https://sputnik.az/20240908/timsahlara-yaxinlasmaga-gore-cerimeler-dord-defe-artirilib-467203925.html
Timsahlara yaxınlaşmağa görə cərimələr dörd dəfə artırılıb
Timsahlara yaxınlaşmağa görə cərimələr dörd dəfə artırılıb
Sputnik Azərbaycan
"Aussie Animals" saytının məlumatına görə, son 40 ildə Kvinslenddə timsahların insanlara hücumu ilə bağlı 40-dan çox hadisə qeydə alınıb, onlardan 12-si ölümlə... 08.09.2024, Sputnik Azərbaycan
2024-09-08T21:21+0400
2024-09-08T21:21+0400
2024-09-08T21:21+0400
timsah
dünya xəbərləri
avstraliya
yem
cərimə
dollar
ictimaiyyət
investisiya
yırtıcı
yaxınlaşma
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/09/434049545_0:160:3072:1888_1920x0_80_0_0_21a6e58727226540de6df15f3cd83574.jpg
BAKI, 8 sentyabr — Sputnik. Avstraliyanın Kvinslend ştatının hakimiyyət orqanları timsahlarla hər hansı bir yaxın ünsiyyətə görə cəzaları sərtləşdirib. İndi yırtıcıları qəsdən bəsləmək 25 min Avstraliya dollarından (16,8 min ABŞ dolları) çox ola bilər. Bu barədə ştatın hakimiyyət orqanlarının saytında dərc olunan bəyanatda deyilir. Bəyanatda qeyd olunur ki, hökumətin ictimai təhlükəsizliyinin yaxşılaşdırılması üzrə "Be Crocwise" təşəbbüsü çərçivəsində yırtıcılarla qəsdən ünsiyyətdə qurmaq, o cümlədən onları qidalandırmaq və ya onlara yaxınlaşmağa görə əvvəllər mövcud olan cərimə 4 dəfə artırılaraq 25 min Avstraliya dollarından (16,8 min ABŞ dolları) çox olub.Bundan əlavə, yanalma körpü kimi ictimai yerlərə timsahları cəlb etmək məqsədi ilə yemləri atmağa görə cərimə də əlavə edilib. Bu ödəniş 6,5 min Avstraliya dollarına (4,4 min ABŞ dolları) çata bilər. İndi bir insana hücum təhlükəsi olduğu quruda yırtıcıların yanında olmaq da qadağandır, cəza 16 min Avstraliya dolları (10,8 min ABŞ dolları) təşkil edəcəl. "Aussie Animals" saytının məlumatına görə, son 40 ildə Kvinslenddə timsahların insanlara hücumu ilə bağlı 40-dan çox hadisə qeydə alınıb, onlardan 12-si ölümlə nəticələnib. Bu nöqteyi-nəzərdən ən təhlükəli üç dövlət sırasına bu sürünənlərin ən çox rast gəlindiyi Şimal Ərazisi və Qərbi Avstraliya da daxildir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/09/434049545_171:0:2902:2048_1920x0_80_0_0_c663263434b2bb83e59c918d005c770f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
timsah, avstraliya, yem, cərimə, dollar, ictimaiyyət, investisiya, yırtıcı, yaxınlaşma, qida
timsah, avstraliya, yem, cərimə, dollar, ictimaiyyət, investisiya, yırtıcı, yaxınlaşma, qida
Timsahlara yaxınlaşmağa görə cərimələr dörd dəfə artırılıb
"Aussie Animals" saytının məlumatına görə, son 40 ildə Kvinslenddə timsahların insanlara hücumu ilə bağlı 40-dan çox hadisə qeydə alınıb, onlardan 12-si ölümlə nəticələnib.
BAKI, 8 sentyabr — Sputnik. Avstraliyanın Kvinslend ştatının hakimiyyət orqanları timsahlarla hər hansı bir yaxın ünsiyyətə görə cəzaları sərtləşdirib. İndi yırtıcıları qəsdən bəsləmək 25 min Avstraliya dollarından (16,8 min ABŞ dolları) çox ola bilər.
Bu barədə ştatın hakimiyyət orqanlarının saytında dərc olunan bəyanatda deyilir.
Bəyanatda qeyd olunur ki, hökumətin ictimai təhlükəsizliyinin yaxşılaşdırılması üzrə "Be Crocwise" təşəbbüsü çərçivəsində yırtıcılarla qəsdən ünsiyyətdə qurmaq, o cümlədən onları qidalandırmaq və ya onlara yaxınlaşmağa görə əvvəllər mövcud olan cərimə 4 dəfə artırılaraq 25 min Avstraliya dollarından (16,8 min ABŞ dolları) çox olub.
Bundan əlavə, yanalma körpü kimi ictimai yerlərə timsahları cəlb etmək məqsədi ilə yemləri atmağa görə cərimə də əlavə edilib. Bu ödəniş 6,5 min Avstraliya dollarına (4,4 min ABŞ dolları) çata bilər. İndi bir insana hücum təhlükəsi olduğu quruda yırtıcıların yanında olmaq da qadağandır, cəza 16 min Avstraliya dolları (10,8 min ABŞ dolları) təşkil edəcəl.
"Mayles hökuməti bu il timsah populyasiyasının tənzimlənməsinə 4,9 milyon Avstraliya dollarından (3,3 milyon ABŞ dolları) çox investisiya qoyur və biz ictimaiyyətin müdafiəsi və timsahların populyasiyalarının mühafizəsi üçün onların (timsahlar – red.) populyasiyalarının lazımi şəkildə idarə olunmasını təmin etmək məqsədilə ekspertləri, maraqlı tərəfləri və daha geniş ictimaiyyəti dinləməyə davam edəcəyik", - məlumatda deyilir.
"Aussie Animals" saytının məlumatına görə, son 40 ildə Kvinslenddə timsahların insanlara hücumu ilə bağlı 40-dan çox hadisə qeydə alınıb, onlardan 12-si ölümlə nəticələnib. Bu nöqteyi-nəzərdən ən təhlükəli üç dövlət sırasına bu sürünənlərin ən çox rast gəlindiyi Şimal Ərazisi və Qərbi Avstraliya da daxildir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.