CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 8 sentyabr – FOTO

© Sputnik / Elnur Salayev8 sentyabr
8 sentyabr - Sputnik Azərbaycan, 1920, 08.09.2024
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 8 sentyabr — Sputnik. Sentyabrın 8-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Sentyabrın 8-də kimlər anadan olub?
Sadıqcan (1846-1902) - Azərbaycan musiqiçisi, tarzən və bəstəkardır. O, tara cingənə və kök simləri əlavə edib, simlərin sayını 5-dən 11-ə çatdırıb. Tarzən həmçinin tarın pərdə tutma sistemini tamamilə dəyişdirib, onların sayını 28-dən 22-yə endirib.
© Photo : Public domainSadıqcan (əsl adı Mirzə Sadıq Əsəd oğlu Sadıqcan)
Sadıqcan (əsl adı Mirzə Sadıq Əsəd oğlu Sadıqcan) - Sputnik Azərbaycan, 1920, 06.09.2024
Sadıqcan (əsl adı Mirzə Sadıq Əsəd oğlu Sadıqcan)
Tofiq Ağababayev (1928) – Azərbaycanın xalq rəssamı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimidir. Tofiq Ağababayev monumental dekorativ-tətbiqi sənət, qrafika və boyakarlıq sahəsində əsərlər yaradıb.
© Photo : Public DomenTofiq Ağababayev
Tofiq Ağababayev - Sputnik Azərbaycan, 1920, 06.09.2024
Tofiq Ağababayev
Hüseynağa Atakişiyev (1949-2006) – Azərbaycan aktyoru və teatr rejissoru, Azərbaycan Dövlət Gənclər Teatrının təsisçisi, bədii rəhbəri və direktoru, Azərbaycan SSR Əməkdar incəsənət xadimidir.
© Photo : Public DOmen Hüseynağa Atakişiyev

Hüseynağa Atakişiyev - Sputnik Azərbaycan, 1920, 06.09.2024
Hüseynağa Atakişiyev
Şirürəkli I Riçard (1157-1199) - İngiltərə kralıdır (1189-1199).
© Photo : Public DomenŞirürəkli I Riçard
Şirürəkli I Riçard - Sputnik Azərbaycan, 1920, 06.09.2024
Şirürəkli I Riçard
Rəsul Həmzətov (1923-2003) - tanınmış avar sovet şairi, yazıçısı, publisist, Rusiya ictimai-siyasi xadimi və tərcüməçidir. Onun əsərləri Rusiya və dünya xalqlarının onlarla dilinə tərcümə edilib.
© Sputnik / Александр ПоляковRəsul Həmzətov, arxiv şəkli
Rəsul Həmzətov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.09.2024
Rəsul Həmzətov, arxiv şəkli
Martin Friman (1971) - ingilis kinoaktyoru, "Emmi" və "BAFTA" mükafatları laureatıdır. O, "Şerlok, "Farqo" seriallarındakı roluna görə məhşurlaşıb.
© AP Photo / Michael SohnMartin Friman
Martin Friman - Sputnik Azərbaycan, 1920, 06.09.2024
Martin Friman
Pink (1979) – amerkalı mügənni, mahnı müəllifi və aktrisadır. O, 2000-ci ilin əvvəllərində "Can't Take Me Home" albomunun buraxılmasından sonra məşhurlaşıb. Əsl adı isə Alişa Bet Murdur.
© AP Photo / Invision/Matt SaylesPink
Pink performs Wild Hearts Can't Be Broken at the 60th annual Grammy Awards at Madison Square Garden on Sunday, Jan. 28, 2018, in New York - Sputnik Azərbaycan, 1920, 06.09.2024
Pink
8 sentyabr tarixində dünyada baş verən tarixi hadisələr
1380-ci ildə Kulikovo çölündə Dmitri Donskoyun komandanlığı altında olan Rusiya qoşunları ilə Qızıl Orda xanı Mamay xanın başçılıq etdiyi tatar ordusu arasında Kulikovo döyüşü olub. Döyüş tatar ordusunun məğlubiyyəti ilə başa çatıb.
1636-cı ildə ABŞ-da Harvard Universiteti qurulub.
1791-ci ildə Parisin Luvr muzeyində rəssamlar ilk dəfə öz rəsmlərini sərgiləyiblər.
1900-cü ildə qasırğa ABŞ-ın Texas ştatının Qalveston şəhərini dağıdıb.
1991-ci ildə Makedoniya Yuqoslaviyadan müstəqillik qazanıb.
1991-ci ildə Azərbaycanda tarixdə ikinci dəfə prezident seçkiləri keçirilib. Bu seçkilərdə yeganə namizəd Azərbaycan Kommunist Partiyasının namizədi Ayaz Mütəllibov olub və o, prezident seçilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0