə | 2400 |
Filologiya (dil və ədəbiyyat göstərilməklə) | 2400 |
Hüquqşünaslıq | 2400 |
İslamşünaslıq | 2400 |
Jurnalistika | 2400 |
Kitabxanaçılıq və informasiya fəaliyyəti | 2400 |
Politologiya | 2400 |
Psixologiya | 2400 |
Regionşünaslıq (regionlar üzrə) | 2400 |
Sosiologiya | 2400 |
Tarix | 2400 |
Tərcümə (dillər üzrə) | 2400 |
Kommunikasiya və rəqəmsal media | 2400 |
Aktyor sənəti | 3500 |
Bədii yaradıcılıq və ekran dramaturgiyası | 2500 |
Bəstəkarlıq | 9000 |
Dekorativ-tətbiqi sənət (sahələr üzrə) | 7000 |
Dirijorluq (sahələr üzrə) | 9000 |
Dizayn (sahələr üzrə) | 3000 |
Heykəltəraşlıq | 7000 |
İnstrumental ifaçılıq (sahələr üzrə) | 9000 |
Musiqişünaslıq | 8200 |
Muzey, arxiv işi və abidələrin qorunması | 2500 |
Operator sənəti | 3500 |
Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə) | 5000 |
Qrafika | 7000 |
Rejissorluq | 4500 |
Rəngkarlıq | 7000 |
Sənətşünaslıq (sahələr üzrə) | 2500 |
|
Vokal sənəti (sahələr üzrə) | 9000 |
|
Xoreoqrafiya sənəti (sahələr üzrə) | 3500 |
Beynəlxalq ticarət və logistika | 2100 |
Biznesin idarə edilməsi | 2100 |
Davamlı inkişafın idarə edilməsi | 2100 |
Dövlət və bələdiyyə idarəetməsi | 2100 |
İqtisadiyyat | 2100 |
Maliyyə | 2100 |
Marketinq | 2100 |
Menecment | 2100 |
Mühasibat | 2100 |
Statistika | 2100 |
Biologiya | 2500 |
Biotexnologiya | 2500 |
Coğrafiya | 2500 |
Ekologiya | 2500 |
Fizika | 2500 |
Geologiya | 2500 |
Hidrometeorologiya | 2500 |
Kimya | 2500 |
Kompüter elmləri | 2500 |
Mexanika | 2500 |
Riyaziyyat | 2500 |
Aerokosmik mühəndislik | 2700 |
Aqromühəndislik | 2500 |
Aviasiya təhlükəsizliyi mühəndisliyi | 2700 |
Cihaz mühəndisliyi | 2700 |
Dəniz naviqasiyası mühəndisliyi | 2700 |
Ekologiya mühəndisliyi | 2700 |
Elektrik və elektronika mühəndisliyi | 2700 |
Energetika mühəndisliyi | 2700 |
Gəmi energetik qurğularının istismarı mühəndisliyi | 2700 |
Gəmiqayırma və gəmi təmiri mühəndisliyi | 2700 |
Geologiya və geofizika mühəndisliyi | 2700 |
İnformasiya təhlükəsizliyi | 2700 |
İnformasiya texnologiyaları | 2700 |
İnşaat mühəndisliyi | 2700 |
Kimya mühəndisliyi | 2700 |
Kommunikasiya sistemləri mühəndisliyi | 2700 |
Kompüter mühəndisliyi | 2700 |
Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi | 2700 |
Maşın mühəndisliyi | 2700 |
Materiallar mühəndisliyi | 2700 |
Mədən mühəndisliyi | 2700 |
Meliorasiya mühəndisliyi | 2700 |
Memarlıq | 2700 |
Metallurgiya mühəndisliyi | 2700 |
Mexanika mühəndisliyi | 2700 |
Mexatronika və robototexnika mühəndisliyi | 2700 |
Mühəndis fizikası | 2700 |
Neft-qaz mühəndisliyi | 2700 |
Nəqliyyat mühəndisliyi | 2700 |
Nəqliyyat tikintisi mühəndisliyi | 2700 |
Proseslərin avtomatlaşdırılması mühən- disliyi | 2700 |
Qida mühəndisliyi | 2700 |
Radiotexnika və telekommunikasiya mühəndisliyi | 2700 |
Şəhərsalma | 2700 |
Sənaye mühəndisliyi | 2700 |
Uçuş mühəndisliyi | 2700 |
Yanğın təhlükəsizliyi mühəndisliyi | 2700 |
Aqronomluq | 2500 |
Bağçılıq və tərəvəzçilik | 2500 |
Balıqçılıq | 2500 |
Baytarlıq təbabəti | 2500 |
Bitki mühafizəsi | 2500 |
Meşəçilik | 2500 |
Şərabçılıq | 2500 |
Su bioehtiyatları və akvakultura | 2500 |
Torpaqşünaslıq və aqrokimya | 2500 |
Yerquruluşu və daşınmaz əmlakın kadastrı | 2500 |
Zoomühəndislik | 2500 |
Bədən tərbiyəsi və idmanda reabilitasiya | 2500 |
Əczaçılıq | 6000 |
Fizioterapiya və tibbi reabilitasiya | 6000 |
İdman menecmenti və kommunikasiya | 2500 |
Məşqçilik | 2500 |
Ümumi fiziki hazırlıq | 2500 |
Kütləvi-sağlamlaşdırıcı idman | 2500 |
Adaptiv bədən tərbiyəsi | 2500 |
Nəqliyyatda servis (nəqliyyat növləri üzrə) | 2500 |
Sosial iş | 2100 |
Tibb bacısı işi | 6000 |
Turizm bələdçiliyi | 2500 |
Turizm işinin təşkili | 2500 |
Hərbi tibb | 8000 |
Hərbi həkim işi | 8000 |
Müalicə işi | 8000 |
İctimai səhiyyə | 5700 |
Stomatologiya | 7000 |
Tibbi profilaktika | 6000 |
Tibb | 8000 |
Hərbi kompozisiya materialları mühəndisliyi | 2500 |
Hərbi rabitə vasitələri mühəndisliyi | 2500 |
Optotexnika mühəndisliyi | 2500 |
Pirotexniki və partladıcı vasitələr mühən- disliyi | 2500 |
Sərhəd təhlükəsizliyi və idarəetmə | 2500 |
Silah və silah sistemləri mühəndisliyi | 2500 |
Sistemlər mühəndisliyi | 2500 |
İctimai təhlükəsizlik və idarəetmə | 2500 |
Dövlət təhlükəsizliyi və idarəetmə | 2500 |
Qeyd: Ali təhsil müəssisəsi tərəfindən dövlət sifarişi ilə hər bir təhsilalana çəkilən faktiki illik xərc təsdiq edilmiş illik təhsil xərclərinin məbləğindən artıq olduğu halda, onun qalan hissəsi həmin ali təhsil müəssisəsi və ya onun tabe olduğu qurum tərəfindən ödənilir.